Mar mar mizənəd, gürzə mar mizənəd

Genə keçən günlər yadım düşdü. Məhəlləmizdə xəbər çıxardı ki, bazarda ilan oynadırlar. Qaçardıq tamaşa eləməyə və görərdik ki, hacılar və kərbəlayılar cəm olub doluşublar bir kişinin başına. Bu kişi qutuları düzüb ortalığa və bir qutunun ağzını açır və bir zorba ilanı qutunun içindən çızardıb atır meydana və üzünü camaata tutub deyir: “hələ bu balasının balasıdı”.

İndi haman sözlər yadıma düşəndə mənim xəyalım gedir Misrə və orada İran konsulunun nayibi Məhəmməd Nayib yadıma düşür. Və Məhəmməd Nayib Misir torpağında sadədil və biçarə İran rəiyyətinin başına gətirdiyi zülmlər yadıma düşəndə haman ilan oynadanın sözləri yadıma düşür, “hələ bu balasının balasıdı”.

Yaxşı yadıma gəlir ki, əvvəlinci ilandan sonra ilanoynadan qutuların içindən dəxi bir zorba ilan çıxardıb atardı meydana və genə deyərdi: “hələ bu balasıdı”. Həqiqət, ilan, nə ilan! Doğrudan, əjdaha kimi bir şey idi, amma “hələ balası idi”.

Bunu da yadıma salanda Misirdə İranın general konsulu və Ərfəüddövlənin qardaşı Mirzə Ələsgər xan Bəqaüş-şeytənə yadıma düşür və bu cənabın Misirdə sükunət edən dilsiz-ağızsız İran rəiyyətinin mal və namusuna qarət etməyi yadıma düşür və cənab Bəqaüş-şeytənə yadıma düşəndə haman ilan oynadanın sözləri yadıma düşür: “hələ bu balasıdı”.

Yadımdadır ki, sonra ilançı əlini uzadardı və qutunun içindən dəxi də əjdaha kimi bir heybətli ilanı çıxarıb atardı meydana və avaz ilə oxurdu:

“Mar mar mizənəd, gürzə mar mizənəd”. Onda dəxi biz qorxub qaçardıq.

Bunu da yadıma salanda, məsələn, Ərfəüddövlə yadıma düşür, Mirzə Ələsgər xan yadıma düşür, yəni vəziri-əzəmi-sabiqi-İran. Haman Mirzə Ələsgər xan ki, saləş nəzdik bepəncah pənc, əmma cəvan, mələksəs məsləki-xuliqan, misli-Pruşkeviç və Kruşevan, bidin və biiman, simayəş səhmanak, əbruyəş və qəlbəş siyah, pürmuy, sitəmcuy, şəb ta sübh sədayi-tar, biqeyrət, binamus, biar, lotiyan həmə vabəsteyi-u, mütriban həmə dəsteyi – u. Allah onun evini yıxsın, vəssalam! Başağrısı oldu.

Dəli

“Molla Nəsrəddin”, 2 dekabr 1907, №45

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Məmmədəli! (1911)

Göndərdiyin povestkaları – ki, pulu eləsin 33 manat 70 qəpik, – üstünü yazıb Məşədi Ələsgər Bağırovun adına göndərdim. Bunu mən qəsdən belə elədim ki, Üzeyir sənə kağızları və povestkaları yetirən kimi get Bağırovun yanına, povestkaları ona verib əlli manat al, haman saat yetir Mərdanova ki, eyibdir, mən səndən də artıq utanıram.Özün də bilirsən ki, indi Təbrizdən və çox yerdən pul gözləyirik. Gələn kimi Bağırovun pulunu verərik ki, eləsin 14 manat 20 qəpik.

1 мин
Məmmədəli! (1911)

İki səhifə yarım da şəkil göndərdim. Az olsa, qalanını özün düzəlt.Rotterdən nigaran oldum. Bilmədim otuz manata razı olub şəkil çəkirmi? Hər halda burada pulum yoxdur.

1 мин
Əzizim Məmmədəli! (1911)

Az qaldı ha: iki həftəyə yəqin orada olarıq və görüşərik. Sən Allah, “Tiflisski listok”un nömrələrini oxuyub qurtaran kimi hər gün sal poçta gəlsin və “Günəş” də göndər, çünki hələ bizə gəlmir. “Russkoye slovo”nun da nömrələrini orada saxla. Sən Allah, Həmidə xanımın çekini göndər geri. Əgər pulu alıb, borca vermiş olsan, yerini doldur: barı yanvar ayında öz borcumuzu özümüz verək.Bunu sənə qabaqlar da istəyirdim yazam ki, Faiq əfəndi bundan sonra orada sahib-ixtiyardır, hər barədə: xərclər və pullar barəsində, habelə jurnalın məzmunu barəsində. Ondan sonra sənsən. Sözsüz, sən özün də bunu bilirsən.

1 мин
Əzizim Məmmədəli!

Mən hələ burada, Xankəndindəyəm.Kağızın yetişdi, razı oldum ki, işləri yerbəyer eləyirsən. Ancaq Manya səndən giley eləyir ki, onu axşamlar tək qoyursan. Yazır ki, bizim köhnə qaravaşımız Olqa hərdənbir Semyonun yanına, yəni bizə gəlir. Semyona de ki, bir də o qız bizdə görsənsə, onu çıxardıb məvacib vermənəm. Xocaya de Olqa bizə gələndə qoymasın. Vera Akimovnadan mənə yaz görüm hardadır və nə qayırır? Bir neçə günə gələrəm. Bu gün yenə material və şəkil göndərirəm. Bir şəxs dünən mənə yazır ki, guya, sən hər gün keflənirsən, mən inanmıram.

1 мин

Стихи других поэтов · Сатира