Bikarlar məhəlləsi
Təbrizdə bir gün bazarla gedirdim, gördüm küçənin sağ tərəfində və sol tərəfində divar dibində elə hey adamdır oturub baxır. Soruşdum:
– Bunlar niyə burada oturublar?
Dedilər:
– Bikardırlar.
Oturanların bir parası ki, övrət-uşaqdırlar, əllərini açıb, gəlibgedəndən çörək pulu istəyirdilər, qalanları da kimi bitlənirdi, kimi mürgüləyirdi.
Bu heyndə maliyyə qulamlarının biri qoltuğunda bir dolu təlis, içində dörd min tümən pul, gəldi girdi bir yekə və ali imarətə. Mən istədim biləm ki, bura haradır və hansı idarədir. Girdim içəri, gördüm ki, bir neçə otaqda çox əşxas oturub. Kimi qəlyan çəkir, kimi elə bikarçılıqdan mürgüləyir. Soruşdum:
– Bura haradır?
Dedilər:
– Kargüzarxanadır.
Dedim:
– Yəni, necə kargüzarxana?
Cavab verdilər ki:
– Bura həmin idarədir ki, əgər bu idarə olmasa, Azərbaycan ümuratı məəttəl qalar və heç bir əncam tapa bilməz.
Dedim:
– Xub, yəni bu idarənin vəzifəsi nədir?
Dedilər:
– Bu həmin idarədir ki, əcnəbi konsulları məhz bu idarənin vasitəsilə Azərbaycan hökumətilə rabitə saxlayır.
Dedim:
– Çox gözəl, dəxi bu əzəmətdə idarəyə nə lüzum? Bir surətdə ki, iki-üç konsul ilə sual-cavabda olmaq üçün tək bircə məmur kifayət edərdi, məsələn, Tiflis kimi, bir böyük mərkəzdə həmin bir nəfər məmur on dörd konsula cavab verirdi və cavab alırdı, özü də əyalətin qoltuğunda bircə otaqda bir münşi ilə əyləşirdi və ayda ikisi birlikdə ancaq yüz tümən dövlətdən hüquq alırdı.
Mən xəyalatda idim ki, gördüm maliyyə qulamı təlisdəki pulu tökdü yerə və başladı bikar ağalara paylamağa.
Mən dedim:
– Xub, əgər məqsəd pulu bikarlara paylamaqdır, bəs, küçədə bikar adam çoxdur, səbəb nədir ki, bu pullar kargüzarxana bikarlarına halal olub, küçə saillərinə haram olub? Ağaların biri – ki qəlyan çəkirdi,
– üzünü mənə tutub dedi:
– Molla əmi, əlbəttə, bunu səbəbi var. Səbəbi budur ki, kargüzarxana, doğrudur, indi bikardır və bikar ola-ola ayda dörd min hüquq alır, amma bizim kargüzarxanamız keçəcəkdə vətənə çox xidmət edib. Əgər sən “Acıkörpü vaqiəsi”ni yada salsan, özün də bu mətləbi təsdiq edərsən və bilərsən ki, bu pullar bizə həqiqətdə gərək halal olsun. Amma sən Molla əmi, əgər biqərəzanə danışmaq istəyirsən, gərək bunu da buyurasan ki, Azərbaycanın qeyri nöqtələrində on dörd belə bikar kargüzarxanalar var. Bəs, niyə sənin gözün ancaq bizi görür? Bəs onlara nə deyirsən?
Mən bu ağanın cavabında məəttəl qaldım, ancaq Şeyx əleyhirrəhmənin sözü yadıma gəldi:
Eyləyir küçədə təlaşi-çörək,
Sübhü, zöhrü, əsr üryani-çənd.
Gər töra dər behişt başəd cay,
Sailan duzəx ixtiyar konənd.
Amma öz aramızdı, məni həyətdən söyə-söyə saldılar küçəyə.
Mozalan
“Molla Nəsrəddin”, 29 cəmadiyəs-sani, 1339 (9 mart 1921), №2
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-bikarlar-mehellesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Doğrudan da bu tapmaca çox qəribədir. İndi bir Allah bəndəsinin yolu düşə Parijə, ya Londona. Bu tapmacanı orada söyləyə. Yəqin ki, belə bir sözə orada heç bir kəs inana bilməz.
TapmacaO hansı konsuldu ki, Bakı kimi böyük şəhərə konsul təyin oluna və gəlib çıxa Bakıya. Görə ki, bu şəhərdə yaşayan neçə min təbəəsinin heç birisi nə konsul cənablarının dilini başa düşür, nə də konsul onların dilini bilir. Axırda lazım gəlir ki, bir hambal konsulun hüzuruna gəlib, şikayət eyləməli olsa, məcbur ola öz yanınca bir dilmanc da gətirməyə?Hər kəs bu tapmacanı tapsa, söz verirəm axund-molla Tağıdan iltimac edəm ki, bayram günü ərdəbilli məscidimizə Seyid Mirhəsən Ərdəbiliyə yığdığı altmış manatın yarısını həmən seyidə verəndə və yarısını da bərayi-ehtiyat öz yanında saxlayanda həmən puldan bir qədər xərclik də bizim tapmacanı tapana karsazi eləsin.
QərardadQabaqca bunu ərz edim ki, mən özüm zəhmətkeş bir adamam və bütün ömrümdə həmişə çalışmaqda olmuşam; onun üçün də nə qədər ki, rəməzan ayı gəlib keçib, heç bir dəfə də oruc tutmağa vaxt tapa bilməmişəm; çünki heç vaxt bikar olmamışam. Dərsə gedən uşaqlarım da habelə: onlar da kitab və dəftər içində dərs və qələm-kağıza məşğul olduğundan həmçinin oruc tutmağı yada sala bilməyiblər.Yəni oruc-namaz söhbəti keçən vaxtlar heç yadıma da düşməzdi: heç bilməzdim oruc tutan kimdir, namaz qılan kimdir? Məscidə harada gedərlər, orucu nə vaxt tutarlar, nə vaxt başlanar, nə vaxt qurtarar?
İki faciəİran barəsində bu axır vaxtlarda iki bədbəxtlik üz verib. Biri Ərdəbildə axund Mirzə Ələkbər ağanın tutulub Tehrana göndərilməsi, ikinci də ləqəblərin götürülməsidir. Bu iki fəğərəyə biz o səbəbə bədbəxtlik adı qoyuruq ki, birisi fövt olub dünyadan gedəndə, onun qohum-əqrabası cəm olub, yas tuturlar.Nədir bunun mənası? Bunun mənası budur ki, o şəxs tutuldu, getdi, onun yeri boşalır, onun yeri görsənir və o heyndə dəxi dünyada bir kəs olmur ki, mərhumun özü kimi və özünə oxşar onun yerini tutsun. Axund Mirzə Ələkbər ağanın Tehrana aparılması barəsində bunu deyə bilərik ki, bu işin özü ərdəbillilər üçün həqiqətdə bir böyük dərddir ki, nə qədər dünya var bu dərdin dağı onların ürəyindən getməz. Səbəb də budur ki, Ərdəbil yer üzündə adsız-sansız bir yerdir ki, heç kəsin yadına düşməzdi ki, Ərdəbil varmı dünyada, yoxmu? Oranı şöhrətə mindirən həmən vücudu-zicud ağayi-Mirzə Ələkbər ağa oldu. Bu cənab da ki, bir para mərdümazarların fel və fitnəsi ucundan Ərdəbildən uzaqlaşdı ta bundan sonra bir belə şəxs yerdə haradan tapıla bilər buna əvəz olsun. Allah şahiddir ki, nəinki bütün İranı – dünyanı gəzəsən dəxi bir də bir belə bihəya tapıla bilməz ki, öz Vətənini dost-düşmən içində Ərdəbil halına salsın ki, az qalıbdır binamusluğun zərbülməsəli olsun.
Стихи других поэтов · Сатира
Bir zaman millətimiz alim idi,Bilmirəm noldu ki, yatdı əbədi.
Ata nəsihətiДовольно, сын мой, зря не трать на книги столько силИ юных дней не порть!
Qaç baba!Yatma, dəxi gözlərini aç, a Babayi-Əmir!Təzə danosbaz çıxıb, qaç, a Babayi-Əmir!
Hacılar, ay hacılar, can sizə qurban hacılarHacılar, ay hacılar, can sizə qurban hacılar,Ərəb eylər sızı hər ilbaşı talan, hacılar.