Dost
Mən deyirəm ki, yer üzündə yaşayan cəmi müsəlmanların birinci həqiqi dostu İngiltərə hökumətidir. Mən sübutsuz və dəlilsiz heç bir söz danışmamışam və danışmaram da inşallah. Buna görə yuxarıda danışdığım sözə də sübut gətirmək istəyirəm və bu sübutlarım da iki qəbildir.
Birinci qismi dünya sübutlarıdır.
İkinci qismi də axirət sübutlarıdır.
Dünya sübutları bundan ibarətdir ki, İngiltərə hökuməti həmişə çalışmaqdadır ki, müsəlmanların qulağı dinc olsun və heç bir yandan bunlara bir azar-bezar toxunmasın. Bunun üçün də İngiltərə hökuməti həmişə və hər bir yanda islam tayfalarını himayə etməkdədir ki, bir yandan bunlara bir afət və bəla yavıq düşməsin; İranı, Əfqanı, Misri və sair bunlar kimi müqəddəs məmləkətləri əlinə keçirib qorumaqdadır ki, məbadə-məbadə başqa mərdümazar bir tayfa gəlib bu behiştliklərə cövrü cəfa yetirsin. Məhz bu səbəbədir ki, İngiltərə hökuməti 1922-ci ildə Misrə verdiyi istiqlaliyyəti geri almaq fikrindədir. Və buna görə Türkiyədən də Mosulu tutub alır ki, bu başı bəlalı neftin səbəbinə qeyri bir adam hücum çəkib Türkiyənin başını ağrıtmasın. Həmçinin İran, Hindistan, İraq və qeyriləri.
Bu, dünya sübutları.
Keçək axirət işlərinə. İngiltərə hökuməti uzaqdan baxıb görür ki, onun səmimi dostu olan Türkiyə hökuməti xilafəti aralıqdan bilmərrə göturub çölə tulladı. Belə olanda bunun dalısı da pis ola bilər; çünki bu gün deyərsən mənə xəlifə lazım deyil, sabah deyərsən, nəuzübillah, peyğəmbər də lazım deyil və ondan sonra səndən hər nə desən çıxar; şimaldakı qonşularına baxıb deyərsən ki, dilim qurusun, hə, deyərsən ki, Allah da lazım deyil. Onda, bəs, bir de gorüm allahsız da yaşamaq olarmı? Əlbəttə olmaz (?!) Yenə buna görə də İngiltərənin təhriki ilə misirlilər, iraqlılar, hindlilər Qahirə şəhərində müsəlmanlara xəlifə nəsb və təyin etmək istəyirlər ki, bəlkə, beləliklə, müsəlmanlar xəlifəni inkar etmək kimi məsiyətdən xilas olub Allah-taala yanına üzü qara getməsinlər.
Bunlar hamısı dostluq deyil, bəs, nədir?
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 12 iyun 1926, №24
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-dost
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Axır vaxtlarda Qərb övrətləri barəsində müsəlman qəzetlərinin bir parasında bir neçə məqalələr gözümə sataşır. Bu məqalələrin məzmunundan belə anlaşılır ki, Qərb övrətlərinin hamısı həya və ismətsiz övrətlərdir; demək ki, cümləsi fahişə kimi bir şeydirlər.Mənim bu barədə heç bir etirazım yoxdur, heç bir sözüm yoxdur; çünki mən də elə bilirəm ki, Avropa və Amerika övrətləri təmamən fahişədir. Amma yenə hərdənbir xəyalıma gələrdi ki, bəlkə bu övrətlərin içində heç olmasa bir-iki həyalı övrət tapıla. Amma təzə filosoflarımızın sözlərindən belə məlum olur ki, heç biri də tapılmaz.
Çanaqİran vüquatına dair*Mən həmişə İran karxanalarından çıxan kitabları oxuyanda demişəm ki, məmləkət idarə eləməyə bu millətin qabiliyyəti yoxdur. Və mənə həmişə cavab veriblər ki, “belə deyil”.
ZiyarətSən deyirsən “mənim qulağım var, hər şeyi eşidirəm”.Həyə sən hər şeyi eşidirsən, elədə de görüm, eşidibsənmi mənim nəvəm Güllünün əhvalatını?
QurtarıbDünyada heç bir şey bir qərarda qalmır. Ay, gün, yer, ulduzlar və biz gördüyümüz aydan, gündən, yerdən və ulduzlardan savayı genə milyon-milyon bu tövr aylar və ulduzlar, yerlər və günlər var ki, milyon-milyon illərin müddətinə hərəkətdədirlər.Deyirlər ki, yer durub – yalandı. Deyirlər ki, gün durub amma yer hərəkətdədir – bu da yalandı. Xülasə, dünyada tək bircə Ordubad şəhərindən savayı heç bir şey yoxdur ki, hərəkətdə olmasın.
Стихи других поэтов · Сатира
Bu dövr, əmi can, tərsinə dövrandır, özün bil;Təqdiri-qəza sanma ki, asandır, özün bil.
XanbacıXanbacı, bu kişilər bizdə həya qoymadılar,Etməmiş zülmü sitəm, cövrü cəfa qoymadılar.
Bildir cümələrdə dükan açmazdı cəmaətBildİr cümələrdə dükan açmazdı cemaət,Səd şükür, bu il qaldınlıbdır belə bidot.
DemərəmMən vətənsizlərə ömrüm boyu insan demərəm,Özümə hörmət üçün qanmaza, gəl qan, demərəm.