Sağ və salamat İrəvan şəhərində varıq. Sənin İrəvana gəlmək məsələn barəsində Məhəmmədqulu bəy və Məşədi Qurbanəli ilə bahəm çox və bir neçə dəfə söhbət eləmişik. Təfsilatı Məşədi Qurbanəli, – bu günlərdə ki, gələcək Naxçıvana, – özü sənə deyər. Amma mən də bunu ərz edə bilərəm ki, indi ilin ortası olmaq səbəbə heç bir vəchlə mümkün olmur sənə yer eləmək. İrəvan rus-müsəlman məktəbində mümkündür, söz yox, sənə yer təyin eləmək, amma söz burasındadır ki, indi bu saat yer yoxdur və əgər sənə zor ilə yer eləməyə dursaq, lazımdır ki, bais olmaq müəllimlərin birisinin xaric olmağına. Odur ki, məsləhət belə görüldü ki, hələlikdə sən orada öz işinə məşğul olasan və səbr eləyəsən, çünki Allah səbr eləyənləri dost tutur və səbr fərəclərin müftahıdır.

Dəxi nə yazım?

“Məhəmmədhəsən əminin eşşəyi”ni istəyirəm yazıb göndərəm, senzor izn versin, İrəvanda çap elətdirim. Hərçənd ağlım kəsmir camaat oxusun.

Dünən Məşədi Qurbanəli bizdə idi. Bir qədər söhbət elədik, sonra çıxdı getdi.

Hava çox soyuqdur.

Sənin qardaşın Cəlil

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Avampəsənd nitqlər

Əgər durasan hər nə ki qəlbində var, onu açıq-açığına söyləyəsən, onda avam ülkəcək, ülkəndə də səndən qaçacaq. Amma avamı da indiki zamanda qaçırtmaq olmaz, çünki indi seçki zəmanəsidir, sənə səs verən olmaz, səni seçən olmaz.Bu səbəbdəndir ki, mən avam içində nitq söyləyəndə bir şeyi nəzərdə tuturam: bunu nəzərdə tuturam ki, avam ülkməsin.

2 мин
Qondarma bəylər

Bir balaca müqəddəməQa-aqca hələ onu ərz edim ki, hər bir şeyin qondarması bir qəpiyə dəyməz.

2 мин
Şahsevənlər

İndiyə təki hər nə yazmışıq, hər nə danışmışıq hamısını zarafat hesab eləyiblər; halbuki, yazdıqlarımızın çoxu zarafat babətindən yazılmayıb, bəlkə lap doğrudan-doğruya yazılıb. Götürək məsələn, indiki şahsevənlər söhbətini. Aya bu söhbət indi görək zarafatdır, ya qeyri zarafat? Məsələn, bu saat şahsevənlər İran sərhədini keçib bu taya, Muğan tərəfindən başlamış yalan-gerçək deyirlər ki, gəliblər Hacıqəbul dəmir yolunu kəsib, istəyirlər dəmiryol körpülərini dağıdalar. Guya şahsevənlərin bu iqdamatı rus qoşunları İranda göstərdikləri qanunsuzluqlara cavabdır. Guya belə də deyirlər ki, şahsevən qəhrəmanları tərəfindən rus qoşunları sərkərdələrinə işarə olunub ki, əgər bundan sonra da ruslar müsəlman haqqında zülm-flan eləsələr, o vədə flan və flan.Şahsevənlər barəsində bu sözləri danışanlar biçarə ruslar, ermənilər və gürcülərdir. Və bizim bəxtimiz orada kəsib ki, bu şayiələrə və bu rəvayətlərə qail olan ruslar, ermənilər və gürcülər şahsevənləri tanımırlar. Və bizim bəxtimiz elə orada kəsib ki, tanımırlar. Və bizim başımızın ucalığı elə oradadır ki, ruslar, ermənilər şahsevənləri tanımırlar və bizim xoşbəxtliyimiz və başımızın ucalığı oradadır ki, ruslar şahsevənləri tanımırlar.

2 мин
Millət

“Millət” ləfzi İranda yoxdur. Nə qədər ki, qamusları vərəqlədim, nə qədər ki, camaat içində dolandım, – “millət” sözünü nə eşitdim, nə də bir kitabda gördüm.O yerdə ki, lüğət kitabında gərək yazılaydı “millət”, orada “millət” əvəzinə yazılıb: “şəxs”. O yerdə ki, söz düşəndə gərək sözü danışıla – orada “əşxas” ləfzi istemal olunur.

2 мин

Стихи других поэтов