Cəmadi yəs-saninin on doqquzunda düşənbə günü maarifin təravici yolunda elə bir binagüzarlıq olunub ki, İran tarixində bunun misli yada düşmür.

Həmin gün millətin təlaşı və hökumətin müsaidəti sayəsində qərar qoyulub şəhri-Təbrizdə və Azərbaycanın sair şəhərlərində və qəryələrində min iki yüz təzə mədrəsə təsis olunsun: beş yüz mədrəsə Təbrizdə və yeddi yüz mədrəsə kənar nöqtələrdə.

Bu min iki yüz mədrəsəyə ayda iki yüz qırx min tümən məxaric təyin olunub ki, hər mədrəsəyə təqribən ayda iki yüz tümən düşür.

Mədrəsələr beş klaslı, milli və məccani olacaq. Beş müəllim, hərəsi demokrasi üsulilə müsavi surətdə otuz tümən ayda hüquq

aparacaq; qalan yüz tümən, mədrəsənin qeyri ləvazımatına xərc olunacaq.

Bu min iki yüz mədrəsənin altı min müəllimi hazırda mədrəsədə təhsil eləmiş cavanlardan intixab olunacaq və bunları müəllimliyə hazır etmək üçün beş yerdə darülmüəllimin bina olunacaq: üçü Təbrizdə, biri Ərdəbildə və biri də Marağada.

Həmin təşkilat dövlət xəzinəsi öhdəsində əmələ gəlir və çün, necə ki, məlumdur, dövlət xəzinəsi pulsuzdur, bu müqəddəs iqdamatı icra etmək üçün belə bir ali tədbir itxaz olunub: İdarələri milliləşdirmək.

Təqlili-məxaric babətindən idarələrin yuxarı mərtəbələrində məqam tutan dövlətmənd, yəni əyan və əşrafı kənar edib millətin aşağı təbəqələrindən elmli və şərafətli cavanları onlara əvəz etmək və nəcabətli ağalar aldıqları hüququ üç yerə qismət etmək: bir qismini təzə milli məmurlara təyin etmək və iki qismətini təzə təsis olunan mədrəsələrin büdcəsinə daxil etmək. Həmin bu barədə hökumətin qərardadına binaən dövləti idarələrdə ayın iyirmi birindən təbəddülat iqdamatı başlanacaq.

Birinci növbədə ümurati-maliyyədir ki, necə ki, məlumdur, ən əvvəl xəzinədən ağır bir pul götürən həmin idarəti-maliyyədir.

Bu təfsilatı yazmaqda məqsəd, əvvələn, cəmi maarifpərvər qardaşlara bəşarət verməkdir.

Saniyən, cəmi millət dostlarını təbrik etməkdir ki, zəmanənin müqtəziyyatı sayəsində bizim də biçarə millət axırda yada düşüb adamlar cərgəsinə qoyuldu ki, bundan sonra inşallah-taala bir idarəyə yolumuz düşsə, orada yuxarı başda əyləşən ağalar içində bizim də alim və şərafətli, qənaətkar cavanlardan gözümüzə sataşacaq.

Yaşasın millət!

Hərdəmxəyal

“Molla Nəsrəddin”, 29 cəmadiyəs-sani, 1339 (9 mart 1921), №2

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Abunə dəftərimiz açıldı

Bu gün qəmər əqrəb bürcündə xaric olmaq münasibətilə fürsəti qənimət və saatı xoş bilib abunə dəftəri açdıq. Bu gələn ilin müddətində də köhnə sayaq ilə nağıl və məsələ yazmağa və ilanqurbağa şəkli çəkməyə məşğul olub əlimizdən gələn qədər çalışsaydıq və lakin burası var ki, övzai-kəvakib təğyir tapdıqca və ilin fəsilləri dəyişdikcə biz də buna müvafiq hərdənbir məsləkimizi dəyişəcəyik. Artıq səyimiz bunda olacaq ki, hamı müsəlman qardaşları özümüzdən razı edib heç bir kəsin nə yaxşılığını və nə pisliyini danışmayaq. Əzqəza əgər danışsaq da inşallah, yaxşıların da, pislərin də yaxşılığını danışacayıq və heç şeydən də şikayətçi olmuyacayıq, zira:Məkon zi gərdişi-giti şikayət,

2 мин
Ədəbiyyat maraqlılarına müjdə

Gəncəli Məhəmmədzadə Abdulla Tofiq əfəndinin “Türk ədəbiyyatına bir nəzər” nam əsəri fevral ibtidasından etibarən hər ay başında bir risalə şəklində nəşrə başlanacaq. 25 risalədən ibarət olan bu əsər üç cild üzrə üç min səhifəlik ədəbi bir əsərdir. Türk ədəbiyyatının dövri-ətiq, dövri-təcəddüd və dövri cədidinə dair tarixi, ictimai ədəbi məlumatlar verəcək. Bu münasibətlə osmanlı üdəba və şüərasının haman həpsinin rəsmləri ilə bizə deyiləcək. Səlatini-osmaniyyədən bir çoxunun fotoqrafları da bunlar sırasında bulunacaq.Abunə, yəni müştəri dəftəri açıldı.

1 мин
Ayineyi-millət

Yazanı Bakı müəllimlərindən Qafur Rəşad Mirzəzadə Şirvani, Bakı, 1908.İdarəmizə göndərilən həmin kitabça 32 səhifədən ibarətdir və Hacı İsrafil Aydəmirov cənablarının xərci ilə Bakıda bəradərani- Orucovların mətbəəsində səliqə ilə çap olunub.

2 мин
Leyli xanım Şahtaxtlı

Sahib-mənsəblərimizdən məşhur İsa Sultanın qızı Leyli xanım Şahtaxtlı anadan olub 1886-cı ildə Kars şəhərində. 1902-ci ildə Tiflisdə qız institutunu qurtarandan sonra 1904-cü ilin sentyabr ayında gedib Şvetsariyaya və orada darülfünunun həkimlik şöbəsinə girib. Hacı Zeynalabidın Tağıyev cənablarının köməkliyi ilə üç il orada təbabət elmini oxumaqda idi. İki ildən sonra həkimlik dərsini qurtarıb şəhadətnamə alacaq idi və gəlib vətənində biçarə müsəlman övrətlərinin min-min dərdlərinə şəfa verəcək idi.Əfsus! Qismət olmadı.

1 мин

Стихи других поэтов · Сатира