Страница 1 из 2

Birinci məclis vaqe olur şəhərin hakimi H ə z r ə t Ə ş r ə f i n idarəsində. Yuxarı başda sandalya üstə əyləşib Həzrət Əşrəf, yanında durub müavini H a c ı N a y i b. Bir tərəfdə sandalya üstə əyləşib d o k t o r L a l b y u z, qabağında kürsü üstə kağız-küğuza baxır. Kənarda əyləşiblər şəhərin mötəbər tacirləri: H a c ı M ə h ə m m ə d ə l i fərşfuruş, H a cı X u d a v e r d i Ş ü r ə k a, H a c ı C ə f ə r K o m p a n i. Qapının yanında durub fərraş Ş i m r ə l i. H ə z r ə t Ə ş r ə f H a c ı N a y i b ə qanılmayan dildə yavaş-yavaş bir söz deyir.

H a c ı N a y i b (üzü camaata). Hacılar, burada bir vacib məsələ var ki, ondan ötəri də Həzrət Əşrəf sizi buraya dəvət edib; amma and verirəm sizi uzun qollu Həzrət Abbasa, burada, əgər mümkünsə türkcə danışmayaq, çünki Həzrət Əşrəfin mənə qeyzi tutur.

H a c ı C ə f ə r K o m p a n i (Hacı Nayibə). Hacı ağa, and verirəm səni pənctəni-ali-əbayə, bu dəfəliyə bizi əfv buyurunuz və mətləbi

bizim dildə bəyan ediniz ki, başa düşək: çünki məcə də ki, sizə məlumdur. Həzrət Əşrəf fərmayiş etdikləri dilə biz heç birimiz aşina deyilik. (Qorxusundan bir qədər yavaş deyir). Doğrusu, Hacı ağa, peyğəmbərə and olsun, Həzrət Əşrəfin dilini biz başa düşmürük. Bəs buna

görə biz əhd edirik ki, Həzrət Əşrəfin xidmətində bundan sonra heç danışmayaq, heç danışmayaq. (Sağ əlini basır ağzına).

H a c ı M ə h ə m m ə d ə l i. Heç danışmayaq, heç danışmayaq. (Bu da əlini ağzına basır).

H a c ı X u d a v e r d i. Heç danışmayaq, heç danışmayaq. (Bu da sağ əlini ağzına basır).

Hacı Naib Həzrət Əşrəf tərəfə əyilib ona yavaşca bir söz deyir və o da buna yavaşca bir neçə söz deyir. Həzrət Əşrəf durub gedir içəri

otağa, sonra Hacı Nayib üzünü tutur hacılara.

H a c ı N a y i b. Hacılar, əhvalat bu qərar ilədir ki, hər bir hakimin birinci vəzifəsi məmləkətin abad və əhalinin istirahət və səadətidir. Və Həzrət Əşrəfin amalı və arzusu, bu məmləkətə təşrif gətirəndən indiyədək həmişə bu yolda olubdur. Buna da allah-təala özü şahiddir;

bu da ki, əzhər minəş-şəmsdir. Həmin bu cənab (doktora işarə edir) ki, ismi şərifləri doktor Lalbyuzdur.

H a c ı M ə h ə m m ə d ə l i. Lalbyuz?

H a c ı N a y i b. Bəli, Lalbyuz, doktor Lalbyuz ki, təzəlikdə Əmristandan bizim vilayətə təşrif gətiriblər ki, ruh azarının burada camaat

içində nə şəkildə zühura gəlməyini tədqiq və təhqiq edib, cünunluq mərəzinin xasiyyətini, tarixini, indiki Əmristan darül-elmlərində təhsil etdikləri elmi-psixikə tətbiq buyursunlar.

Burada doktor bir lüğət kitabına barmağını qoyub deyir.

D o k t o r. Dali, dali (yəni istəyir desin "dəli").

H a c ı N a y i b (həkimə baxıb). Yəni həkim cənablarının ixtisası həmin dəlilik mərəzinin, yəni ruh dairələrinin öz təbii mahiyyətindən

ixrac olub, rəxnə tapmağıdır ki, bunun nəticəsində insanın qüvveyi-əqliyyəsinə xələl yetişir. Bəistilahi-türk, insan dəli olur. Bəs belə

olan surətdə insaf və mürüvvətdən uzaq olar, əgər biz doktor cənablarının şəhərimizə təşrifini qənimət saymayaq. Həzrət Əşrəfin

iradəsi bu yerdə qərar tutub ki, bundan sonra şəhərimizdə bir nəfər də dəli və divanə küçə-bazarda sərgərdan dolanmasın və doktor cənabları o biçarələr üçün bir məkan qərar verib, onların müalicəsinə məşğul olsun …. Belə bir iqdamatın iki qism gözəl nəticəsi ola bilər: biri budur ki, şəhərimizin küçələrindən dəliləri rədd etmək ilə vilayətimizin abadlığı yolunda təlaş etmiş olarıq ki, bu özü bizim

üçün müqəddəs bir vəzifədir; ikincisi də budur ki, o bəxtiqarə dəlilərin xeyir-duasının feyzi bizim özümüzə də kifayət edər, valideynimizə

də kifayət edər və abavü əcdadımıza da kifayət edər. Nə deyirsiniz, hacılar?

H a c ı M ə h ə m m ə d ə l i (əllərini qalxızır duaya). Bari pərvərdigara, belə hakimlərin sayəsini biz aciz bəndələrin başının üstündən

əskik eləmə öz birliyin xatirinə.

H a c ı X u d a v e r d i (əlləri duada). Ey gözə görünməyən pərvərdigar, bizə rəhmin gəlsin!

H a c ı C ə f ə r (əlləri duada). Amin!

Hacılar təəccüblə doktora tamaşa edirlər.

H a c ı M ə h ə m m ə d ə l i. (Hacı Nayibə) Hacı ağa, mən belə məsləhət görürəm ki, doktor cənablarının şəhərimizə vürudu çavuş

vasitəsilə əhaliyə elam olunsun və car çəkilsin və o biçarə dəlilərin qohum-əqrəbasına müjdə verilsin ki, xudavəndi-aləmin lütf və

mərhəməti sayəsində o binəva dəlilər mübtəla olduqları cünunluq mərəzindən tez bir vaxtda şəfa tapacaqlar.

H a c ı l a r (Şimrəliyə tərəf). Bəli, bəli, elam olunsun, car çəkilsin.

H a c ı N a y i b. (Şimrəliyə) Şimrəli, hacıların məsləhəti pis deyil. Durma get, binagüzarlıq elə.

Ş i m r ə l i. Çeşm (çıxır, gedir).

H a c ı M ə h ə m m ə d ə l i. Pəh, pəh, pəh! Maşallah olsun doktor cənablarının elminə; necə də ki, ərəblər deyiblər: zahir batinin

ayinəsidir, eləcə doktorun zahirindən elm yağır. A kişi, bizim müsəlmanların yəni həkimləri də bir həkimdilər? Vallah, billah, and olsun getdiyim Imam Rzaya, heç baytal da deyillər. Həkim, bax, buna deyərlər ey! Amma heyf ki, deyəsən, bizim dili yaxşı bilmir.

H a c ı C ə f ə r. Yəni, Hacı ağa, nə eybi var ki, bilmir?H a c ı X u d a v e r d i. Yəni, Hacı ağa, bizim dildə nə mətləb var ki, onu bilsin

ya bilməsin? Biləndə nə olacaq, bilməyəndə nə olacaq?

H a c ı M ə h ə m m ə d ə l i (hacılara). Hacı ağa, and olsun allaha, mən ona təəccüb eləyirəm ki, bu zalım oğlu bizim dili bilməyə-bilməyə dəlilərə necə müalicə edəcək? Genə özgə azar ola, genə bilməsə də, o qədər eybi yoxdur. Amma Hacı Nayib ağa buyurmuş kimi, burada ruh məsələsi var, burada dəlinin əhvalını yoxlamaq məsələsi var.

H a c ı X ud a v e r d i. Xudaya, şükr sənin cəlalına!

H a c ı C ə f ə r. Lahövlə vəla qüvvətə illa billahü əliyül-əzim!

H a c ı N a y i b. Yəni Hacı Məhəmmədəli ağa, dili bilməkdə, ya bilməməkdə bir mətləb yoxdur. Odur Həzrət Əşrəf də bizim dili bilmir; indi görək bunun bilməməyinin kimə nə zərəri var? Həkim də bunun kimi. Nə eybi var? Həkiminki odur ki, azarın özünə yaxşı təşxis versin.

H a c ı M ə h ə m m ə d ə l i (Hacı Nayibə). Xeyr, məni əfv buyurasınız, Hacı ağa! Həzrət Əşrəfin işi bir özgədir: o hakimdi, onun vəzifəsi ancaq əmr etməkdi, çığırıb bağırmaqdı ki, burada bir özgə dili bilmək əsla lazım deyil; amma həkim bir az bilsə, nə eybi var?

H a c ı N a y i b. Bəli, hələ bu belə. Indi, hacılar keçək məsələnin o biri tərəfinə. Məlumdur ki, hər təşəbbüsat ki, məmləkətin abadlığı

yolunda başlanır, hökumət xəzinəsinə çox da ağırlıq düşməsin deyə, ağayani-tüccarın himmətinin vücudu ilə nəticəbəxş olur; buna binaən Həzrət Əşrəf dəlixananın təsisinin məsarifini siz cənabların öhdəsinə mühəvvəl edibdi ki, indi biz bu saat doktor həzrətlərinin müsvəddəsindən həmin binagüzarlığın məxaricini təxmin edə bilərik. (Əyilib doktorun kağızına baxır).

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İsgəndəri-kəbirlər

Qədim əsrlər çox da fəxr eləməsinlər ki, onların İsgəndəri-kəbiri var imiş.İndiki əsrin İsgəndəri-kəbirləri qədimki isgəndərlərə bir təpik də hələ vurublar.

2 мин
Teatr söhbətləri

İstəyirdim bu barədə danışmayım; çünki bizdən savayı qeyri millətlər də var. İstəmirdim ki, eybimiz dünya və aləmə faş olsun. Onunçün oxucularımızdan iltimasım budur ki, qonşularımızdan rus, erməni, gürcü və yəhudi – hansı birisi rast gəlsə və soruşsa da, Molla Əmi baş məqaləsində nə yazır, ancaq bunu desinlər ki, burada, qəzalarımızın dairə Şura sədrləri büdcə pullarını artıq bir səliqə ilə xərcləməyi barəsində yazılır və israf-məsrəf, Əlinin və Vəlinin papaqlarının komediyabazlığından dairə Şura sədrləri çox uzaqdırlar–inşallah...Komediya dedim, oktyabrın beşində işçi teatrımızda qurulan teatr müsahibəsi yadıma düşdü. Burada dəxi bilmirəm mən nə danışım; o qədər ki, orada uzun-uzun nitqlər, bəhslər, deyişmələr (az qala hələ vuruşma) oldu, – dəxi artıq müzakirəyə lüzum qalmadı.

2 мин
Məktəbdə çarşab, yaxud çarşabda məktəb

Səkkizinci şura məktəbinin qızları (başqa məktəblər hələ qalsın) nə qədər ki, birinci, ikinci və üçüncü sinifdədirlər, evlərindən məktəbə və məktəbdən evlərinə başıaçıq və dizətək ayaqları açıq gedib gəlirlər (necə ki, sair millətlərin qızları).Amma elə ki, dördüncü sinfə ayaq basdılar, ta yeddinci sinfi qurtarana kimi məktəbə çarşablı gəlib gedirlər.

1 мин
Çadra və papaq

Çadra məsələsi bir kiçik məsələdir: çadranı başa salmaqla salmamaqda bir o qədər fərq yoxdur. Biz deyə bilmənik ki, çadrasız gəzən arvadlar çadra örtən arvadlardan həyasızdırlar, ya həyalıdırlar və habelə demək olmaz çadra örtmək arvadı həyasızlıqdan təmin edir, ya təmin etmir. Həyalı arvad çadrasız da gəzə bilər, çadralı da gəzə bilər; həyasız arvad çadrasız da gəzə bilər, çadralı da gəzə bilər. Burada ancaq tək bircə təfavüt vardır: o təfavüt də budur ki, çadra qədim vəhşi zəmanələrin yadigarıdır, onunçün də bir arvadın başında çadra görəndə keçmişlərdə vəhşi və yırtıcı insanların əsri yada düşür.Amma, papaq məsələsi bam-başqa bir məsələdir. Burada dəxi bir vəhşilik və yırtıcılıq söhbəti yoxdur; fikir verməli məsələlərin biridir.

2 мин

Стихи других поэтов