Qondarma bəylər
Bir balaca müqəddəmə
Qa-aqca hələ onu ərz edim ki, hər bir şeyin qondarması bir qəpiyə dəyməz.
Götürək, məsələn, bəyliyi. Axır bir var əsil bəy, yəni birisinin atası, babası bəy imişlər, – söz yox, bu da bəy olacaq. İndi bəylik özü yaxşımı, yamanmı, o bir özgə məsələdir; ancaq dəxi bu kişinin bəyliyinə ki, sözün nədir? Amma bir də var qondarma bəy; məsələn, mənim nə atam bəy imiş, nə babam bəy imiş, nə də ki, mənə bir yandan bəylik çatıb. Baxıb görürəm ki, bəylik bir təşəxxüslü şeydir; mən də dinməz-söyləməz adımın axırına götürürəm bir bəy qondarıram. Dəxi kimə nə borcdur? Bunun nə bir xərci var, nə ştrafı var. Bəyəm ki, bəyəm!
Bəli, indi keçək əsil mətləbdən danışaq.
Mən, doğrusu, yəni əslində əl aparsan, a kişi, bəy-zad deyiləm. Vallah, billah, atam şəhərli də deyil idi ki, bəylərə bazarlıq eləyə-eləyə axırda bir yalançı bəylik qazana idi. Amma mən elə ki, ərsəyə gəldim və rus şkolasında da azdan-çoxdan dərs oxudum, – baxıb gördüm ki, balam, indiki bizim əsrimizdə bəylik özü gör nə dərəcədə hörmətli bir rütbədir ki, hər bir kəs (istəyir bəy oldu, bəy olmadı) elə onu axtarır ki, ona bəy desinlər. Hətta yazıçılarımız da ki, (heç ataları bəyliyin qoxusunu da eşitməyibdir) – bu evi xarablar da bir baş məqalə yazanda, görürsən ki, götürüb adının quyruğuna bir “bəy” ləfzi də yapışdırdı.
Xülasə, artıq baş ağrısı olmasın, mən özüm də həqiqətdə bəy olmaya-olmaya özümü bəy adlandırırdım və işim pis də getmirdi. Xalqın qulağı elə qızmışdı ki, dəxi ağına-bozuna baxan yox idi.
Amma axırda bir az çətinə düşdüm. Elə ki, bu hürriyyət söhbəti başlandı, mən doğrusu, bir az fikrə getdim; axır mən ki, özümü camaat içində bəy adlandırıram, ya gərək axıra kimi bəylikdə qallam və dəxi “sosial-demokratlıqdan” – zaddan əl çəkəm; bu da olan iş deyil, çünki nə tövr ola bilər ki, mən məsləkimi satım bir qondarma bəyliyə? Onda mənim təzə cavanlar içində dəxi hörmətim olmaz. Elə bu xəyalat ilə bir tövr keçinirdim, axırda da gördüm ki, a gədə, hələ adımı da məclisimüəssisan seçkisində çəkirlər. Gedib siyahilərə baxıb gördüm ki, yazıblar: “Sosial-demokrat Molla Nəsrəddin bəy”.
A gədə, biabır oldum! Amandır o “bəy” ləfzini pozun ki, millətlər arasında lap biabır olarıq; yoxsa qeyri tayfaların içində söhbət düşəndə onsuz da, gülə-gülə deyirlər ki, “müsəlman milləti hamısı bəydi; heç onların içində bir şəxs yoxdu ki, bəy olmasın”.
İndi baxıb görsünlər ki, hələ nəinki yazıçılarımız və millətçilərimiz yalandan özlərini bəy adlandırmaq ilə fəxr eləyirlər, hələ bəlkə bəyləri bəyənməyən və kəndliləri bəylərin üstünə küşkürən sosial-demokratlar da özlərini yalandan, ya doğrudan bəy adlandırıb, hələ xoruzlanırlar da.
Ay biçarələr!
acıqnan mən də “Molla Nəsrəddin bəy”
“Molla Nəsrəddin”, 20 noyabr 1917, №23
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-qondarma-beyler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dünən özümü soyuğa vermişdim, heç keyfim yox idi və kürəklərim ağrayırdı. Ayıb olmasın, bizim Cəfərin anasına dedim: “ay arvad, sən Allah gəl çıx mənim dalımı bir yaxşıca ayaqla”.Əvvəl nainsaf arvad acıqlı-acıqlı yavaşca öz-özünə dedi: “başına daş düşsün”. Mən eşitdim və bildim ki, mənə deyir.
Bakı dəryasıNə gözəlsən, ey Bakı dəryası! Və necə xoşbəxtsən, ey Bakı dəryası! Ey Bakı dəryası, ey dəryaların seçilmişi! Ey göllərin padşahı! Nə göl kimi gölsən, ey Bakı dəryası, çünki yer üzündə sənin kimi böyük göl yoxdu! Nə dərya kimi dəryasan, Bakı dəryası, çünki çəkilib şir kimi durmusan kənarda və heç bir özgə dəryalara qarışmırsan, heç kəs ilə işin yoxdur!Nə gözəlsən, ey Bakı dəryası!
Cümə günləriBiz müsəlman tayfası bir sözü danışanda heç o sözün dalınıqabağını fikirləşmirik. Elə, məsələn, indi mən özüm də bu sözləri yaza-yaza nə dalını fikirləşirəm, nə qabağını, elə ha zora salıb yazıram və heç fikir eləmirəm ki, görək axır bu sözləri yazmaqdan nə fayda, gərək bu sözləri kim oxuyacaq və kimə lazımdır və nəyə lazımdır ki, oxusunlar? Niyə də ki, oxusunlar və nə səbəbə gözlərinin nurunu töküb oxusunlar? Nə cəhətə “İxtiyarat” kimi kitabları qoyub bu cür cəfəngiyatı oxusunlar?Deyəsən bir az uzun oldu.
Qurbağalarİran mücahidlərindən məşhur natiq Mirzə Cəfər Tiflisdə bir gün nitq söyləyəndən sonra mən ona küçədə rast gəlib dedim:– Əzizim, söylədiyin nitqinə heç sözüm yoxdur. Amma mən səndən təvəqqə edirəm ki, işdir, İrana yolun düşsə, Naxçıvana getmə, düz bir baş bileti al Cülfaya.
Стихи других поэтов · Сатира
Anadan millətli, vətənli oldun,Böyüdün, cildini dəyişdin tamam.
RozəxanGet, axund, bir qara əbayə bürün,Bir əlin millətin cibinə uzat.
DOĞRUЕсли б каждый правдой жил, лживый к слову был бы строг –И растерянный народ что-нибудь понять бы смог.
Bir rübaidə dörd qələt buraxırBir rübaido dörd qələt buraxır,Barakallah, bizim müsəhhihlər.