“Təkamül” ruznaməsi hər nömrəsində xəbər verir ki, bir kəs istəsə ruznamədə elan çap elətdirə, qiyməti flan qədərdir. Mən elə qanıram bu sözləri ruznamədə yazmağın mənası yoxdur. Səbəb budur ki, xalq dəli deyil ki, öz əlilə özünə ziyan vursun və hələ idarəyə pul da versin.

Elanın zərəri budur ki, məsələn, biri elan etdirəcək ki, məsələn, flan yerə bu qədər yaxşı içməli çay gəlib, ya flan yerdə yaxşı təzə varid olmuş xurma satıram. Bunu camaata xəbər verməyin heç bir faydası yoxdur, zərərindən savayı. Zərəri budur: əvvəla, oğrular biləcək ki, flan yerdə çay, ya xurma var. Saniyən, bir möhtac adam, ola bilər ki, gedə yalvara ki, hacı, qadan alım, o çaydan bir çimdik ver uşağıma çay dəmləyim. Salisən, burda bədnəzər məsələsi də var.

Bu səbəbdən mən möhtərəm ruznamədən xahiş edirəm bu mətləbi ruznamədə dərc etməsin, çünki İranda elanın lüzumu yoxdur.

Hərdəmxəyal

“Molla Nəsrəddin”, 9 rəcəb, 1339 (20 mart 1921), №3

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İngilis hökuməti və din söhbətləri

Bircə mən bu sirri başa düşə bilmirəm ki, aya İngilis hökumətinin başında oturanlar və ingilis parlamanının üzvləri həqiqətdəmi dindardırlar, ya yox?Əgər doğrudan da dindardırlar, onda gərək elə güman edək ki, onların dünya elmindən və tarixindən heç xəbərləri yoxdur; zira dünya elmindən və tarixindən xəbərdar olan bir adam İsa və Musaya qail ola bilməz.

1 мин
Torpaq

Oxucularımıza məlumdur ki, bir neçə ay bundan qabaq Şamxor tərəfindən Bitdili kəndində böyük bir möcüz üz vermişdi, belə ki, tez bir vaxtda Bitdili ziyarətgahı islam aləmində ən şöhrətli ziyarətgahlardan geri qalmırdı.Həmin ziyarətgahın qızğın vaxtında idarəmizə çox yerlərdən kağızlar gəlirdi və bu kağızlarda bizdən sual edirdilər ki, aya, bu nədir, nə mərəkədir? Bunu yaradan kimdir və indiki əsrdə belə bir cəlallı ziyarətgahın meydana çıxmasına səbəb nə olubdur?

2 мин
Bakı kəndlərində

Güzdək-Məktəb çocuqları 100% məktəblərə dolub, hər bir ehtiyacdan təmin olunacaqlar. Gala-Maştağa dairə maarif şöbəsində bu xüsusda lazımi tədbirlər görmək üçün qərar çıxarmaq istəmişlər.Xırdalan-şəxsi-qərəzlik tək bircə iş başında olanlarda olmayıb, hətta camaatın bir çoxusu müxtəlif qruplara bölünmüşlər. Ancaq qrup başında duran kəndin mötəbər və aktiv işçilərindəndirlər.

2 мин
Xırda xəbərlər

Bərdə – “Qoyunbinə” kənd şurası sədrinin fəaliyyəti sayəsində kənddə olan məktəb və gecə kursları şagird və müdavimlərlə “dopdolu”-dur. Məktəbdən və kursdan qaçan eləyən yoxdur.Naxçıvan – Zəhmət məktəbinin halı çox gözəldir. Paltar tərəfindən təmin olunduqları kimi, qaşıq olmadığından uşaqlar şorbanı da boşqablardan içirlər.

1 мин

Стихи других поэтов · Сатира