Cəfərin anası
Dünən özümü soyuğa vermişdim, heç keyfim yox idi və kürəklərim ağrayırdı. Ayıb olmasın, bizim Cəfərin anasına dedim: “ay arvad, sən Allah gəl çıx mənim dalımı bir yaxşıca ayaqla”.
Əvvəl nainsaf arvad acıqlı-acıqlı yavaşca öz-özünə dedi: “başına daş düşsün”. Mən eşitdim və bildim ki, mənə deyir.
Dedim: “ay arvad səni and verirəm Şəkidə Şeyx Babanın qəbrinə, gəl dalımı ayaqla”. Ayıb olmasın, Cəfərin anası genə mırtdana-mırtdana gəldi, istər-istəməz çıxdı dalıma və başladı kürəklərimi ayaqlamağa. Bir az keçmədi, ayıb olmasın, arvad məndən soruşdu: “A kişi, canın yansın, sən ki, Şəkini görməmisən, sən Şeyx Babanın qəbrini haradan tanıyırsan?”.
Dedim: “Görməyəndə nə olar? Axır mən kitab oxuyuram, mən qəzet oxuyuram, mən axır mollayam”.
Ayıb olmasın, Cəfərin anası dalımı ayaqlaya-ayaqlaya genə məndən soruşdu: “Di elədə nağıl elə görək, daha dünyada nə var, nə yox?
Dedim: “Şəkidə “Babaratma piri” də var”. “Sən Allah, a kişi, bir az da özgə şəhərlərdən nağıl elə. Nə yapışmısan Şəkinin yaxasından?”
Dedim: “Peterburqda övrətlər ərizə verib darülfünuna girmək istəyirlər və hökumət də övrətlərin ərizəsini qəbul eləyib”. Burada biçarə arvad deyəsən elə müsəlman ülkən kimi oldu və guya ki, qorxa-qoxa, yainki hirsli-hirsli məndən soruşdu: “Nəmənə? Nəmənə?”.
Gördüm ki, mən indi dediyim sözlər, ayıb olmasın, bu arvadın xörəyi deyil və onun üçün başa düşmədi.
Doğrusu yazığım gəldi, ayıb olmasın, Cəfərin anasına və istədim təzə xəbərlərdən zaddan bir şey nağıl eləyim eşitsin.
Dedim: Şuşa qalasını tanıyırsan?
Dedi: Getməmişəm, amma eşitmişəm.
Dedim: Yazıq arvad, istəyirəm oranın qoca vaizlərini sənə tərif eləyim, amma qorxuram onlara aşiq olasan və məni burada naxoş qoyub çıxıb gedəsən.
Dedi: Di elədə bir özgə şəhərdən söylə.
Dedim: Tehran şəhərini eşidibsən?
Dedi: Necə, necə?
Dedim: Lənətüllah əla qövmüz-zalimin!
Yazıq arvad genə deyəsən təəccübləndi və soruşdu: Kişi nə danışırsan?
Dedim: Lənətulla əla Hacı Mirzə Həsən müctəhid Təbrizi, Seyid Əhməd Bəhbəhani, Seyid Məhəmməd və Seyid Əhməd Yəzdi və Ağa Seyid Əhməd pəsəri – Hacı Ağa Möhsün İraqi.
Gördüm dəxi yazıq arvadın qulaqları lap taqqıldadı, necə ki, məsələn Təbrizdə adamın qulaqları dünbək səsindən taqqıldayır.
Biçarə arvad mənim sözümü kəsib dedi:
A kişi, sən Allah, sabah bazara çıxanda mənə altı arşın güllü çit al, nişanəsini sabah Pəricahan bacımdan alıb verərəm sənə, dünən Pəricahan bacım o çitdən özünə çarşov tikib geyib getmişdi. Pirəhmədli kəndində Molla Məhəmmədin yanına dua yazdırmağa. A kişi, bir görəsən necə çitdi, sən Allah sabah mənə o çitdən altı arşın al gətir.
Dedim: Arvad, bilirsən nə var.
Dedi: Nə var.
Dedim: Ta mərd süxən nəgöftə başəd – Eybü hünərəş nə-höftə başəd. Ayıb olmasın, yazıq arvad çox hirsləndi və dedi:
Kişi, sən dəli-divanə olubsan.
Dedim: Arvad, qorxma, qızdırmışam, sərsəmliyəm. İnşallah sabah yaxşı olaram, dəxi belə axmaq sözlər danışmanam.
Qızdırmalı
“Molla Nəsrəddin”, 29 iyul 1907, №28
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-ceferin-anasi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ölülər elə bilirlər ki, dirilər halva yeyir.İndi Litva və Polşa müsəlmanları öz-özlərinə deyirlər ki, bax gör biz necə bədbəxt olduq, müsəlmançılıqdan uzaq düşdük, türk dilimizi yadımızdan çıxartdıq və qafqazlı müsəlman qardaşlarımızdan geri qaldıq.
RəvayətƏcayibül-məxluqat*Rəvayətdir ki, bir gün Yəhya bin Ziyad xahiş elədi ki, şeytanı gətirsinlər onun yanına. Şeytan hazır oldu, amma şeytan nə şeytan: tükləri meymun tükünə oxşar, bədəni donquz bədəni kimi, ağzı və gözü əyri, dörd əli var, ikisi sinəsində və ikisi də çiyinlərində, amma ayaqları boynundan asılmışdı və otuz ayaq barmaqları var idi, amma boynundan bir yekə zəng asılmışdı.
FitvalarAltı müctəhidin imzaları ilə təsdiq olunmuş hər cür fitvalar Tiflisdə “Qeyrət” mətbəəsində bir neçə min nüsxə çap olunub satılır və xahiş edənlərə “naloj” ilə göndərilir. Bu aşağıda yazılan qərar ilə:Məşrutiyyət ziddinə verilən fitvalar... nüsxəsi yarım qəpik
LəpəMən bizim guya ana dilimizdə qəzetələri oxuyanda həmişə fikrimə gəlir ki, mən bisavadam.Amma birdən yadıma düşür ki, axı mən on iki il müsəlman dərsi oxumuşam!..
Стихи других поэтов · Сатира
Qoy törənsin min cürə yersiz rəzalət səhnədə,Eylərik zira bununla biz ticarət səhnədə.
Şeir yaxud merŞerin nə demək olduğunu qarelərimizin bilməyinə şəkk və şüb-həmiz yoxdur. İndi biz merin nə demək olduğunu bildirmək istəyirik.
Özündən razıYaşadı, həmişə özündən dedi,Göydəki günəşə özündən dedi.
CavanДом богат мой и велик,Мне мулла служить привык,