Birinci məclis
Страница 2 из 2 · 50%
Doktor gah kağızları, gah lüğət kitablarını açır, Hacı Nayabə nişan verir.
Bəli, doktorun hesabı mövcibincə, əgər biz istəyək şəhərimizdə bir dəlixana təsis edək, onun ildə iyirmi min tümən məsarifi olacaq.
H a c ı M ə h ə m m ə d ə l i (təəccüblü). Iyirmi min tümən?
H a c ı N a y i b. Bəli, Hacı ağa.
H a c ı X u d a v e r d i (təəccüblü). Iyirmi min tümən?
H a c ı N a y i b. Bəli, Hacı ağa.
H a c ı C ə f ə r (təəccüblü). Iyirmi min tümən?
H a c ı N a y i b. Bəli, Hacı ağa.
Hacılar bir-birinə baxıb, başlarını bulayırlar.
H a c ı M ə h ə m m ə d ə l i (Hacı Nayibə). Hacı Nayib ağa, and verirəm səni səyyidüş-şühədaya, boşla getsin.
H a c ı X u d a v e r d i (Hacı Nayibə). Hacı Nayib ağa, and verirəm səni qərib Imam Rzaya, boşla getsin.
H a c ı C ə f ə r (Hacı Nayibə). Hacı Nayib ağa, and verirəm səni çəhardəh məsuma, boşla getsin.
H a c ı M ə h ə m m ə d ə l i (Hacı Nayibə). Ərz olsun Hacı Nayib ağanın hüzuri-mübarəkinə ki, o biçarə dəlilərin ağlını alan o gözə görünməyən pərvərdigari-aləmdir ki, öz yaratdığı bəndəyə lazım olan yerdə ağlı verir də, alır da. Bu bir məşiyyəti-yəzdanidir ki …. (Iki əlini yuxarı qalxızıb, gözlərini allaha tərəf axıdıb, bu halətdə olan vaxt Həzrət Əşrəf içəri qapıdan yavaşca başını çıxardıb çığırır).
H ə z r ə t Ə ş r ə f. Pul, pul!…. (Həzrət Əşrəf yenə yox olur. Hacılar xövfə düşürlər).
H a c ı M ə h ə m m ə d ə l i (Hacı Nayibə) Hacı ağa, bu nə fərmayişdi? Pul budur bizim cibimizdə. Bizim malımızın da, canımızın da
təəllüqü Həzrət Əşrəfdir. And olsun xaliqi-ləmyəzələ ki, burada xilaf yoxdu. Bu nə fərmayişdi?
Fərraş Şimrəli daxil olur.
H a c ı X u d a v e r d i (Hacı Nayibə). Hacı ağa, and verirəm səni o uzun qollu Həzrət Abbasa, axı Həzrət Əşrəfin nahaq yerə qeyzi tutur; biz bir söz ki, demirik. Bir surətdə ki, Həzrət Əşrəf fərmayiş buyururlar, bizim nə sözümüz ola bilər?
H a c ı l a r. Nə sözümüz ola bilər?….
H a c ı X u d a v e r d i. Axı, qurban sənə, Hacı ağa, bircə mətləb burasındadır ki, hərənin öz damarına görə qan alarlar. Axı sən özün bir mülahizə buyur gör, o iyirmi min tüməni biz üçümüz verə bilərik ya yox? Görək aya bu şəhərdə bizdən də savayı tacir var ya yox?
H a c ı C ə f ə r. Yaxşı, biz bədbəxt nə deyirik ki! Xub, yarısını biz verək, yarısını qeyri tacirlər versin.
H a c ı N a y i b. Hacı Məhəmmədəli ağa, and verirəm səni mövlayi-müttəqiyanə, bu sözləri mənə deməyin. Sözünüz var idi, bayaq Həzrət Əşrəfin özünə ərz edəydiniz. Əgər pul vermək xəyalınız yox idi, heç öhdənizə götürməyəydiniz.
H a c ı X u d a v e r d i. Ay Hacı ağa, axı biz bədbəxt nə vaxt öhdəmizə götürdük?
H a c ı C ə f ə r. Allah şeytana lənət eləsin!
H a c ı X u d a v e r d i. Xudaya, şükür sənin cəlalına!
H a c ı M ə h ə m m ə d ə l i (üzü həkimə). Cənab həkim, gəl sən bu daşı ətəyindən tök!
Həkim təəccüblü baxır hacılara tərəf və bir şey başa düşmür.
H a c ı X u d a v e r d i (həkimə). Ay həkim, Hacı Məhəmmədəli ağa yaxşı deyir, axı bu dəlixana söhbəti nə bir söhbətdi ki, bunun üstə özünüzə də, bizə də bu qədər dərdi-sər verirsiniz? Biz eşitdiyimiz budur ki, dəliliyin bir səbəbi var. Bu bir bəladır; bu bir qismətdir ki, hər bir yaranmış ki, bu dərdə mübtəla olur, gərəkdir ki, tutduğu işin müqabilində cəzasını çəksin. Bunun çarəsi "Cövşəni-kəbir" ya "Cövşəni-səğir" duasıdır ki, yazıb tikirlər dəlinin paltarına; özü də gərək sol qoluna tikilsin. (Əli ilə qolunu göstərir).
Həzrət Əşrəfin başı içəri otaqdan görsənir.
H ə z r ə t Ə ş r ə f (çox ucadan və hirsli). Pul! Pul!
H a c ı l a r (təşvişə düşürlər və qorxa-qorxa deyirlər). Bəçeşm, bəçeşm. Pul hazırdır. (Əllərini ciblərinə uzadırlar).
Küçədə Çavuş carlayır:
mücdə verilir şəhərimizin dəlilərinə, şəhərimizə bir həkim gəlib, daha bundan sonra hamı dəlilər ağıllanacaq. Ay muştuluğumu verənlər, ay xələtimi verənlər!
H a c ı M ə h ə m m ə d ə l i (Hacı Nayibə). Hacı Nayib ağa, xub, bir sözümüz yoxdu; pulu bu saat düzəldərik. Amma and verirəm səni
Imam Museyi-Kazimə, həkimi bir tövr başa sal, xərci azaltsın; yoxsa bizim şəhərimizdə o qədər çox dəli yoxdu ki, iyirmi min tümən onların müalicəsinə sərf olunsun.
H a c ı C ə f ə r. Xeyr, xeyr, o qədər dəli harada idi? Cəmisi beş-altı nəfər ancaq olar.
H a c ı M ə h ə m m ə d ə l i (Hacı Cəfərə). Xeyr, Hacı ağa, bimari-Kərbəlaya and olsun, dörd nəfərdən artıq deyil: biri dəli Molla Abbasdı, biri onun övrəti Pırpız Sonadı, biri, biri….
H a c ı X u d a v e r d i. Biri o Farmasyon Rüstəmdi-nədi, biri odu, bir-ikisi də ola-olmaya….
H a c ı N a y i b (əyilib həkimin hesabına baxır). Burada əvvəl davaların xərci yazılıb, məsələn: psixikum-sulfirikum-bromatum, min tümən …. Nə bilim, çoxusunu oxuya bilmirəm.
Içəri otaqdan həzrət Əşrəfin başı görsənir.
H ə z r ə t Ə ş r ə f (çığırır). Pul! Pul!
Hacılar tələsə-tələsə və qorxa-qorxa ciblərindən bir qədər qızıl pul çıxardıb, tökürlər Hacı Nayibin qabağına, bu da pulların yarısını yığır
aparır içəri, Həzrət Əşrəfə verir, qalan yarısını qoyur həkimin qabağına, həmin pulları dəstmala qoyur, kağız-kuğuzunu yığışdırır gedir;
hacılar ilə əl-ələ verir. Hacılar xahi-nəxahi əl verəndən sonra, əllərini qabağa uzadıb, havada saxlayırlar ki, sonra yusunlar. Doktor buna təəccüb edib və üzünu Hacı Nayibə tutub, guya bu işin mənasını bilmək istəyir. Hacılar narazı bir halətdə istəyirlər çıxıb getsinlər, bu heyndə küçədə qilü qal qopur. Daxil olur H a c ı B a ğ d a d və Ü m m i — G ü l s ü m
H a c ı N a y i b. Xeyir ola, Hacı Bağdad, bu nə qiylü qaldı?
H a c ı B a ğ d a d (Hacı Nayibə). Hacı Nayib ağa, and verirəm səni o gözə görünməyən pərvərdigara, bizi bu mərəkədən xilas et.
H a c ı N a y i b. Nə var, nə mərəkədi?H a c ı B a ğ d a d. Hacı ağa, bizim qiylü qal ilə işimiz yoxdu. Biz allahın fəqir və mömin bəndəsiyik. Mənim o bədbəxt dəli qardaşım Farmasyon Rüstəmin əlindən bilmirik hara baş götürüb qaçaq. Bu övrət (Ümmi Gülsümü göstərir), ayıb olmasın, haman dəli qardaşımın övrətidir. Indi bir-iki ay olar ki, mən onu müvafiq-şəri-ənvər özümə siğəsini oxudub, həlal eləmişəm.
Siğəsini də Fazil Məhəmməd özü oxuyub. Çünki gərək məlumunuz ola ki, Fazil Məhəmməd özü keçən il elan eləmişdi ki, cəmi dəlilərin övrətləri ərlərindən boşdular və azaddılar. Indi haman dəli Rüstəm qardaşım bu saat gəlib yapışıb bu biçarə övrətin yaxasından ki, şəhərimizə həkim gəlib, mənə dava verəcək, ağlım başıma gələcək. Indi istəyir zornan övrəti götürüb aparsın. Aman günüdür, Hacı ağa,
bizi dəli Rüstəmin şərindən xilas elə.
Hacı Nayib və qeyriləri mat qalırlar.
H a c ı l a r. Lahövlə vəla qüvvətə illa billahü əliyyül- əzim!
Yenə küçədə mərəkə və qiylü qal qopur. Daxil olurlar K ə r b ə l a y ı T ü r b ə t, M ə k k ə M ə h ə m m ə d, Ə m i n ə ö v r ə t, S ə k i n ə
ö v r ə t və bunlardan savayı k ü ç ə ə h l i. Daxil olanlar bir-biri ilə bu tövr giley-güzar edir: "A kişi, belə də iş olar, necə ağıllanacaq, biçarə arvadın günahı nədi?" Küçədə Çavuş yenə carlayır: "Ey şiələr, şəhərimizə həkim gəlib, dəlilərə müjdə olsun. Hamısı bir neçə günün müddətində ağıllanacaq. Ey mənə muştuluq verən, ey mənə xələt verən!" Sonra adamlar başlayır çığırışmağa: "Ədə, dəlilər gəlirlər!" Qiylü qal qopur, ara qarışır, Həzrət Əşrəf başını içəri otaqdan çıxardıb çığırır: "Sükut!" F ə r r a ş şallaq ilə camaatı sakit edir.
H a c ı N a y i b (üzünü tutur camaata). Ey Hacı Bağdad, Kərbalayı Türbət, Məkkə Məhəmməd! Ey-yer üzünün şiələri! Heç qiylü qal lazım deyil. Doğrudur, doktor Lalbyuz cənabları xudavəndi-aləmin mərhəməti ilə şəhərimizin cəmi dəlilərini ağıllandıracaq. O ki, siz ərz edirsiniz dəlilərin bir neçəsinin övrətləri öz qardaşlarına ərə gediblər, bu məsələlər şəri bir məsələ olduğu halda, bunun həllini Həzrət Əşrəf mühəvvəl edir şəhərimizin şəriətmədarı Fazil Məhəmməd ibn Yəqubun öhdəsinə ki, bu barədə hər nə sərəncam olsa, ona təbəiyyət etmək cəmi yer üzünün şiələrinin vəzifəsidir. Dəxi burada bir özgə söhbət ola bilməz.
Hacı Nayib sözünü qurtaran kimi küçədə səs düşür ki, dəlilər gəlir, C i n n i M u s t a f a gəlir. Adamlar qarışır bir-birinə, qaçan qaçır, qalan qalır.
-P ə r d ə s a l ı n ı r.*
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-deli-yigincagi-birinci-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qədim əsrlər çox da fəxr eləməsinlər ki, onların İsgəndəri-kəbiri var imiş.İndiki əsrin İsgəndəri-kəbirləri qədimki isgəndərlərə bir təpik də hələ vurublar.
Teatr söhbətləriİstəyirdim bu barədə danışmayım; çünki bizdən savayı qeyri millətlər də var. İstəmirdim ki, eybimiz dünya və aləmə faş olsun. Onunçün oxucularımızdan iltimasım budur ki, qonşularımızdan rus, erməni, gürcü və yəhudi – hansı birisi rast gəlsə və soruşsa da, Molla Əmi baş məqaləsində nə yazır, ancaq bunu desinlər ki, burada, qəzalarımızın dairə Şura sədrləri büdcə pullarını artıq bir səliqə ilə xərcləməyi barəsində yazılır və israf-məsrəf, Əlinin və Vəlinin papaqlarının komediyabazlığından dairə Şura sədrləri çox uzaqdırlar–inşallah...Komediya dedim, oktyabrın beşində işçi teatrımızda qurulan teatr müsahibəsi yadıma düşdü. Burada dəxi bilmirəm mən nə danışım; o qədər ki, orada uzun-uzun nitqlər, bəhslər, deyişmələr (az qala hələ vuruşma) oldu, – dəxi artıq müzakirəyə lüzum qalmadı.
Məktəbdə çarşab, yaxud çarşabda məktəbSəkkizinci şura məktəbinin qızları (başqa məktəblər hələ qalsın) nə qədər ki, birinci, ikinci və üçüncü sinifdədirlər, evlərindən məktəbə və məktəbdən evlərinə başıaçıq və dizətək ayaqları açıq gedib gəlirlər (necə ki, sair millətlərin qızları).Amma elə ki, dördüncü sinfə ayaq basdılar, ta yeddinci sinfi qurtarana kimi məktəbə çarşablı gəlib gedirlər.
Çadra və papaqÇadra məsələsi bir kiçik məsələdir: çadranı başa salmaqla salmamaqda bir o qədər fərq yoxdur. Biz deyə bilmənik ki, çadrasız gəzən arvadlar çadra örtən arvadlardan həyasızdırlar, ya həyalıdırlar və habelə demək olmaz çadra örtmək arvadı həyasızlıqdan təmin edir, ya təmin etmir. Həyalı arvad çadrasız da gəzə bilər, çadralı da gəzə bilər; həyasız arvad çadrasız da gəzə bilər, çadralı da gəzə bilər. Burada ancaq tək bircə təfavüt vardır: o təfavüt də budur ki, çadra qədim vəhşi zəmanələrin yadigarıdır, onunçün də bir arvadın başında çadra görəndə keçmişlərdə vəhşi və yırtıcı insanların əsri yada düşür.Amma, papaq məsələsi bam-başqa bir məsələdir. Burada dəxi bir vəhşilik və yırtıcılıq söhbəti yoxdur; fikir verməli məsələlərin biridir.