Bakı

Sənin otkrıtkanı dünən aldım. Bədəncə zəif uşaq olan Teymuru tamam nahaq yerə Kəhrizlidə saxlayıblar. Başa düşmək istəmirlər ki, o, Qarabağa istinin və qızdırmanın içində bizim üçün taxıl biçməkdən, ya başqa bir iş görməkdən ötrü getməyibdir. Bu işdə daha mənim əlimdən heç bir şey gəlmir və heç kəs mənim sözümə baxmaq istəmir. İndi də Şuşaya iki dənə qazan və bir cüt balınc göndərmək istəmirlər ki, kirayə tutduğumuz mənzildə işlədək. Ona görə də, budur, indi yayın ortasıdır, biz isə yenə Süleymangildəyik. Belə şəraitdə Turşsuya getməyin heç bir mənası yoxdur.

Sonra bilmirəm. Midhət vaxtını necə keçirir: yenədəmi hər gün gəzməyə gedir, yaxud yenə də radionun qabağında əyilib bütün günü qulağını onun trubkasına dikir? Qoy mənim bu sualıma o özü cavab versin. Yoxsa, mən gəlib onu bu vəziyyətdə görsəm, həm o pərt olar, həm də mənim onun canına yazığım gələr. Odur ki, orada işlərin nə yerdə olduğunu bilməyincə gəlməyəcəyəm.

Dünən sizə bir put düyü göndərdim. 50 manatı, söz yox ki, almısan. Vaxtı gələn kimi yenə göndərəcəyəm.

Burada heç bir yenilik yoxdur. Hava çox istidir. Ənvərin kefi necədir? O biri uşaqlar necədirlər? Görünür, Midhət belə güman eləyir ki, oğlunun öz atasına kağız yazmağı artıq bir işdir, Ənvər də həmçinin. Biz öz uşaqlarımızı pis tərbiyələndiririk, belə getsə, onlardan adam olmaz. Nə qədər axtardımsa, “Tufan” kitabını tapa bilmədim; evi lap alt-üst elədim.

Cəlil

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Müştərilərimizə

Abunə məsələsi İranda çətin məsələdir. Rusiyada biz buna adət etmişik ki, abunə olanlar dəftərə yazılan saat abunə pullarını verib qəbz alırdılar. Amma İranda vəz özgə şəklə düşüb; çünki burada qədim vaxtlardan ta bu günə kimi ruznaməyə pul verməyi hədər bir şey hesab eləyiblər və bu səbəbdən abunə pullarını qabaqca vermək səhldir, axırda da hıqqana-hıqqına veriblər.Biz İran abunəçilərini qınamırıq; çünki həmişə mümkündür ki, qabaqca birisi pulunu versin və sonra da ruznaməni əcəl dərk eləsin. Bəs onda necə olsun, heç kəs puldan əl çəkməyə hazır deyil.

1 мин
Müştərilərə

1. İdarəmizə müraciət edən təbrizli ağayani-möhtərəmlərdən iltimas edirik ki, məcmuəmizdə dərc olunası məqalələri bəqədri – imkan şəhər postu vasitəsilə idarəmizə göndərsinlər; çün məqalələr barəsində zəbani sual-cavaba vaxtımız azdır.2. Təbrizdən və qeyri şəhərlərdən göndərilən məktublar və məqalələr ya fars dilində, ya türk dilində, müxtəsər yazılmalıdır və illa idarəmizin şənində müfəssəl və zınqırovlu ibarələri, tərif və tövsifləri yazmağa yazanların vaxtı və oxumağa bizim vaxtımız nahaq yerə zay olur.

1 мин
Bir neçə söz

Necə ki, keçən şümarədə işarə eləmişdik, Bakıya ehzar olunmağımız bizi məcbur edir ruznameyi-”Molla Nəsrəddin”i həmin 8-ci şümarədə dayandıraq. Məlumdur ki, Bakıya varid olduqda ruznaməni haman sayaq ilə çıxarmaqda olacağıq və çıxartdıqda indiki İran abunələrinə yetirmək niyyətində olacağıq. O ağayani-möhtərəm ki, idarəmizə üç aylıq müddətindən artıq pul göndəriblər, muxtardırlar ya ruznamənin Bakıdan gəlməyinə müntəzir olmağa, ya idarəmizdə qalan artıq pullarını istəməyə.Bu barədə sual-cavaba öz əvəzimizdən bəradərimiz Ələkbər Məmmədquluzadəni vəkil qərar veririk ki, müşarileyh idarədə qalasıdır. Təbrizdə və qeyri şəhərlərdə bizə az-çox borclu olan möhtərəm oxucularımızdan da xahiş edirik ki, onlara göndərilmiş olan ruznamə vəchini yetirsinlər idarəmizə.

2 мин
Təbrik

Təmcid edirik haman maarif-dust yoldaşları ki, yeni türk əlifbasını indi meydana qoyublar.Təbrik edirik müsəlman aləminin cəmi əfradını ki, yeni türk əlifbasının tərəfdarıdırlar.

2 мин

Стихи других поэтов