Əzizim Həmidə! (2 iyul 1924)
Georgi məktubu mənə verdi və indiyəcən onu görmədiyimə görə sənin tapşırdığın şeyləri poçta iki bağlamada təhvil verdim: birinci bağlamada 1 put seçmə sədri düyü, o birində isə – 10 girvənkə qənd, 1 girvənkə çay, sənin üçün qaloş, Münəvvər üçün tənzif və paltodur.
Sən indi uşaqlarla haradasan və yayda qalmağa haraya gedəcəksən? İşim çox olduğuna görə, mən, deyəsən, heç yerə tərpənə bilməyəcəyəm.
Burada iki gün hava bərk isti oldu, amma indi yaxşıdır. Hələlik xudahafiz. İndi başım çox qarışıqdır. Sonra müfəssəl kağız yazaram. Hamıya salam.
Münəvvərin şeylərini təxminən bir həftə bundan əvvəl poçtla göndərdim. Yayda uşaqlar fars dilini və öz dərslərini öyrənməlidirlər.
Midhət üçün mütləq velosiped alacağam. Sənin bütün tapşırıqlarına dərhal və tamam əməl olunacaq.
Sənin Cəlilin
Məktub yaz.
Qaloşlar (ayağına) böyük, ya kiçik olsa, geri qaytar, sənin üçün təzəsini göndərim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-ezizim-hemide-2-iyul-1924
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Axır vaxtlarda Qafqazda və Rusiyada qəzetlərdə bir məsələ danışılmaqdadır. Aya səbəb nədir ki, Finlandiya və Ukrayna müstəqil idarə sahibi olmaq yolunda çalışanda Qafqaz millətlərindən bu barədə bir səs çıxmadı; bir surətdə ki, Qafqaz millətlərinin içində elə bir millət də tapıla bilərdi ki, onun istiqlaliyyətə hazırlığı Ukraynadan artıq olsun; məsələn, Gürcüstan. Aya bunun səbəbi nədir? Çoxları buna belə məna verirlər ki, doğrudur, Qafqaz millətlərinin də azad olmaq yolunda çalışmağa haqqları ola bilərdi, amma onları bircə şey saxlayır; o da məhz insaniyyət və ədəblilik.Açığı budur ki, guya Rusiya hökumətinin başının qarışıqlığı vaxtında Qafqaz millətləri istəmədilər hökumətə dəxi də artıq dərd-sər versinlər. Guya Qafqaz millətləri istədilər cavan-mərdlik büruzə versinlər; çünki Qafqaz millətlərinə yəqindir ki, hökumət də axır qanacaqsız deyil, əlbəttə, inşaalah başı açılandan sonra ola bilməz ki, Qafqaz yoldaşlarını yada salmasın.
EhsanAxır vaxtlar qaçqınlardan çox danışırlar (bikarçılıq pis şeydir). Hələ danışmaq nədir ki! Qəzetlərdə də yazırlar (çünki yazmağa söz tapmırlar).Danışırlar ki, Türkiyədən alınan yerlərin əhalisi yaman bir haldadır. Yazırlar ki, İrəvan quberniyasında və İranda müsəlmanlar qan ağlayırlar. Yazırlar ki, bu millətin guya sahibi yoxdur (bəs Bakı milyonçuları?).
BambılılarBir neçə gün bundan qabaq Tiflisdə xəbər çıxdı ki, Ənvər paşanı, Tələt paşanı, yenə bilmirəm hansı paşanı öldürüblər, Soltan da özünü öldürüb, İstambulda böyük hərc-mərcdir və türklərin axır nəfəsidir və labüddürlər ki, ruslarla ayrıca barışıq eləsinlər.Lazımdır demək ki, Yevropa davası başlanandan buyana belə-belə xəbərlər ildə bir neçə dəfə çıxıb və necə ki, indiki xəbərin əsli yalan olub, keçən qaydaq çıxan xəbərlər də əsilsiz və yalan olublar.
Azadiyi-vicdanRusiya inqilabının bərəkətindən törəyən azadlıqların biri də vicdan azadlığıdır.Azadiyi-vicdanın iki mənası var: biri budur ki, mənim aləmimdə mən gizlicə hiss elədiyim şeyləri nə cür ki, öz ağlım kəsir və insafım qəbul edir, o cür də qanıram və ona görə də əməl eləyirəm. Mən, məsələn, yaxşını yamandan öz qanacağıma görə seçirəm; onu bir özgəsindən soruşmuram. Mən görürəm ki, şüşə qabı əlimdən yerə salsam, sınacaq; dəxi salmağı rəva görmürəm. Mənim yetim uşağa rəhmim gəlir, çünki o uşaq sahibsizdir və bu barədə dəxi mənə zor yoxdur.
Стихи других поэтов
Cənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.
Hərc-MərcÇərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız
Demə, zahida, sərgüzəşti-behiştDemə, zahida, sərgüzəşti-behişt,Yoxumdur mənim meyli-gəşti-behişt.