Lotuluq
Dünən küçədə bir lotu gördüm: səkidə oturub xalqı güldürüb deyirdi:
– Hə, qurban bayramı da yavıqlaşdı. Siz öləsiniz, bir yaxşı toğlu almışam, bir neçə butulka Kaxet çaxırı hazırlamışam, qurban bayramının günü üç-dörd nəfər dostlarımdan qonaq çağırmışam. Bayram günü kababı düzəcəyəm şişlərə, çaxırı qoyacağam buza və qabaqca İbrahim Xəlil peyğəmbərin atası Azərə rəhmət oxuyacağam, sonra İbrahim Xəlilin özünə rəhmət oxuyacağam və kababı yeyib, üstündən şərabı içib, çıxacağam küçəyə və dişlərimi qurtdalaya-qurtdalaya rast gəldiyim müsəlman qardaşlara bildirəcəyəm ki, baxın, bu gün mən qurban bayramı saxlamışam.
Halbuki bu özü bir lotuluqdur.
Hərçənd bu bir lotuluqdur, amma heç kim mənə bir söz deyə bilməyəcək və məzəmmət edə bilməyəcək; səbəb də budur ki, məndən savayı qeyriləri də belə bayram saxlayır; hacı və məşədilər də belə eləyir və mollaların özü də belə eləyir.
Uşaqlar küçədə bu lotunun başına doluşmuşdular və gülüşürdülər. Lotu yenə danışmağa başladı:
– Məhərrəmlik ibadətimiz də bircə lotuluqdan ibarətdir; hər kəsin gözaltısı var və görür ki, onun gözaltısı camaat içindədir, – xəncəri bərk vurur ki, aşnasının nəzərində özünü igid göstərsin.
Hətta mərsiyəxanların da məhərrəmlikdə “göz-qaş” bazlığı olur. Məsələn, mənim bir xalam var. Həmişə molla Əbdülhəsən moizə edən vaxt xalam, labüddür ki, məscidə getsin.
Bir gün getdim məscidə və adamların içində gizləndim ki, xalam görməsin; istəyirdim xalamın fəndini duyam. Baxdım ki, molla Əbdülhəsənlə göz-qaş eləyir. Sonra evə gələndə bilmədi ki, onun fəndini duymuşam; başladı molla Əbdülhəsəni tərifləməyə. Mən dedim:
– Xala, “o söz”...
Burada xalam elə hirsləndi ki, tamam mənimlə bir ay danışmadı.
Lotunun həmin sözünə küçə uşaqları gülə-gülə dağıldılar.
Demək, bu ibadətlər hamısı lotuluqdur.
Dəli
“Molla Nəsrəddin”, 12 iyun 1926, №24
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-lotuluq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Həmin bu gözəl millət – bizim müsəlmandır.O səbəbə ki, ölülərin qəbirdən çıxardıb Kərbəlaya göndərirlər; ondan ötrü göndərirlər ki, haman mərhumun ruhu cəhənnəmdən çıxıb behiştə getsin.
LüğətAxır vaxtlarda rus dilinə bir söz daxil olub ki, əsla heç rus sözü deyil. Bu söz “Provakatsiya” sözüdür.Bu sözün əvəzinə nə ruslar öz dilində bir ibarə yaradıb ortalığa qoya bildilər və nə də bizim türk dilində bu mənaya bir söz tapmaq olur. Hərçənd Adəmin cənnətdən qovulmağına şeytanat bais olub, amma bununla bərabər şeytanat, yaxud türkcə şeytanlıq “Provakatsiya” ibarəsinə əvəz ola bilməz.
Təfavütü yoxdurDeyirlər – kooperativ xadimləri kooperativi yeyə-yeyə az qalıb ki, mayanı yeyib qurtarsınlar. Amma mən də deyirəm ki, təfavütü yoxdur və necə ki, bir söz danışan o danışdığı sözə sübut gətirməlidir, mən də sübut gətirməkdən boyun qaçırmıram və qaçırmaram da inşallah.Məsələn, Salyan qəzasında altı-yeddi kooperativi ikiayaqlı siçanlar elə bir iştaha ilə yeyiblər ki, yazıq kooperativlərin ancaq qabığı qalıbdır (məğzi yeyilib); qeyri kooperativlər də habelə.
O elə – bu belə !Rəbbiyəl-əvvəl ayının on ikisində bütün Ərdəbil camaatı, oğuluşaqlı, qoca və cavan Bərna və Piriətəbatdan təşrif gətirən Mirzə Ələkbər ağanın pişvazına çıxıblar.Və haman rəbbiyəl-əvvəl ayının on ikisində Amerikada, Ərdəbil böyüklükdə Samson adlı bir şəhərdə on altı min tələbənin üç ədəd müxtəlif darülfünunlara getməyini bir əkkas kağıza götürübdür.
Стихи других поэтов · Сатира
Стыд шушинцы теряют: гуляют и пьют.По дороге бесчестья шушинцы идут.
Mollanın fırıldaqlarıRamazan gəlib, qış ötdü, yenə çıxdı yaza molla,Keçən ilki macəranı edər indi taza molla.
HitlerinEl tüpürür vicdanına Hitlerin,Qorxu düşübdür canına Hitlerin.
GörməkdəyəmMilləti-məhzunu binitqü nida görməkdəyəm,Mübtəladır cəhlə, dərdin bidəva görməkdəyəm.