Bədbəxtlik
Bu günlərdə Bakıda Seyid Məhəmməd adında bir molla necə ki, məlumdur, doqquz (9) yaşında bir qıza vəhşi bir surətdə əl uzatmaq edibdir.
Şəhərdə bu barədə çox danışıqlar oldu: günahkar mollanı, əvvəl dustağa aldılar, sonra nədənsə azad etdilər, amma sonra genə eşitdiyimizə görə dustaq ediblər.
Savayı ondan ki, bu fəqərə özü çox bir murdar iş və böyük bir vəhşilikdir, bu işin özgə bir əhəmiyyətli məsələyə yapışıqlığı var ki, bunu, hər halda, səhl saymaq mümkün deyil. Mənim sözüm qızlarımızın kiçik vaxtında ərə verilməyi məsələsi barəsindədir.
Məlumdur ki, qədim vaxtlardan belə adət düşübdür ki, müsəlman aləminin qızları doqquz yaşında uşaqlıq dövrlərini tamam eləmiş hesab olunublar və buna qüvvət verən şəriətin içimizdə məşhur olan qanunu olubdur ki, doqquz yaşa çatmış qızlara ərə getməyə izn veribdir. Kim bunu görməyib və eşitməyib ki, həmin bu qanun adına bizim məmləkətdə, xüsusən mahallarda, nə qədər bu barədə zülmlər olur? Nə qədər balaca qızların göz yaşları tökülür?
Odur ki, indiki Seyid Məhəmmədlər də adətkərdə olublar: əgər biz durub çox bərkini tutsaq, ola bilər ki, haman Seyid Məhəmməd cibindən bir gəlin qızı çıxarda və deyə ki, bu mənim şəriətim, bu halalca övrətim, dəxi kimin nə sözü ola bilər.
Bəs, belə olan surətdə işi lazımdı kökündən başlamaq, yəni lazımdır elə bir qanun qoymaq ki, qızlarımız yetişmiş yaşlarına çatmamış onların ərə getmək ixtiyarı olmasın. Belə bir qanunun daha böyük bir əhəmiyyəti oradadır ki, qızlarımız qanun təyin etdiyi yaşlarını gözləməyə möhtac olanda daha işsiz qala bilməyəcəklər və təbiidir ki, vaxtlarını tərbiyə və və dərsə sərf edəcəklər.
Əlbəttə, bu hal belə qala bilməz: bu bədbəxtlikdən, bu biabırçılıqdan bir yolluq qurtarmaq lazım.
“Yeni yol”, 3 fevral 1923, №5
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-bedbextlik
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Abunə məsələsi İranda çətin məsələdir. Rusiyada biz buna adət etmişik ki, abunə olanlar dəftərə yazılan saat abunə pullarını verib qəbz alırdılar. Amma İranda vəz özgə şəklə düşüb; çünki burada qədim vaxtlardan ta bu günə kimi ruznaməyə pul verməyi hədər bir şey hesab eləyiblər və bu səbəbdən abunə pullarını qabaqca vermək səhldir, axırda da hıqqana-hıqqına veriblər.Biz İran abunəçilərini qınamırıq; çünki həmişə mümkündür ki, qabaqca birisi pulunu versin və sonra da ruznaməni əcəl dərk eləsin. Bəs onda necə olsun, heç kəs puldan əl çəkməyə hazır deyil.
Müştərilərə1. İdarəmizə müraciət edən təbrizli ağayani-möhtərəmlərdən iltimas edirik ki, məcmuəmizdə dərc olunası məqalələri bəqədri – imkan şəhər postu vasitəsilə idarəmizə göndərsinlər; çün məqalələr barəsində zəbani sual-cavaba vaxtımız azdır.2. Təbrizdən və qeyri şəhərlərdən göndərilən məktublar və məqalələr ya fars dilində, ya türk dilində, müxtəsər yazılmalıdır və illa idarəmizin şənində müfəssəl və zınqırovlu ibarələri, tərif və tövsifləri yazmağa yazanların vaxtı və oxumağa bizim vaxtımız nahaq yerə zay olur.
Bir neçə sözNecə ki, keçən şümarədə işarə eləmişdik, Bakıya ehzar olunmağımız bizi məcbur edir ruznameyi-”Molla Nəsrəddin”i həmin 8-ci şümarədə dayandıraq. Məlumdur ki, Bakıya varid olduqda ruznaməni haman sayaq ilə çıxarmaqda olacağıq və çıxartdıqda indiki İran abunələrinə yetirmək niyyətində olacağıq. O ağayani-möhtərəm ki, idarəmizə üç aylıq müddətindən artıq pul göndəriblər, muxtardırlar ya ruznamənin Bakıdan gəlməyinə müntəzir olmağa, ya idarəmizdə qalan artıq pullarını istəməyə.Bu barədə sual-cavaba öz əvəzimizdən bəradərimiz Ələkbər Məmmədquluzadəni vəkil qərar veririk ki, müşarileyh idarədə qalasıdır. Təbrizdə və qeyri şəhərlərdə bizə az-çox borclu olan möhtərəm oxucularımızdan da xahiş edirik ki, onlara göndərilmiş olan ruznamə vəchini yetirsinlər idarəmizə.
TəbrikTəmcid edirik haman maarif-dust yoldaşları ki, yeni türk əlifbasını indi meydana qoyublar.Təbrik edirik müsəlman aləminin cəmi əfradını ki, yeni türk əlifbasının tərəfdarıdırlar.
Стихи других поэтов · Сатира
Heyf, səd heyf, bu iş bulmadı əncam yenə,Üləma özlərini eylədi bədnam yenə.
Rövzəxanın şikayətiKöhnəlik dövrü keçib, tazə hava tapmalıyıq,Xalqı aldatmağa ahənki-nəva tapmalıyıq.
Səbətə ithafGörüm olsun o qamışlar sənə peykan, a səbət!Verməyirsən mənə göz açmağa imkan, a səbət!
İranlılarBarəkallah, çox nəcib insandılar iranlılar,Her kim eşşəksə ona palandılar iranlılar.