-MƏCLIS ADAMLARI**

  1. H ə z r ə t Ə ş r ə f — hakim, 55 yaşında.
  2. H a c ı N a y i b-- (hakimin müavini), 45 yaşında.
  3. H a c ı M ə h ə m m ə d ə l i f ə r ş f ü r u ş — dövlətli tacir, 50 yaşında.
  4. H a c ı X u d a v e r d i Ş ü r ə k a --dövlətli tacir, 50 yaşında.
  5. H a c ı C ə f ə r K o m p a n i-- dövlətli tacir, 50 yaşında.
  6. D o k t o r L a l b y u z-- (həmişə gözündə eynək), 55 yaşında.
  7. F ə r r a ş Ş i m r ə l i --30 yaşında.
  8. F a z i l M ə h ə m m ə d i b n Y ə q u b K ü l e y n i --45 yaşında.
  9. M ə ş ə d i Z e y n ə b — onun övrəti, 30 yaşında.
  10. D ə l i M o l l a A b b a s i b n Y ə q u b — Fazilin qardaşı, vaiz, mərsiyəxan, yaxşı səs sahibi, saqqalı və başı ağarmış, 60 yaşında (Dəlilikdə meyli şadlığadır).
  11. P ı r p ı z S o n a — dəli. Gah şad, gah qəmli. Molla Abbasın arvadı, gözəl saçları dağınıq, 35 yaşında.
  12. F a r m a s y o n R ü s t ə m — dəli, 40 yaşında (meyli şadlığadır).
  13. S ə r s ə m H e y d ə r — dəli, 35 yaşında (meyli şadlığadır)
  14. H ə m z a d Q u r b a n --dəli, 25 yaşında (meyli qəmginliyədir).
  15. C i n n i M u s t a f a --dəli, 40 yaşında (həmişə acıqlı).
  16. H a c ı B a ğ d a d--Farmasyon Rüstəmin qardaşı, 45 yaşında.
  17. K ə r b ə l a y ı T ü r b ə t — sərsəm Heydərin qardaşı, 40 yaşında.
  18. M ə k k ə M ə h ə m m ə d — Həmzad Qurbanın qardaşı, 40 yaşında.
  19. Ü m m i G ü l s ü m — Farmasyon Rüstəmin arvadı, üzü örtülü, tumanı dizdən, qıçları açıq, 35 yaşında.
  20. S ə k i n ə — Həmzad Qurbanın arvadı, üzü örtülü, tumanı dizdən, qıçları açıq, 22 yaşında.
  21. Ə m i n ə --Sərsəm Heydərin arvadı, üzü örtülü, tumanı dizdən, qıçları açıq, 30 yaşında.
  22. Ç a v u ş Ə l ə l f ə l a h — 35 yaşında.
  23. B i r k i ş i , o ğ l u i l ə b ə r a b ə r
    .

Bunlardan savayı çox camaat.

Cəmi mömünlər ki, burada iştirak edirdilər, hamısı əli təsbehli və dodaqları dua vird edir; məsəla: "sübhanallah, sübhanallah"….

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qəribə tapmaca

Doğrudan da bu tapmaca çox qəribədir. İndi bir Allah bəndəsinin yolu düşə Parijə, ya Londona. Bu tapmacanı orada söyləyə. Yəqin ki, belə bir sözə orada heç bir kəs inana bilməz.

1 мин
Tapmaca

O hansı konsuldu ki, Bakı kimi böyük şəhərə konsul təyin oluna və gəlib çıxa Bakıya. Görə ki, bu şəhərdə yaşayan neçə min təbəəsinin heç birisi nə konsul cənablarının dilini başa düşür, nə də konsul onların dilini bilir. Axırda lazım gəlir ki, bir hambal konsulun hüzuruna gəlib, şikayət eyləməli olsa, məcbur ola öz yanınca bir dilmanc da gətirməyə?Hər kəs bu tapmacanı tapsa, söz verirəm axund-molla Tağıdan iltimac edəm ki, bayram günü ərdəbilli məscidimizə Seyid Mirhəsən Ərdəbiliyə yığdığı altmış manatın yarısını həmən seyidə verəndə və yarısını da bərayi-ehtiyat öz yanında saxlayanda həmən puldan bir qədər xərclik də bizim tapmacanı tapana karsazi eləsin.

1 мин
Qərardad

Qabaqca bunu ərz edim ki, mən özüm zəhmətkeş bir adamam və bütün ömrümdə həmişə çalışmaqda olmuşam; onun üçün də nə qədər ki, rəməzan ayı gəlib keçib, heç bir dəfə də oruc tutmağa vaxt tapa bilməmişəm; çünki heç vaxt bikar olmamışam. Dərsə gedən uşaqlarım da habelə: onlar da kitab və dəftər içində dərs və qələm-kağıza məşğul olduğundan həmçinin oruc tutmağı yada sala bilməyiblər.Yəni oruc-namaz söhbəti keçən vaxtlar heç yadıma da düşməzdi: heç bilməzdim oruc tutan kimdir, namaz qılan kimdir? Məscidə harada gedərlər, orucu nə vaxt tutarlar, nə vaxt başlanar, nə vaxt qurtarar?

3 мин
İki faciə

İran barəsində bu axır vaxtlarda iki bədbəxtlik üz verib. Biri Ərdəbildə axund Mirzə Ələkbər ağanın tutulub Tehrana göndərilməsi, ikinci də ləqəblərin götürülməsidir. Bu iki fəğərəyə biz o səbəbə bədbəxtlik adı qoyuruq ki, birisi fövt olub dünyadan gedəndə, onun qohum-əqrabası cəm olub, yas tuturlar.Nədir bunun mənası? Bunun mənası budur ki, o şəxs tutuldu, getdi, onun yeri boşalır, onun yeri görsənir və o heyndə dəxi dünyada bir kəs olmur ki, mərhumun özü kimi və özünə oxşar onun yerini tutsun. Axund Mirzə Ələkbər ağanın Tehrana aparılması barəsində bunu deyə bilərik ki, bu işin özü ərdəbillilər üçün həqiqətdə bir böyük dərddir ki, nə qədər dünya var bu dərdin dağı onların ürəyindən getməz. Səbəb də budur ki, Ərdəbil yer üzündə adsız-sansız bir yerdir ki, heç kəsin yadına düşməzdi ki, Ərdəbil varmı dünyada, yoxmu? Oranı şöhrətə mindirən həmən vücudu-zicud ağayi-Mirzə Ələkbər ağa oldu. Bu cənab da ki, bir para mərdümazarların fel və fitnəsi ucundan Ərdəbildən uzaqlaşdı ta bundan sonra bir belə şəxs yerdə haradan tapıla bilər buna əvəz olsun. Allah şahiddir ki, nəinki bütün İranı – dünyanı gəzəsən dəxi bir də bir belə bihəya tapıla bilməz ki, öz Vətənini dost-düşmən içində Ərdəbil halına salsın ki, az qalıbdır binamusluğun zərbülməsəli olsun.

2 мин

Стихи других поэтов