Məhəmmədəli Mirzə
Burada bir haşiyə çıxaq: ərəbcə “mirzə”nin mənası eşşək arısıdır.
Gələk mətləbə.
İranın indiki övzaı bu qərar ilədir, yalnız qərarı bu övza ilədir, – hər nə cür desək olar; inanmırsan, Osmanlıda il yarım veyillənib qayıdıb gələn yazıçılarımızın məqalələrinə bax.
Bəli, Salarüddövlə başına, bir rəvayətə görə on yeddi min qoşun yığıb, bir rəvayətə görə yüz altmış atlı yığıb, dörd top ilə Tehrana yeriməkdədir. Amma Allah rast saldı ki, rəməzan ortalığa düşdü və məlumdur ki, orucluq ayı iranlını öldürsən də, bir iş görməz və rəcəb ayının axırıncı günləri sərbazlar əllərində tüfəng, yol gedə-gedə axşam vaxtları göyə baxmaqda olurlar ki, təzə ayı görsünlər və görcək haman axşam tüfənglərini aparıb böyüklərinin üstünə atıb gedirlər evlərinə; necə ki, Qarabağın kəndlərində otuz gün orucluğu xərmənlər sahibsiz qalır, buğdanı yağış bir yandan çürüdür, mal və quş bir yandan yeyir və ağzıoruc qonşuları da bir yandan oğurlayır.
Hə, sözümüz harda qaldı?
Nəzər xan Varşavada qəhbələrdən üç min qoşun yığıb, gəlir İrana və Qafqazdan keçəndə Nuxaya dönüb, Nuru əfəndidən xeyir-dua alacaq.
Məhəmməd Əli Mirzə bu saat Şahruddadır və başında on min qoşun var; bu qoşunlar Şahruddan oyana getməzlər. Tehrana yavıqlaşan zaman Məhəmməd Əlinin iki mindən artıq qoşunu qalmayacaq. Bu da bir şey deyil; qələt eləyir. Hökumət tərəfində topxanadan əlavə beş min bəxtiyarlılar var və bunlar keçəndən sonra Məhəmməd Əli Mirzənin dostu irəvanlı Zakir təxəllüslü bir Hacının qızının əhvalatı köhnə şahı dilgir eləyibdir. Belə ki, indi bu saat damağı zəhrimar dadır. Bununla belə Məhəmməd Əlinin fikri budur ki, “Sarı” tərəfindən Astaraya və sonra Ərdəbilə keçsin və Qafqayda butqaçı Məşədi Rəhim göndərən dəstələrlə birləşib Qaracadağdan şahsevənləri götürüb, Tehrana hücum çəksin. Astarada Məhəmməd Əli Mirzə mömün hacılardan köhnə müsəlman qəzetlərini yığacaq ki, tüfəng lüləsinə basılmağa lazım olsun və buradan Hacı Rəsula bir məktub yazıb yola düşəcək.
Məhəmməd Əli məktubunda yazacaq ki, “Ay cənab hacı, sən ki, həmişə məclislərdə dərs oxuyan müsəlman qızlarını pisləyirsən, deyirsən ki, oxuyan qızlar belə-belə olurlar, bəs sənin ki, qızın oxumayıb, bəs bu nə işdir ki, görüb?”
Yenə istəyirəm yazım, qorxuram Nuxada Qasım dayı bəddua eləyə, ağzım-gözüm əyilə.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 11 avqust 1911, №29
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-mehemmedeli-mirze
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
“Məkkeyi-mükərrəmdə, Səfa ilə Mərvə arasında, Mədineyimünəvvərədə küçələrdə iki nəfər hacı gördükləri ədəmi-nazafəti elə bir lisani-təəssürlə anlatıyorlardı ki, ciddən dilxun olmamaq qabil deyildi”.Bu sözlər yazılıb İstambulda çıxan “Tənin” qəzetinin 559-cu nömrəsində və mənası budur ki, iki nəfər hacı, Məkkədə və Mədinədə gördükləri çirki və zibili eli bir dil ilə nağıl edirlər ki, müsəlmanın qəlbi qan ilə dolur.
Nadirül-vücudBu yavıqlarda bizim sahibmənsəblərdən birinin ölüm xəbərini qəzetlərdə oxuduq. Məlum şeydir ki, cəmi yaranmışlar öləcəklər; torpaqdan xəlq olunanlar yenə axırda torpağa qayıdacaqlar.İnna lillahi və inna ileyhi raciun.
Kimlərdir?Kimlərdir rus qoşununu indiyədək İranda saxlayan? Mən deyəcəyəm: “Belə bizim başı əmmaməli müctəhidlərimiz və övladi-peyğəmbərlərimiz” amma sən deyəcəksən: “Yox”. Mən deyəcəyəm “hə”, sən deyəcəksən “yox”.Bundan nə çıxacaq? Mən belə deyəcəyəm, sən elə deyəcəksən. Yaxşısı budur, əzizim, bir az hövsələni dər, mən nağıl edim, sən də qulaq as, dəxi niyə ürəyini sıxırsan?
Rəşt yanğınının planıAğayi-şəriətmədar və ağayi-molla seyid Məhəmməd Rəşti yandırmaq üçün belə bir gözəl plan çəkmişdilər ki, şəhərə dörd tərəfdən od vurulsun və qəsdi əmələ gətirmək üçün xainlər üç dəstə olmuşdular. Əvvəlinci dəstədə iş görənlər bunlar idi: Sərdar Əmcəd, şəriətmədar və molla seyid Məhəmməd; ikinci dəstədə iş görənlər: sabiqdə Rəşt mücahidi seyid Abbas, faytonçu Muxtar, maştağalı faytonçu Məşədi Baqi və Cəfər; üçüncü dəstə: İranın bakir adamlarından iki yüz veyl və bambılı.Nə tövr olursa haman gecə nəzmiyyə hakimi Siddiqül-Hərəm irticaiyyunların bu tədbirindən xəbərdar olur və bir neçəsini həbs edir; molla seyid Məhəmmədi göndərir Tehrana, amma şəriətmədara bir söz deyə bilmir; çünki təzəlikdə rus rəiyyəti olubdur.
Стихи других поэтов · Сатира
İki gözüm, millətçün zəhmət çəkib çalışma,Yanıb millət oduna pərvanə tək alışma.
Yoxsa yoxBu yuxudan, bilmirəm, islamiyanBir kərə bidar olacaq, yoxsa yox?
Harda düşür vur şitil iranlıyaHaıda düşür vur şitil İranlıya,Pampaca sal hər mitil iranlıya.
Yaxşı ki...Vəzifə başında oturmuşam mən,Yaman hərlənirsən ətrafımda sən.