Sənubər Bakıya gələndən sonra mən sənə kağız yazmışdım, amma səndən heç bir cavab yoxdur. Belə görsənir ki, sən haman kağızı almamısan. Sənubər də bizdən bixəbər yığışıb gedib Naxçıvana. Vallah, mən bilmirəm dəxi nə eləyəydim ki, Sənubər məndən razı qalaydı. O bura gələndə mən adam göndərdim, Sənubəri tapdı gətirdi. Və iki gündən sonra Sənubər yoldaşları ilə bizə qonaq da gəldilər. Amma o bizdən getdikləri oldu. Dəxi bizə gələn olmadı. Təəccüb eləyirəm ki, nə səbəbə buradan getdilər və dərslərini yarımçıq qoydular.

Bu gün Naxçıvan və Ordubad zəlzələsini qəzetdə oxudum, nigaran oldum: görəsən, bizə səmt adamlardan zəlzələyə giriftar olan yoxdur ki?

Əsgər ağadan nə xəbər və Əbil necədir?

Sizin uşaqlar necədir?

Kağız yaz.

Cəlil

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Latın hürufatı və ingilislər

Bu çox qəribə söhbətdir. “Latın hürufatı və ingilislər” deyəndə qabaqca bizim bəzi oxucuların xəyalına gələ bilər ki, burada yəqin ingilislərin də latın hürufatını qəbul eləməklərindən danışılır.Bu belə deyil, çünki ingilislər qədimdən latın hürufatını işlədir (necə ki, cəmi avropalı və amerikalılar).

2 мин
İsti suya – soyuq suya

Bu oyunu biz uşaqlıqda oynardıq: yaxşı yadımda deyil, iki dəstə olardıq, qaçardıq o tərəfə, qaçardıq bu tərəfə, hər tərəfdə də dəstəbaşımız olardı. Bu insafsız dəstəbaşılarımız bizi sağa qaytarardı, sola qaytarardı və hər dəfə sağa qaytaranda deyərdi: “isti suya”, sola qaytaranda deyərdi: “soyuq suya”. Biz bişüurlar da gah sağ tərəfə qayıdardıq, gah da sol tərəfə qayıdardıq.Bu məhz dibaçeyi-kəlamdır. Kəlamın özü aşağıda rəvayət olunacaq.

2 мин
Arvad öldürənlər, yaxud “qeyrət”

İstilah komisyonunun nəzəri-diqqətinə!“Qeyrət” dedikdə bir istilahdır ki, ancaq bizlərə məxsusdur: belə ki, bu söz nə rus dilində var, nə erməni, gürcü və nə də Avropa dillərində var.

1 мин
Özümdən böyük sözlər

Söhbət sığorta işləri barəsindədir.Bunu da ərz edim ki, bu sözləri mən danışmayacaq idim və danışmazdım da. Səbəb budur ki, sığorta sözləri mənim özümdən böyük sözlərdir; necə ki, adam adama deyər: “Özündən böyük söz danışırsan”. Amma bunu mən indi ondan ötrü danışıram ki, bu axır vaxtlarda sığorta söhbətlərini məndən də savayı danışanlar vardır.

2 мин

Стихи других поэтов