Страница 3 из 3 · 67%

Z ə h r a b ə y i m. Ax, yazıq canım!

Qardaşlar gedirlər, pəncərədən kitabların yanmağına baxırlar, sonar çönüb Gülbahara tamaşa edirlər. Gülbahar əlindəki kitabın açıq səhifəsini yuxarı qalxızıb, qardaşlarına tərəf tutub baxır. Ara bir qədər sakit keçir və heç kəs dinmir. Axırda Gülbahar ucadan mütəəssiranə deyir:

G ü l b a h a r. Qaldı bircə kitab: bu da anamın kitabı! Bir qədər hamı sakit durur baxır.

Budur atam öz əli ilə yazdığı vəsiyyət (oxuyur). Tarixi-hicrinin min iki yüz doxsan dördüncü ilində, rəbiüs-saninin on ikisində, çeşənbə günü, sübh əzanından yarım saat keçdikdə yoldaşım Zəhranın cismindən bir parça qopub ayrıldı ki, ibarət olsun Rüstəm balamdan (barmağı ilə Rüstəm bəyə işarə edir; Rüstəm bəy atasının xəttinə diqqət edəndən sonra dəsmalını basır üzünə).

Biçarə övrətin cisminin qalanından genə tarixi-hicrinin min iki yüz doxsan doqquzuncu ilində, ramazanın beşində, pəncşənbə günü, axşamdan üç saat keçdikdə genə bir parça ayrılıb qopdu. Haman gün oğlum Məhəmmədəli anadan oldu (barmağı ilə Mirzə Məhəmmədəliyə işarə edir; Məhəmmədəli də yavuq gəlir və atasının xəttini görür və dəsmalı basır üzünə).

Yazıq Zəhranın qalan cismi genə bir dəfə parçalandı. Bu da vaqe oldu haman tarixin min üç yüz dördüncü ilində, cəmadiəl-əvvəlin on beşində, çaharşənbə günü, günorta zamanı ki, haman gün balamız Səməd dünyaya gəldi (Səməd Vahidə işarə edir; Səməd Vahid dəsmalı basır üzünə).

Bundan da bir neçə il sonra baxtı-qara övrətin qalan yarım canından genə bir parça qopdu ki, adını Gülbahar qoyduq. Bu da vaqe olub haman tarixin min üç yüz onuncu ilində, şəvvalın iyirmi birində, cümə axşamı, sübh vaxtı.

Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə genə əvvəl-axır günün başına dolanırlar; çünki bunlar hamısı qədim əzəldə gündən qopub ayrılmış parçalardır.

Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır anaları Zəhranın (əlini anasına tərəf tutur) ətrafında gərək dolanalar; çünki ay və ulduz şəmsin parçaları olan kimi, bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə! Onun insafı və vicdanı ona müdamül-həyat əziyyət edəcək, nə qədər canında nəfəs var, peşiman olacaq.

(Gülbahar qurtarcaq anası Zəhra bəyim bihuş oturduğu yerdə yıxılır. Gülbahar kitabı qoyur qoltuq cibinə və gedir oturur pəncərənin qabağında, dizlərini qucaqlayır və baxır çölə tərəf).

R ü s t ə m b ə y, M i r z ə M ə h ə m m ə d ə l i, S ə m ə d V a h i d və Z i v ə r x a n ı m tökülürlər Zəhra bəyimin yanına. Mirzə Məhəmmədəli anasının əllərini soyumuş və can üstə görüb, qalxır durur övrətin başının üstündə və başlayır fatihə surəsini oxumağa. Hamı qalxır ayağa. Rüstəm bəy, Səməd Vahid və Zivər xanım dəsmallarını üzlərinə basıb, yavaşca ağlayırlar.

(Gülbahar mat-mat baxır gah anasına tərəf, gah çölə tərəf).

M i r z ə M ə h ə m m ə d ə l i (avaz ilə). Əlhəmdülillahi-rəbbil-aləmin. Ərrəhmanir-rəhim, maliki yövməddin….

-Pərdə salınır və Mirzə Məhəmmədəlinin oxumağını kəsir.*

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Beynəlxalq qadınlar günü və şəriət

Mən elə bilirəm ki, sən zarafat eləyirsən. Ağlını yığ başına, düzəməlli danış. Bu orucağız vaxtımda onsuz da aclıq və papirossuzluq məni elə cinləndirib ki, hirslənməyə bircə bəhanə axtarıram. Bu gün bütün dünya işçi və kəndli qadınları öz qardaşlıq əllərini bir-birinə uzadıb, bir-biri ilə rabitələrini daha da artıracaqlar. Ancaq üzr istəyirəm, mən ona təəccüb edirəm ki, dünya işçi və kəndli qadınları mənə əllərini uzadanda mənim əlimi onlar necə tapa biləcəklər ki, mənim əlim bu dəqiqə məşğuldur: bu dəqiqə mən iki əlimlə Quranı tutub qoymuşam başıma və axund Molla Hüseynin tilavətinə iqtida edə-edə deyirəm:– Bikə, ya Allah

2 мин
Mərkəz və qəzalar

Yaz əkini kampaniyasına dair*Yaz əkini barəsində mərkəz bu il də – necə ki, keçən illərdə, – öz təklifini əmələ gətirir və öz vəzifəsini bitirir.

2 мин
Leylətül-qədr

Rəmazan ayının on doqquzuncu gecəsindən otuzuncu gecəsinə kimi bu on bir gecənin biri “qədr gecəsi”dir. Amma məlum deyil ki, hansıdır.Həmin gecənin fəziləti min gecənin fəzilətindən artıqdır; necə ki, həqqi-taala öz Qurani-kərimində buyurubdur: leylətün xeyrün min əlfi şəhrin.

2 мин
Qadağa etmək

Üç şeyi qadağan etmək lazımdır:Birinci “allah” ləfzini ağıza alıb, bu haldan o hala, o haldan bu hala çevirməyi qadağan etmək lazım gəlir və cəmi teatr tamaşalarını ki, orada Allah və müctəhid adı məsxərəyə qoyulur, bunları bilmərrə tərk etmək lazım gəlir. Buna da ümdə illət budur ki, bu axır vaxtlarda bir para cavanlar az qalıblar ki, Allah həzrətlərini bir yolluq danalar.

2 мин

Стихи других поэтов