“Kəndli evi” birinci qonaqlarını necə qəbul etdi?
Aprelin 28-də Bakıda təntənəli bir surətdə mərkəzi kəndli evi açıldı. Bu evin açılması üçün Torpaq komissarlığı iki ildən çoxdur ki, çalışır. Ev üç mərtəbədən ibarətdir. İki il çalışıb-vuruşduqdan sonra, ancaq bir mərtəbəsi hazır ola bilmişdir. Sözümüz burasında deyil.
Evin açılışı qəzetələrdə kəndlilərə xəbər verildi. Həmçinin kəndli evi nə olduğu, kəndlilərə nə kimi yardım edəcəyi barədə qəzetələrdə kəndlilərə dəfələrlə yazılmışdı. Ona görə bu evə kəndli qonaqlarının gəlməsini gözləmək lazım idi. Yəqin ki, Torpaq komissarlığı özü də bu evi açanda bilirdi ki, bu xəbər qəzalara çatanda kəndlilər gəlib buraya düşəcələr. Buna görə onları qəbul etmək və rahatlandırmaq üçün lazımi tədbirlər və binagüzarlıqlar olunmuşdu.
Fəqət bu günlərdə təəssüf ediləcək bir əhvalata şahid olduq. Qazax qəzası Tovuz dairəsinin Hacı Allı kənd nümayəndələri Məmmədtağı Şəfi oğlu və Sadıq Əskər oğlu kənd yerlərinin azlığı barədə danışmaq üçün Bakıya göndərilmişlər. Əllərinə 207 nömrəli kənd şurası tərəfindən şəhadətnamə verilmişdir. Özlərinə tapşırılmışdır ki, “Bakıda hökumət tərəfindən kəndli evi açılmışdır. Gedib oraya düşərsiniz ki, xərc az olsun”. Bunlar da maşından düşən kimi xurcunları dallarında, axtaraaxtara gəlib kəndli evini tapırlar. Fəqət evin müdiri bunların qabağını kəsir ki, içəri girmək olmaz. Siz bitli-sirkəlisinz. Siz gərək həmi özünüzü qüsl edəsiniz, həmi də paltarınız qüsl oluna. Ancaq bizim də nə hamamımız hazırdır, nə də paltarı qüsl edən maşınımız. Bu dəfə gedin ayrı yerdə yatın. Gələn dəfə gələndə qəbul edərik.
Kəndlilər nə qədər dad-fəryad edirlərsə, bir şey çıxmır. Axırı kəndlilər yalvarırlar ki, heç olmasa bizi “Kəndli” qəzetəsinin idarəsinə buraxın. Orada işimiz var. Buraxırlar və kəndlilər gəlib dərdlərini söyləyirlər. “Kəndli” qəzetəsinin işçiləri də hər yana telefon edirlərsə, bir şey çıxmır. Axırı kəndlilər xurcunlarını da götürüb, çıxıb gedirlər.
Belə bir əhvalat da Şəmkir qəzasından gəlmiş kəndli nümayəndələri ilə olmuşdur.
İndi biz kəndlilərə üzümüzü tutub deyirik:
Aya, rəvadırmı ki, onlar bilə-bilə ki, Bakıda onlar üçün səliqəli, pakizə kəndli evi qurulubdur ki, Bakıya gələn kəndlilər orada rahat olsunlar. Aya, rəvadırmı ki, kəndlilər bunu qəzetələrdə oxuya-oxuya və bunu bilə-bilə yenə Bakıya gələndə bitli-sirkəli gələlər? Aya, nə bir çətin şeydir ki, kəndlilər Bakıya gələndə kəndlərində qabaqca bir yaxşıca hamama gedələr və tumən-köynəklərini dəyişələr. Mümkün olsa çarığı-xurcunu tullayıb, bir dəst dəyişik çamadana qoyub pak və pakizə surətdə Bakıya gələlər. Biz təəccüb edirik ki, kəndli qardaşları niyə öz təkliflərini başa düşməsinlər və kəndli evinin müdirinə bu qədər başağrısı versinlər.
Heyif və yenə heyif!
Ümid edirik ki, bundan sonra belə-belə səhv işləri kəndli qardaşlar səhv tutmayacaqlar.
Lağlağı
“Molla Nəsrəddin”, iyun 1926-cı il, №24
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-kendli-evi-birinci-qonaqlarini-nece-qebul-etdi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Uşaqlar küçədə oynaşanda bir nadinc uşaq o biri uşağa naqafil bir təkan vurur; bunun mənası budur ki “gəl savaşaq”.Kitay hökuməti Şuralar İttifaqı öz işinə məşğul olduğu yerdə buna bir təkan vurub deyir: “Gəl savaşaq”.
Başını piyliyimAzərbaycanın çox yerlərində bir belə söyüş var: “Başını piyliyim”. Nədir bunun mənası?Baş – məlumdur, bədənin yuxarı hissəsidir.
Namaz qılan və tramvay çəkənBirisi gedib zəhmət çəkib namaz qılmaq öyrənib; birisi də gedib zəhmət çəkib tramvay elmini öyrənib.Bu söhbəti ondan ötəri açdım ki, bir dəstə binamaz şura mühəndisləri bu günlərdə Bakının Dağ məhəlləsinə tramvay çəkib qurtardılar.
VəhdaniyyətÜsuliddinin birincisi – vəhdaniyyətə qane olmaqdır; yəni – Allah birdir, iki deyil. Dəlili-əqli–filan. Dəlili-nəqli–filan və filan.Və lakin bu söhbətlərin hamısı Oktyabr inqilabı nəticəsində qoydu getdi işinə; zira bir surətdə ki, biz Allahın özünü inkar edirik, dəxi burada tövhid də gedir işinə, qeyriləri də gedir işinə.
Стихи других поэтов · Сатира
Ay Molla, bizə mərhəmətinlə nəzər eylə,Yaz jurnala elanımı, xalqa xəbər eylə.
Məhərrəmdə atanın oğluna vəsiyyətiZəncirini hazırla, oğul, durma, dayanma,Yar başını, vur sinənə, insanlığı qanma.
Təqdir edəlim!Kəlniyət! Gəl yığalım Qafqazın ər-övrətini,Sayalım sevgili millətçilərin himmətini,
Hürriyyət və təsəttüri-nisvanAy Baba, bir bax gör mənim başıma nə zorba iş gəlmişdir. Neçə ilbundanqabaq filan əfəndi filan əfəndi ilə ağız-ağıza verib “hürriyyətinisvan”,– deyə