Страница 3 из 3 · 67%

Qasım kişi. Yəqin sənin adamın olmayıb ki, səni üzə çəksin; onunçun Mirzə Məhəmmədqulu səndən az oxuya-oxuya dilmanc olub nəçərnikə, amma sən çox oxuya-oxuya uşqol olmusan. Əlbəttə, adamın vasitəsi çox şərtdi.

Uçitel. Qasım kişi, sən səhv eləyirsən. Mən istəsəm dilmanc da ollam, pristav da ollam, hələ bəlkə artıq da ollam; amma özüm istəmirəm.

Kərbəlayı Heydər. Bəlkə goburnat da olarsan.

Hamı gülüşür.

Uçitel (camaata acıqlı). Dəxi niyə gülürsünüz? Mən bura siznən zarafata gəlməmişəm ki!

Pirverdi bəy. Dəxi bəsdi! Mən onu-bunu bilmənəm; danışıq çox uzandı və mən də durub gedirəm (durur). Bax, Qasım kişi, Kabla Qulamalı, Kabla Heydər və qeyriniz, hamınız eşidin və bilin ki, bu danışıqların heç biri mənim qulağıma girmir; çünki mən yüzbaşıyam; mənimki şallağdı. Gələn şənbə yox, o biri şənbə günü inşallah uşaqları göndərərsiniz uşqola, vəssəlam; yoxsa özgə danışıqnan mənim işim yoxdu. Bir sözü ki, böyüklərim mənə buyurublar, mən gərək ona əməl eləyəm. Ta ki, xalq arasında üzü qara olmayam və hər yanda söz qoşmasınlar ki, Danabaş yüzbaşısı Pirverdi bəyin gözünün qabağında uşaqları uşqoldan qaçırdıb kərmə qalağında gizlətdilər.

Qasım kişi (mollaya). Ay molla, sən nə deyirsən? Sənin ağlın nə kəsir?

Molla Movlamverdi (bir qədər fikir edib o tərəf-bu tərəfə baxır). Bəli, əlbəttə, təhsili-ülum və fünun, bir dərəcədə ki, etiqad aləminə rəxnə yetirməyə, fərayizdən məhsub olunur və lakin əcnəbi dil-lərinin və ayinlərinin təhsili bu şərt ilə ki, məsələn, belə fərz edək ki... (duruxur).

Uçitel. Cənab Molla Movlamverdi, cənab inspektor məni vəkil edib sizə təklif edəm ki, həmin uşqolda həftədə iki saat şəriət dərsi deyib, ayda on iki manat yarım hüquq alasınız. Buna nədir fərmayişiniz?

Molla Movlamverdi (bir qədər dikəlib və həvəslənib). Bəli, bəli, inşallah çiddi-cəhd elərik və yüzbaşının nüfuzu sayəsində inşallah uşaqları da cəm elərik. Əlbəttə, elm təhsil eləmək hər bir babətdən lazımdır və padşahi-mehribanımızın dilini bilmək dəxi əlzəmdir; nə eybi var? Elm həmişə elmdir. Allah mübarək eləsin; Allah padşahımızı da səlamət eləsin.

Qasım kişi. Allah mübarək eləsin. Allah axırını xeyir eləsin.

Şaban nənə. Ay uşqol, bax mənim Əsəd balamı gərək döyməyəsən ha! Yoxsa qoymanam getsin uşqola.

Məşədi Ağakişi (anasına). Ay arvad, sən bir kəs səsini!

Uçitel. Mən Danabaş çamaatının bu tövr elmin qədrini bilməyini pazdravit edirəm; çünki necə ki axund Molla Movlamverdi də buyurdular, elm, elm və genə də elm; necə ki deyiblər: uçenie svet, neuçenie tma.

Kərbəlayı Heydər və bir neçə kəndli gülür, uçitel təkcə çəpik çalır.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Mətbəə

Mən necə vəsf edim şəhənşahıMəhü, xurşidrüxi-fələkcahi

3 мин
Papaslar

Mən hər vaxt məcmuəmizdə bir məqalə yazanda, ya bir kəsə bir məktub yazanda, yainki bir məclisdə söhbət eləyəndə, bircə şeydən çox nigaran olaram: həmişə qorxaram ki, oxucular elə xəyal eləyələr ki, mənim fars dilindən və ərəb dilindən heç xəbərim yoxdur; qorxuram bilməyələr ki, mən fars və ərəb dili də oxumuşam. Və bu cəhətdən bir məqalə, ya məktub yazanda nə qədər mümkündür səy edirəm ki, yazılarımın içində bacardıqca çox fars və ərəb kəlməsi işlədim.Yəqin ki, qeyri yazıçılar da mənim günümdədir və hər kəs desə ki, “xeyr”, – əlbəttə, yalan deyir.

3 мин
Məhəbbət

İnsan bir yerdə nə qədər vaxt qalıb oradan uzaq düşəndən sonra genə haman qabaqca qaldığı yeri çox dost tutur və özü üçün vətən kimi bir şey hesab edir.Tiflisdə bir vaxt İran konsulu və indi İstambulda İran səfiri – kəbiri prins Mirzə Rza xan Ərfəüddövlə həzrətlərinin dünyada heç bir kəsə o qədər məhəbbəti yoxdur, nə qədər ki, Qafqaz müsəlmanlarına vardır. O gündən ki, Qafqaz müsəlmanları şeyxülislamsız qalıblar, cənab prins bu fikirdə olub ki, Qafqaz şeyxülislamlığına elə bir zat təyin olunsun ki, onun qeyrəti və hümməti sayəsində Qafqaz müsəlmanları xoşbəxt olsunlar.

2 мин
Əyyami-mah

Müsəlmanların qeyri millətlərə nisbət dalda qalmaqlarının, əlbəttə, bir səbəbi var. Hər kəs nə deyir desin, amma mənim əqidəmcə bunun səbəbi tək bircədir ki, aşağıda ərz olunur.Biz müsəlmanlar indiyədək günlərin səadətini və nühusətini istəməmişik mülahizə eləyək və ayın əvvəlindən ta otuzunadək başımızı salırıq aşağa və dünya işlərinə məşğul oluruq və halonki bizim üləmamız keçmiş vaxtlarda bu barədə neçə cild kitablar yazıblar və hər bir günün xoş olmağını, ya nəhs olmağını təyin ediblər ki, mömün bəndələr hər vaxt agah olub pişvaların nəsihətinə mütabiət eləsinlər. İndi, məsələn, rəməzan ayı yavıqlaşır və müsəlmanın boynuna nə qədər təkliflər gəlir; amma sən fikrini verirsən, nə bilim, Krit məsələsinə, sən məşğulsan Tehranın politikasına, Qafqazda təzə Zemstvo idarəsinə, məktəb işlərinə, maarif və mətbuata. Amma bircə bunu xəyalına gətirmirsən ki, hər ayın bir günü var, hər günün bir xasiyyəti var və hər gündə nə işə məşğul olmağı xudayi-taala bizə göstərib. Dəxi nə deyirsən, sözün nədir, niyə qafil olursan?

3 мин

Стихи других поэтов