“Təzə həyat” deyir ki, qəzetçi gərək qəzetəsini elə yaza ki, hər kəsi özündən incitməyə.

Dəxi bundan da aşkar söz ola bilməz. Əgər qəzetçi camaatı özündən incitsə, dəxi kimə lazım olacaq onun qəzeti?

Biz bunu çoxdan bilirik. Doğrudan da, biz qəzetimizi təzə başlayanda xəyalımızda qoymuşduq heç kəsi özümüzdən incitməyək və bacardığımız yerə kimi hamını özümüzə rağib eləyək ki, qəzetimizi çox oxusunlar və bizə çox abunə yazılsınlar.

Amma Allah şeytana lənət eləsin, qoymadı düz yolumuznan gedək.

Elə əvvəlinci nömrədən başladıq bij-bij sözlər yazmağa. Ona sataşmağa, buna dolaşmağa. Demək ki, “açmamış qapı” qoymadıq və axırda hamını özümüzdən incitdik. Əvvəllər genə az-çox müştərimiz var idi, amma indi gəldikcə azalır.

Amma bu gündən biz məsləkimizi dəyişirik və “Təzə həyat”ın sözünə baxıb dəxi bundan sonra elə yazacağıq ki, müsəlmanların əfkarına müvafiq olsun, yəni onların keyfincə olsun, onların rəyi ilə düz gəlsin və elə mətləblər yazacağıq ki, hamı bizdən razı qalsın.

Yəni, doğrudan da bu da bir işdi ki, qələmi al əlinə, yetənə yet, yetməyənə də bir daş at?

Və bir də bunun axırı nə olacaq? Bir gün ona sataşarsan, sabah bunun üstünə gülərsən, o biri gün ayrısına dolaşarsan və lap axırda da dünyanı özünə düşmən elərsən və lap axırda da bircə nəfər də müştəri tapmazsan və milyonçu da olsan, axırda qəzetini bağlarsan.

Doğrudan da belədi; görürsən bir tərəfdən nuxalılar bizdən inciyir ki, niyə yazırsan “nuxalıların qiraətxanası açılandan qiraətxananın qəzetləri və stolları hambalların dalından yerə düşür – Bir ay bura köçür, bir ay o biri evə köçür”.

Doğrudan da bizə deyən gərək ki, axır sənə nə dəxli var? Nuxa hara, biz hara, bizə nə borcdu ki, Nuxa cəmiyyəti-xeyriyyəsinin nə qədər pulu var? Bizə nə borcdu ki, cəmiyyətin iki yüz manatı necə oldu?

Aşkardı ki, nuxalıların hamısı indi biznən olublar düşmən. İndi, məsələn, götürüb yazaq ki, Bakıda müsəlman bazarında yol ilə gedənləri “ha1-huya” basırlar, söz yox ki, bakılılar bunu oxuyanda bizdən inciyəcəklər.

Doğrudan da bizə deyən gərək ki, Tiflisdə otura-otura Bakı ilə nə işimiz var?

Məsələn, biz hara, sərdar Mənsur hara ki, yazırıq “iki eşşəyin arpasını bölə bilməyə-bilməyə Rəştdən qaçıb gedib Tehranda postların rəisi olub”.

Cəhənnəmə olub, gora olub, bizə nə dəxli var?!

(hələ qurtarmadı)

Zəli

“Molla Nəsrəddin”, 14 aprel 1907, №15

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qış xəbərləri

Farslar deyirlər: hərdən bizim bağdan təzə-təzə meyvələr gəlir.Bizim də Azərbaycan bağımızdan təzə-təzə qış xəbərləri gəlir.

2 мин
Oruc tutanlar və oruc tutmayanların hesabı

Amerikada Şərqi öyrənən cəmiyyətin axır vaxtlarda bir risaləsi çapdan çıxıb nəşr olunmaqdadır. Nyu-Yorkda təb olunan “Pusferton” qəzeti bu kitabçanın bir neçə maraqlı məlumatını öz qəzetində dərc eləyibdir və bu məlumatı Moskvada Şərqi öyrənən cəmiyyətin məcəlləsindən əxz edib, biz də burada oxucularımızın nəzərinə verməyi əhəmiyyətdən xali görmürük.Amerika cəmiyyətinin üç nəfər üzvü – ki, adlarını burada zikr etməyi artıq hesab edirik – keçən il İrandan Bakıya da gəlmişlər ki, bizim onlardan xəbərimiz olmayıb. Onlar bizim məclislərimizin bir neçəsində rəməzan ayında olublar və idarədə oruc yeyənlərin və oruc tutanların əhvalını və miqdarını öyrəniblər və siyahi ediblər. Məzkur müsafirlər gördüklərini öz dəftərçələrində birbəbir təfsilən qeyd ediblər.

2 мин
Teatr konfransı

Keçən bazar ertəsi günü firqə klubunda teatr konfransı çağrılmışdı. Konfrans bəzi səbəblərə görə təxirə düşdü və dübarə üzümüzə gələn bazar ertəsinə təyin olundu.Mən bir qoca kişiyəm və teatr işlərindən də o qədər xəbərdarlığım yoxdur. Onunçün də konfrans söhbətini qəzetlərdə oxuyanda, heç bilmədim, bu nə konfransdır və orada nə danışacaqlar, teatrın hansı bir nöqsanını göstərəcəklər və hansı mühəssənatını təsdiq edəcəklər.

2 мин
Allah vardır

Varmıdır Allah?Bu qəbil sözlər axır vaxtlarda tez-tez danışılır.

2 мин

Стихи других поэтов · Сатира