Dinc ol, səbrini dər
Ayağı bir-bir qoyarlar pilləkana.
Tədriclə. Yaxşı, yaxşı. Ustubnan.
Bir də kəndlərdə bir “ürkütmək” ləfzi də var; ədə, o dayçanı ürkütmə; qaçar, ziyanlıq edər.
Bu qədər müqəddimədən sonra keçək mətləbə.
Qoy bir məsəl var–onu da deyim: hoha var–dağa çıxardar, hoha var–dağdan endirər.
Bəli. Təzə yaşayış yaratmaq lazımdır, köhnəyə qələm çəkmək lazımdır; yəni müxtəsər, məişətimizin hər bir sahəsində inqilab törətmək lazım. Buna şəkk yox və bir kəs tapılmaz ki, qoca Molla əmini inqilaba tərəfdar hesab eləməsin.
Ancaq, qadan alım, baş aparma! Baş aparmaq heç bir işdə yaramaz; hətta inqilabda da mülahizə və ustub lazım gəlir.
Dəxi bu qədər nəsihət kifayətdir, indi sözünü de görüm nə deyirsən?
Mən onu deyirəm ki:
Əvvələn, ata-babadan qalma küftəmizin adını dəyişib “kufta” eləməyək.
İkinci: Mustafa Kamal kürdlərin başına kotolok qoyan kimi, Azərbaycan kəndlisinin başından da molan papağı götürüb onun qırxıq başına firəng şlyapası qoymayaq.
Qaryağdı oğlu xanəndənin məclisinə tarzən Qurbanın əvəzinə Şərq musiqisinə aşina olmayan mandalina çalan əyləşdirməyək.
Əgər mənim nəsihətimə əməl etdin, xub, yoxsa vallah, sən tədbir tökdüyün hallara elə bir məzəli karikaturalar çəkərəm ki, hər bir kəs onu görəndə uğunub gülər və bihal olub yıxılar.
Lağlağı
“Molla Nəsrəddin”, 14 mart 1929, №12
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-dinc-ol-sebrini-der
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hər adam istəyir hirsini yesin, dinməsin, insanı öz başına qoymurlar, dindirirlər.Yenə bir para ata-analarına lənət olmuşlar başlayıblar millətimizi çaşdırmağa, azdırmağa. Yenə bir para yeddi arxadan dönənləri tünbətün düşmüşlər qələmi murdar əllərinə alıb müsəlman qardaşları mədəniyyət aləminə dəvət eləyirlər, maarif yoluna çağırırlar, oxumaq və yazmaq dünyasına itələyirlər və bunun kimi bizlərə yaraşmayan əməlləri nişan vermək istəyirlər.
Mustafabəy ƏlibəyovBakıda çıxan “Nicat” qəzetinin 36-cı nömrəsi bu gün düşdü əlimə və istədim açıb oxuyam. Sağ tərəfdən müsəlmanca yazılıb: “İran vüqüatı barəsində”, sol tərəfdən rusca yazılıb: “Mustafabəy Əlibəyov həzrətlərinin tərcümeyi – halı”.Hansını oxumaq lazımdır? Əlbəttə, sağ tərəfdə müsəlmanca yazılanı. Ondan ötrü ki, mən müsəlmanam və bir də Mustafabəynən mənim nə alıb verəcəyim var; amma İran işlərini oxuyub bilmək mənə vacibdir.
Məhəmmədəli MirzəBurada bir haşiyə çıxaq: ərəbcə “mirzə”nin mənası eşşək arısıdır.Gələk mətləbə.
Osmanlı ilə İtaliya davasıOxucularımıza ərz olsun ki, Afrika qitəsinin şimal tərəfində, Ağ dənizə yapışıqı Osmanlının bir vilayəti var ki, ona avropalılar “Tripolis” deyirlər. Amma türklər “Trablisi-qərb” adlandırırlar (Türkiyədə, Beyrut vilayətində Osmanlının “Trablisi-Şam” adında bir şəhəri də var).Trablisi-qərbin əhvali-tarixiyyəsi çox qarışıqdır, burada çoxlu davalar, iğtişaşlar üz verib; əgər hamısını yazsaq, idarəmizə göndərilən uzun məqalələrə yer olmaz. Ancaq müxtəsərcə bunu ərz edək ki, Trablisi-qərb tarixi-miladiyyənin 1835-ci ilində ikinci dəfə Türkiyə hökuməti tərəfindən fəth olunub, Osmanlı məmləkətlərinə daxil olubdur. Və bu 75 ilin müddətində, Sultan Həmid əsrində çapdan çıxan kitabların rəvayətinə görə, bu vilayətin asayiş və hüsni-idarəsi mühafizə olunubdur. Amma Allahın kitabına baxanda Trablisi-qərbin osmanlılara xidməti məhz bu olubdur ki, Həmidin və paşaların hərəmxanalarına bu vilayətlərdən çoxluca qullar göndərilibdir.
Стихи других поэтов · Сатира
Gülmesin, hergiz cahanda ruyİ-ürfan, gülmesin,Çıxmasm şəmsi-temoddun, əhli-vicdan gülməsin.
Ay tutulandaYerdə əyyami-məhərrəm, şiələr qan ağladı,Ay tutuldu nalədən, göydə qəmər qan ağladı.
Bu əhldən mehribanlıq görmədimİsmayıl bəy Qutqaşınlıya*Bu əhldən mehribanlıq görəmdim,
ElanGözəl-göyçək oğlanam,Sağ olsun atam-anam.