Dördüncü məclis
Страница 1 из 3
Rüstəmbəyin və qardaşllarının haman kabinəsi. Z ə h r a b ə y i m azarlı halətində sövkənib yastığa, yanında oturub Gülbahar və yapışır anasının əlindən. Rüstəm bəy öz yerində oturub, kitaba baxır. Səməd Vahid və Mirzə Məhəmmədəli kitablarını yığışdırıb qoyurlar qutuya və az qalıb ki, qurtarsınlar Zəhra bəyim vayıldayır.
R ü s t ə m b ə y (gəlir durur anasının qabağında). Ana, ay ana! (Zəhra bəyim dinmir. Rüstəm bəy yekə çağırır). Ana! Ana!
Z ə h r a b ə y i m (həzin səs ilə). Nə deyirsən, Rüstəm bala?
R ü s t ə m b ə y. Ana mən sənin yanında müqəssirəm. Mənim günahımdan keç. Dünən səni mən incitdim.
Z ə h r a b ə y i m. Bala, sənin mən qadanı alım. Sənin nə bir günahın var ki, mən sənin günahından keçəm? Sən məni incitməmisən. Sən bircə qardaşlarından ayrı düşmə, mən öləndən sonra da, qəbirdə də sənə duaçı olum, ay Rüstəm bala!
R ü s t ə m b ə y (bir qədər dinmir və sonra). Ana, ay ana, axır sən bəzi işləri bilirsən, bəzisini də bilmirsən. Bizim bir-birimiznən danışığımız məslək üstədir, mübahisəmiz kitab üstədir. Yoxsa sən dediyin söz bir gözəl sözdü. Məsələn, elə mən açığını sənə deyim. Ana, ana, eşidirsən nə deyirəm? Ana, qulaq asırsan ya yox?
Z ə h r a b ə y i m (həzin səs ilə və güc ilə). Hə, hə, bala, sözünü de, eşidirəm.
R ü s t ə m b ə y. Ana, bax, mən səni lap yaxşı başa salım: nə qədər ki, mən bu kitablara etiqad eləyirəm (öz kitabları tərəfə əlini tutur), Məhəmmədəli də bu kitablara (Mirzə Məhəmmədəlinin tərəfinə əlini uzadır) və Səməd də bu kitablara (Səməd Vahidə tərəf əlini uzadır) etiqad eləyirlər, dəxi biz nə təhər ittihad edib, mehriban yola gedə bilərik?
(Rüstəm bəy yavaş-yavaş uzaqlaşır içəri otağa. Zəhra bəyim dərin ah çəkir, sonra Mirzə Məhəmmədəli gəlib çökür diz ustə anasının qabağında).
M i r z ə M ə h ə m m ə d ə l i. Ana, məni bağışla, dünən hirsli vaxtımda sənə tərk-ədəblik göstərdim.
Z ə h r a b ə y i m. Bala, ayaqlarının altında ölüm, qardaşlarından ayrılma.
G ü l b a h a r. Dadaş, sən, atanın goru, ayrılma.
M i r z ə M ə h ə m m ə d ə l i. Ana, ay ana, bir qulaq as, gör nə deyirəm. İşin əslkarı bir yerdədir ki, bax, mən səni bu saat başa salım. Bax, bu evdə üç qism kitab var ki, biz üç qardaş bunlara sitayiş edirik. Bir qismi budur (Rüstəm bəyin kitablarını nişan verir). Bir qismi budur (Səməd Vahidin kitablarını nişan verir). Bir qismi də budur (öz kitablarını nişan verir). Əgər biz bu kitabları bir-birinin yanına qoysaq, diqqətnən baxsaq və zaiqəyə tapşırsaq, baxıb görərik ki, bu üç qism kitablar bir-birinə o qədər oxşayır, necə ki, məsələn, mən Səmədə oxşayıram, Səməd Rüstəmə oxşayır, Rüstəm bəy də mənə oxşayır. Bax, qoy səni qurtarım; qulaq asırsan, ana, ya yox? Bu kitabların cəmisi əşardı, özü də əşar deyirəm ha! Fikrin özgə yana getməsin. Xoruz səsi eşitməyən əşardı!
S ə m ə d V a h i d. Pəki!
M i r z ə M ə h ə m m ə d ə l i (əlini Rüstəm bəyə sarı tutur). Bu kitabların da cəmisi bilirsən nədir? Bilmirsən, deyim: cəmisi rus lüğətidir. Bu da elə bir cür naxoşluqdur.
Rüstəm bəy sağ əlini Mirzə Məhəmmədəliyə tərəf atır və gedir çölə.
O ki, qaldı mənim öz kitablarım (kitablarına tərəf baxır və bir qədər fikrə gedir), bunların biri xüsufdu, biri küsufdu. Di indi, ana, bizə bir tədbir tök, görək biz nə tövr yola gedə bilərik?!
Zəhra bəyim dərin ah çəkir.
Ana, sözün yoxdu? Məni bağışla, mən getməliyəm. (Durur, başmaqlarını geyir). Gülbahar, mən hammal göndərəcəyəm, mənim kitab sandığımı və yatacağımı verərsən gətirsin (çıxıb gedir).
S ə m ə d V a h i d (Zəhra bəyimə tərəf gəlir). Validəm, bənə də bəradərlərim ilə yola getməyi təklif edəcəksən, bəni də əfv et, zira gərək gavur lüğətlərinin (Rüstəm bəyin şkafınaa işarə edir) və gərək fanatik kitablarının (Mirzə Məhəmmədəlinin kitablarına işarə edir) sahibləri ilə bir sırada bulunmaq bəndə üçün qabili-imkan deyil. Bəni əfv et. (Gülbahara) Bənim də kitablarım ardınca hammal gələsidir, ona təslim etməkdə müzayiqə göstərməzsən, zənn ediyorum. (Çıxıb gedir).
Zəhra bəyim bir qədər fikir eləyir və güc ilə o tərəf-bu tərəfə baxır və Gülbahardan savayı otaqda bir kəsi görmür.
Z ə h r a b ə y i m. Qızım, bunlar hara getdilər?
G ü l b a h a r. Nə bilim, ana? Çıxıb getdilər.
Z ə h r a b ə y i m (fikrə gedir). Ürəyim, ürəyim (əlini qoyur ürəyinə) üç yerə bölünə, üç tikə ola, hər tikəsi də bir tərəfə çıxıb gedə (yenə baxır otağa), onda dəxi ürəyim parçalanar, ölərəm. Qızım, pəs mənim ürəyim üç parça olsa, sən nə elərsən?! Qızım, anasız qalarsan (dərin ah çəkir və huşa gedir).
Gülbahar bir qədər baxır anasına və tez durur ayağa, qaçır qapıya və nə qədər səsi var, çığırır.
G ü l b a h a r. Səməd, Səməd!… Məhəmmədəli dadaş!… Səməd!…
Q ə n b ə r hövlnak girir içəri, dalınca Q u r b a n və Z a m a n. Gülbahar qaçır Qənbərin yanına, yapışır əlindən və çəkə-çəkə gətirir anasının yanına və özü də çökür anasının qabağında, əlini götürür və çağırır.
Ana! Ana!
Qənbər təəccüb edir və deyir.
Q ə n bə r. Xanımcan, nə var? Yoxsa xanım bəyim pis haldadır?
Zəhra bəyim gözlərini açır və baxır Gülbahara və sonra da Qənbərə və güc ilə başını çöndərir və gözü ilə bir şey axtaran kimi çobanlara gözü sataşır.
G ü l b a h a r. Ana, necəsən?
Z ə h r a b ə y i m (Qənbərə baxır). Qənbər, sənsən? Hələ getməmisən?
Q ə n b ə r. Xanım bəyim, qulluğunda durmuşam.
G ü l b a h a r. Ana, Qənbər və çobanlar gəliblər sənin kefini xəbər alırlar. (Qənbərə) Qənbər, bir az danış, anamın kefi açılsın.
Z ə h r a b ə y i m (Qənbərə). Qənbər, bir az danış, danış. Nə olar, danış, qulaq asaq. Niyə danışmırsan? Mən istəyirəm qulaq asam. De gərək, indi qoyunların nə qayırır? Deyirdin axı azarlıyırlar.
Qənbər utanır və başını salır aşağı.
G ü l b a h a r (gülə-gülə). Qənbər, hı, indi qoyunların səni gözləyir. İndi görəsən qumral bənöyüş qoyunu canavar dağıtmayıb ki? (gülür).
Q ə n b ə r. Xanım bəyim, qumral bənöyüş qoyun sənə qurban olsun.
G ü l b a h a r. Qənbər, hı, sən allah bir nağıl elə görək, qoyunu canavar dağıdanda necə ağlayırsan?
Q ə n b ə r (utana-utana). Xanımcan, onu mən sənə nağıl eləmişəm, onu sən bilirsən. Bəlkə sən Zamanın tütək çalmağını görəsən, görəsən necə tütəyin səsi ilə qoyunları qaytarır?
G ü l b a h a r. Necə, necə? Sən allah, Qənbər, necə? Bir nağıl elə görək. (Anasına). Ana, qulaq asırsanmı, nağıl eləsinmi? Ana, qoy nağıl eləsin, qulaq as.
Q ə n b ə r. Xanımcan, and olsun allaha, bir dəfə mən özüm təəccüb qaldım. Günorta zamanı idi. Qoyunları çobanlar aparırdılar "Qızlar bulağına". Biz də yoldaşlarımıznan oturmuşduq kəklik təpəsinin yamacında, qoyunlara baxırdıq. Bax, bu qırışmal Zaman da oturmuşdu yanımızda, tütək çalırdı. Bizim qoyunlar da, Zamangilin qoyunları da bulağa sarı getməkdə idi. Birdən Zaman bizə qayıtdı ki, "nə verərsiniz, elə çalım ki, qoyunlar getdikləri yerdə dayanıb, geri qayıtsınlar?" Söz yox, heç kəs inanmadı. Xülasə, nə başınızı ağrıdım, xanımlar, Zaman başladı çalmağa. (Zamana). Ədə, çıxart tütəyini. (Zaman utana-utana tütəyini çıxardır). And olsun sizin əziz canınıza, qoyunlar tütəyin səsini eşidən kimi elə bil ki, bir şeydən ürkdülər. Eləcə getdikləri yerdə dayandılar, qulaqlarını qırpıtdılar. Elə bil, bir şeydən qorxan kimi geri döndülər və quyruqlarını ata-ata, mələşə-mələşə başladılar təpəyə tərəf geri qaçmağa. (Zamana). Ədə, Zaman, çal.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-anamin-kitabi-dorduncu-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən elə bilirəm ki, sən zarafat eləyirsən. Ağlını yığ başına, düzəməlli danış. Bu orucağız vaxtımda onsuz da aclıq və papirossuzluq məni elə cinləndirib ki, hirslənməyə bircə bəhanə axtarıram. Bu gün bütün dünya işçi və kəndli qadınları öz qardaşlıq əllərini bir-birinə uzadıb, bir-biri ilə rabitələrini daha da artıracaqlar. Ancaq üzr istəyirəm, mən ona təəccüb edirəm ki, dünya işçi və kəndli qadınları mənə əllərini uzadanda mənim əlimi onlar necə tapa biləcəklər ki, mənim əlim bu dəqiqə məşğuldur: bu dəqiqə mən iki əlimlə Quranı tutub qoymuşam başıma və axund Molla Hüseynin tilavətinə iqtida edə-edə deyirəm:– Bikə, ya Allah
Mərkəz və qəzalarYaz əkini kampaniyasına dair*Yaz əkini barəsində mərkəz bu il də – necə ki, keçən illərdə, – öz təklifini əmələ gətirir və öz vəzifəsini bitirir.
Leylətül-qədrRəmazan ayının on doqquzuncu gecəsindən otuzuncu gecəsinə kimi bu on bir gecənin biri “qədr gecəsi”dir. Amma məlum deyil ki, hansıdır.Həmin gecənin fəziləti min gecənin fəzilətindən artıqdır; necə ki, həqqi-taala öz Qurani-kərimində buyurubdur: leylətün xeyrün min əlfi şəhrin.
Qadağa etməkÜç şeyi qadağan etmək lazımdır:Birinci “allah” ləfzini ağıza alıb, bu haldan o hala, o haldan bu hala çevirməyi qadağan etmək lazım gəlir və cəmi teatr tamaşalarını ki, orada Allah və müctəhid adı məsxərəyə qoyulur, bunları bilmərrə tərk etmək lazım gəlir. Buna da ümdə illət budur ki, bu axır vaxtlarda bir para cavanlar az qalıblar ki, Allah həzrətlərini bir yolluq danalar.
Стихи других поэтов
Ey tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər
Bu gecəDöndü murad üzrə fələkDövran bizimdir bu gecə
AğlaramÇərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram
Olmuşam dəhri-bəla içrə bu gün divanə mənOlmuşam dəhri-bəla içrə bu gün divanə mən,Varmadım meyxanəyə, sındırmadım peymanə mən.