Bu axır vaxtlarda “Əncüməni-Xeyriyyə” söhbəti hər yanda danışılmaqdadır ki, guya başbiletlərdən mədrəsə mənfəətinə alınan pulların hesab-kitabı filan, filan, filan.


Bunu qabaqca ərz etmək lazım gəlir ki, Əncüməni-Xeyriyyə deməkdə bu özü əslindən xeyirli bir işdir. Çünki Allah-taala özü müqəddəs kitabında buyurubdur: Hər kəs bu dünyada bir xeyir iş tutsa, axirətdə onun qabağına xeyir çıxacaq. Amma şər iş tutsa, axirətdə də onun qabağına şər iş çıxacaqdır.

“Əncüməni-Xeyriyyəyi-iraniyana” gəldikdə, bunu zaiqəyə tapşırmaq lazımdır ki, aya əslindən bu əncüməni-xeyriyyədə xeyirli işlər baş verib ya şərli işlər.

Əlbəttə ki, hər bir insaf və vicdan əhli bunu görəcək və biləcək və eşidəcək ki, İran iqlimi yaranandan bu günə kimi dünyada bircə dənə də “Əncüməni-Xeyriyyə” dünyaya gəlməyib ki, o əncüməndən bir kəsə bir xeyir toxunmamış olsun. Çünki məqsəd o deyil ki, maarif ya mədrəsəyə xeyir toxunsun. Məqsəd odur ki, hər kəsə toxunsa, toxunsun. Ancaq bunun içindən xeyir baş versin, nəinki şər.

Allah özü şahiddir. Yəni həmən Allah ki, dünya yaranandan indiyə kimi onu heç kəs görə bilməyib. Həmən Allah özü şahiddir ki, bu əncüməni-xeyriyyələrdən dünyada heç bir kəsə bir zərrə qədər zərər toxunmayıb. Əgər sən mədrəsə və maarif sözü danışsan, onda mən sənə iki cavab verərəm.

Birinci cavab budur ki, sən özün də Allaha şükür görürsən ki, maarif də indiyə kimi öz yolu ilə gedib və uşaqlar da gəlib mədrəsədə azdan-çoxdan və Allah yetirəndən dərs alıb, gediblər və bunun şükrü bizə vacib və yenə vacibdir.

İkinci cavab da budur ki;

Bəradərim! Sən bu beş günlük dünyada nə qədər istəyirsən elm təhsil elə! Vallah-billah öləcəksən, öləcəksən!

Qardaş! Vallah dünyanın axırı yoxdur. İstəyir oxu, nə qədər oxuyursan, oxu! Bir mənə de, görüm, yəni oxuyub Şeyx Qəni axunddan ya Edisondan artıq olacaqsan? Vallah, sən də, mən də öləcəyəm. Cəmi yaranmış da ölüb, gedəcək. Kimi cənnətə, kimi də cəhənnəmə. Vəssalam.

Söhbətimi tamam etməmiş mənə izn ver “Əncüməni-Xeyriyyə”nin həmən ülüvvüləzm təhvildarlarına öz səmimi ixlasımı təqdim edim ki, bu neçə ilin müddətində çəkdikləri məşəqqətin nəticəsidir ki, əncüməni-xeyriyyə işləri bu dərəcədə rövnəq tapıb ki, ibarət olsunlar ağayi Əmidüt-tüccardan...

Cırcarama

“Molla Nəsrəddin”, 20 iyun 1925-ci il, №25

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Moizə

– Biz aciz bəndələrə heç bir vəch ilə ixtiyar verilmir çox arvadlılığın yaxşılığı və pisliyi barəsində fikir və xəyalata düşmək və mübahisəyə girişmək.– Sənin borcundur bu məsələləri eşidəsən və öyrənəsən. Qasım bəy məscidində, oranın vaizlərindən.

1 мин
Türkcə kəlmələr haqqında araşdırmalar

Farsların türklərdən götürüb mənimsədikləri sözlərdən biri də “Pənd” yəni nəsihət kəlməsi olub, əsli türkcədir. Farsca “Pənd” kəlməsi türkcə “Pəndim” sözündəndir ki, dəyirmançılıq aləmində istemal olunur. Habelə təbabətdə də işlənir və axır vaxtlarda hətta nəşriyyat dairələrində də gözə çarpmaqdadır.Dəyirmançılıqda “Pənd” kəlməsi məsələn: Şagird dəyirmanın boğazına dəni həddindən ziyadə tökəndə və dəyirmanda dəni öyüdə bilməyəndə işlənir. Görürsən usta şagirdə pənd və nəsihət eləməyə başlayır ki, a balam, bu qədər dəni dəyirmanın boğazına tökməmiş bir qabaqca mülahizə eylə gör o dəni öyüdüb un eləməyə dəyirmanın gücü çatacaq ya yox. Çünki məlum şeydir ki, gücü çatmasa, dəyirman pəndim olub dayanacaq.

2 мин
Allahın qüdrəti

Şükür eylərəm Allahın qüdrətinə ki, yox olan şeyin türfətüleyndə var və var olan şeyi türfətüleyndə də yox etməyə qadirdir.Bir vaxt var idi ki, Kommunist küçəsindəki altımərtəbəli evin beşinci mərtəbəsinə çıxmaqdan ötrü insanlar yolun altı yerində oturub nəfəs alırdılar. Çünki hər mərtəbəsi otuz altı pillədir. Adamın dizləri quruyur. Xüsusən bir az da ki, mənim kimi qoca olanda.

1 мин
Bakı nefti

İskəndər ibn Yaquba cavabƏzizim, “Bakı fəhləsi” qəzetəsinin yanvarın birində çıxan nömrəsində Bakı nefti barəsində yazdığın məqaləni oxudum və xoşum da gəlmədi.

2 мин

Стихи других поэтов · Сатира