Böhtan
Fevral ayının iyirmi altıncı axşamı iyirmi nəfər türk mamasının birinci buraxılışı münasibətilə “Əli Bayramov klubu”nda tərtib verilmiş müsamirədə, haman yeni türk mamaları tərəfindən verilən əhdü peymanlardan hazır olanların heç biri üçün şəkkü şübhə yeri qala bilməzdi ki, bu iyirmi nəfər türk maması canü dil ilə kəndlərə dağılıb, kəndli hamilə arvadlara növ-növ müsibətdən nicat verməkdə olacaqlar.
Bununla bərabər axır vaxtlarda bir para şərirlər tərəfindən bir para böhtanlar intişar olunmaqdadır ki, guya bu iyirmi nəfər türk mamasının ancaq üç nəfəri kəndə getməyə hazırdır və qalan on yeddi nəfəri guya şəhərdə qalmağı kəndə getməkdən əlzəm bilirlər; yəni lap açığı: kəndə getmək istəmirlər.
Mən bu sözə inanardım, amma yenə bir cəhətə görə inanmıram.
O cəhətə inanmıram ki, indi baxıram, hər bir vicdan sahibi bunu görür ki, kənd əhalisi hər bir babətdən şəhərlilərə möhtacdırlar. Yaşadığımız əsrin bütün vicdanlı və hissli cavanları da öz rizalarilə kəndlərə dağılırlar ki, kəndli qardaşlarının əlindən yapışsınlar.
Necə ki, indi görürük də “Kəndə doğru” şüarı buraxılandan bu tərəfə hər bir ixtisas sahibi kəndə doğru hücum etməkdədir: məsələn, aqranomlar, makınaçılar, müəllimlər, ələlxüsus cavan təbiblər (yaşasın), diş həkimləri, cürbəcür sənətkarlar və başqaları.
Nəuzübillah, əgər mənim bu saydığım hizblər kəndə getmək istəməsə idilər və əgər mənim yazdığım bu sözlər yalan, ya zarafat babətindən yazılmış olsa idi (zarafat-zad yoxdur), onda söz yoxdur ki, türk mamaları da bunlara baxıb kəndə getməyə naz elərdilər.
Amma xeyr! Bu yeni mamalarımız vicdanlı işçilərimizin nə həvəs ilə kəndə getməkdə olduqlarını görürlər və görməlidirlər də.
Misal gətirək: keçən il bir məsul işçi yoldaşa qəzaya xidmət üçün getməyi təklif etdikdə həmin məsul işçi yoldaş üç gün ağlamışdı. Əlbəttə, bu yoldaşın göz yaşı kənd əhalisinə olan məhəbbətinin qəlizliyindən törəyibdir.
Möhtərəm oxucularımıza bu bir neçə sətir ilə dərd-sər verməkdən məqsəd o bikar böhtançılara cavab verməkdir ki, əgər işləri yoxdur, özlərinə iş axtarsınlar və bizim təzə təhsil tapmış türk mamalarını başqalarının içində hörmət və qiymətdən salmasınlar. Zira ki, heç bir vicdan sahibi yeniyetmə cavan türk maması razı ola bilməz ki, onun barəsində danışsınlar ki, “kəndə gedib orada işləmək istəmir, şəhərdə qalmaq istəyir”.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 10 aprel 1926, №15
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-bohtan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Müsəlman vəkillərinə nəsihətEy dumada olan müsəlman vəkilləri, and verirəm sizi öz insafınıza, bircə dəqiqəliyə mənim bu sözlərimə qulaq verin və qoca Mollanın nəsihətini qəbul edin.
Mövqufat məsələsiMəlumdur ki, mövqufatımızın ixtiyarı Rusiya hökumətindədir və mövqufat pullarımız rus xəzinəsindədir. Mövqufatın gəlirinə və gedirinə hökumət özü yetişir. Müxtəsər, mövqufat işlərimizi Rusiya hökuməti dolandırır.İndi baxaq bunun nəticəsinə; mövqufatın mülkləri və qeyri tərpənməyən var-yoxu öz yerində qalır və nəqd pulları xəzinədə durur və lazım olan vaxt ruhani rəislərimizin razılığı ilə xərclənir, necə ki, məsələn, vəqf pulları ilə mədrəseyi-ruhaniyyə tikiləcək.
Xoş təqrirİnsan həmişə danışanda gərək elə danışa ki, içindən bir şey çıxa, nəinki hədərən-pədərən. Bir məsəl var deyərlər: “Hər nə salarsan aşına, o çıxar qaşığına”. Doğrudan da belədir. Birinə bir yaxşılıq eləsən, söz yox ki, zad olar, bu... adı nədi... zad kimin... nəstə kimin... Şair deyib ki, “Hər dəm əz-ömr mirəvəd nəfəsi”. Söz yox ki, anlayan bir tükdən də anlar. Hərçənd bir az başağrısı olur, amma nə eləmək, xudavəndi-aləm insanı və xanları xoş gündə xəlq eləyib. Məsələn, əgər onlar xoş gündə xəlq olmasaydılar, onların barəsində bu qədər danışmazdılar. Sözüm bunda deyil. Sözün canı gərək olsun. Söz nə qədər gödək olsa, o qədər yaxşı olar. Allah ölənlərinizə rəhmət eləsin, bir zad var idi... adı nədi... hə.. Kərbəlayı İmamqulu əmi. Bu Kərbəlayı İmamqulu əmi deyirdi ki, biri var idi, biri yox idi, bir qarı var idi, tumancığı dar idi, bir gün bu qarı getdi Arazdan su gətirməyə, şappadan dəydi buz üstünə, dedi – Ay buz, sən nə yamansan! Dedi ki, mən yaman olsaydım Arazda donmazdım! Dedi – Ay Araz sən nə yamansan? Dedi – Mən yaman olsaydım, İrana sərhəd olmaz idim! Dedi – Ay İran, sən nə yamansan? Dedi – Mən yaman olsydım xanlar əllərinə ülgüc-bülöv alıb məni qırxmazdı! Dedi – Ay xanlar, siz nə yamansız? Dedi – Biz yaman olsaydıq, nəinki ayda, bəlkə gündə bir ləqəb almazdıq! Dedi – Ay ləqəblər, siz nə yamanmışsız! Dedi – Biz yaman olsaydıq, bizi ləbləbi qiymətinə satmazdılar! Dedi – Ay ləbləbi sən nə yamansan? Dedi – mən yaman olsaydım, İranda duma qurulmazdı. Dedi – Duma, sən nə yamansan! Dedi – “Yamanam” hay yamanam, buğlarımı buraram, xanları mən vuraram (Bıy, Molla əmi, şeir çıxdı). Hə, sözümün ucu necə oldu? Hə, məsələn, belə işləri adam görəndə təccüb edir. Söz yox ki, bu nağıldı, amma genə necə olsa yaxşı zaddı. O.. deyir ki... Allah şairin qəbrini nurnan doldursun: “Mayeyi-eyşiadəmi şikəməst”, bu söz yəni belə olmasaydı, bizim bəzi mollalarımız yeməkdən başqa bir özgə iş də görərdilər. Molla əmi, qurban olum sənin gözlərinə, incimə məndən, bir zad yadıma düşdü, qoy onu deyim, yəni hərçənd onun da mətləbə dəxli var, bu hacılar pulu yığıb görəsən nə eləyəcəklər?!Amma bu “şansonetkalar” ay İrəvandan pul çəkdilər ha! Bir az keyfim olaydı, başım yaxşı işləmir, heç bilmirəm ki, nə yazıram. İnsanın həmişə, ələlxüsus ki, zadların danışığı və yazısı gərək püribarə ola, məsələn, demək bu kağız kimi. Mənada yəni bir o qədər iş yoxdur. Mən bu işi yaxşı bilirəm. Cənabınıza məlumdur ki, gərək elə danışasan ki, heç zad qanmayalar. Belə adama “xoştəqrir” deyirlər. Məsələn, zad kimi, adı nədi.. Qoy qalsın sonra yazaram. Hə bir də, Molla əmi, sən Allah bu elanı yaz qəzetində.
Cəmiyyəti-xeyriyyəDəxi işimiz çox çətin yerə dayandı: bir yandan söz vermişik ki, “Təzə həyat”ın nəsihətinə əməl eləyək və heç kəsi özümüzdən incitməyək, bir yandan da lazım gəlib Bakı cəmiyyəti-xeyriyyəsi barəsində möhtərəm oxucularımızla bir az söhbət eləyək.Pənah Allaha, – deyib başlayaq.
Стихи других поэтов · Сатира
Bilməm nə görüb məktəbi-irfanda bizim qız,Təhsili-ədəb, dərsi-dəbistanda bizim qız?
"Kəlniyyət" məcmuəsinin ruhunaÖtdünsə sənin ruhuna mən fatihəxanəm,Rəhmət ola, min yol sənə rəhmət, genə rəhmət.
Ey gözümÇəkmə qəm millət yolunda, şad ikən qıl seyri-bağ,Lalərüxlər seyrin et, çək sineyi-məzlumə dağ.
BöhtanzadəGecəyarıdan keçib, aləm yatıb, bir nəfərQəlbində sonsuz kədər,