Hərçənd avam camaat içində bu cür danışıq həmişə ortalığa gəlir ki, indiki əsrdə dəxi möcüz vaqe ola bilməz. Belə məlum olur ki, bu əqidə puç bir əqidədir və qədim əsrlərdə peyğəmbərlər və imamlar tərəfindən baş verən möcüzələr indiki əsrdə də üz verə bilər və aşağıdakı əhvalatı hər bir insaf əhli oxuyub görəcək ki, yazdığımızda bir zərrə qədər şəkk yoxdur və ola bilməz.

Novruz bayramına bir neçə gün qalmış Bakıda Merkuri küçəsində qalan şikəst əsgərlərin altmış nəfəri sürünə-sürünə özlərini salır idarələrin birinə ki, bəlkə bayram münasibətilə bədbəxtlərə orada bir cüzi bayramlıq verilsin. Müdir isə həmin əziz günləri mülahizə edib kərəm üstə gəlir və “pənah Allaha” deyib buyurur ki, həmin altmış nəfərə bir girvənkə torpaqlı kişmiş verilsin, yəni çaharşənbə yemişi verilsin.

Bəli, hökm olunur və verilir.

Hərçənd şikəstlər istəyirlər qəbul etməyələr ki, məsələn, guya altmış nəfərin qarnını bir girvənkə torpaqlı kişmiş doydurmaz; amma belə deyilmiş. Çünki axırda belə məlum oldu ki, şikəstlər kişmişi təmizləyib yarısını da tullayandan sonra qalanını altmış yerə təqsim etdilər və hamısının da qarnı doydu, gözü də doydu.

Hələ həzrət İsa kimi peyğəmbər qırx acın qarnını iki girvənkə çörəklə doyuzdurmağa o vədə bir böyük möcüz adı qoydular. Amma şərt budur ki, altmış acın qarnını bir girvənkə kişmişlə doyuzdurasan.

Demək, müdir cənablarının möcüzü İsa əleyhüssəlamın möcüzünü də ötüb keçdi.

Dəli

“Molla Nəsrəddin”, 14 aprel 1923, №20

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dindar firqəçi yoldaşlar

Şura seçkiləri münasibətilə*İndi, məsələn, bir bikar adam müsəlman firqəçi və komsomol yoldaşların siyahısını qoya qabağına və başlaya həmin yoldaşların dindarları ilə dinsizlərini mülahizə eləməyə və axırda bu siyahıdən dindarları seçə qoya bir tərəfə, dinsizləri də qoya o biri tərəfə, görəsən, hansı hansından çox çıxar?

1 мин
Pillə-pillə

Necə ki, məlumdur – bu gün bizim bayramımızdır; çünki bu gün biz ərəb əlifbasından xilas oluruq.Aşkar işdir ki, xah ərəb əlifbasından qurtarmaq, xah çadranı və papağı tullamaq – bunlar hələ səhldir: nə eybi var, papaq olmaz – kepka olsun; çadra olmaz – şlyapa olsun, səhldir.

1 мин
Fürsət

Bir para adamlar deyirlər ki, guya bir para əli qələm tutanlarımız indiki şəxsi tənqid fürsətini qənimət bilirlər və şəxsi tənqid lövhəsi altında qərəzi-şəxsi xərcə verirlər. Ancaq bu deyilənlərə mən şərik ola bilmərəm.Tutaq ki, doğrudan da birisi mənim şəxsi düşmənimdir, yaxud onun atası mənim atamın düşməni idi; nə olar? İndi görək nə buyurursan? Buyurursan, mən indi durum baxım? İndi ki, fürsət vaxtıdır. Dəxi bundan yaxşı fürsət hardan ələ düşəcək? Onunçün mən də onu güdürəm və gözləyirəm ki, bir az büdrəsin; hələ bəlkə ayağının altına bir ağac tikəsi də atıram ki, tez büdrəsin və yaxşı büdrəsin.

2 мин
Barmaq

Əfqanıstan iğtişaş və üsyanından biz hərçənd ki, uzağıq, amma zehn ucilə deyə bilərik ki, burada ingilis barmağı var.Nə sübutla deyə bilərik ki, burada ingilis barmağı var?

1 мин

Стихи других поэтов · Сатира