“Dostumuz Məmmədəlini əbəs yerə özümüzdən kəmiltifat edib İrandan qovduq. Nə oldu nəticəsi: bir dılğır parlaman.

Bunan bir şey olmayacaq, yenə inqilab lazım”.

O vədə mən xam idim. O vədə qanuni–əsasi nədən ibarət imiş: bundan ibarət imiş ki, şəriətmədarlar millət vəkillərinin içində tərzi əvvəlki məkanını tutsunlar.

Bu olmadı. Belə qanuni–əsasının üstə cızıq çəkməli.

İranı gəzdim və gördüyümü gördüm, bildiyimi bildim. Yada salıram məhərrəmül–həram busatlarını, yada salıram rəməzanəl–mübarək calalını, yada salıram şahənşahlar tacgüzarlığını, nəzərə gətirirəm cəhalətdən törəyən qisim–qisim vəhşilik və bədbəxtlikləri və yenə deyirəm: bu olmadı, inqilab lazım.

Zülmət çox dərindir. Qaranlıq nəhayət qalındır. Burada çox-çox tüfəng lazım. Bilmirəm barıt atəşimi, bilmirəm maarif topumu, bilmirəm mədəniyyət təkamülü, ya dinamit inqilabı, ya bəlkə ikisi də lazım, – bəhərhal inqilab lazım.

Və bu mətləbin bizə artıq dəfə–təsərrüfi var. Zira ki, bütün Şərqin qara buludları bizim də müsəlmanların mədəniyyət və maarif göyünün qabağını tutur, bura da oranın parçası mənziləsindədir.

Pəs hər iki babətdən biz səbirsizlik ilə İran inqilabına müntəzir olaq, gərək və bu hal nə qədər ki, davam edir, ümidvar ola bilməyəcəyik ki, tez bir vaxtda fikirlər işıqlana, mövhumat dağıla və biçarə millət üz qoya nicat yolunu axtarıb tapmağa.

Söhbətimi qurtarıram və İranda qoyub gəldiyim cəmi azadixah və şuratələb yoldaşlarımı və dostlarımı yada salıb, onlara səmimi qəlbdən salamımı təqdim edirəm.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 19 noyabr 1922, №3

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира