“Mini-mini masallar”
Dünən bu kitabçaların bir neçəsini aldım. Apardım verəm uşaqlarım oxusun.
Uşaqlar bu kitabların üstündə yazılan həmin sözləri – mini-mini masallar höccəliyə-höccəliyə oxudular. Yenə bir-iki dəfə oxudular. Kitabları qoydular stol üstə və dedilər:
Dədə, qoy gedək bir az oynayaq, gələk oxuyaq.
Dedim: Yaxşı.
Həmən gün bir neçə bəhanə ilə uşaqlar bu kitabçaları əllərinə almadılar.
Sabahısı günü mən özüm bu kitabçaların birini başladım oxumağa və bir neçə yaz sözlər ki, kitabda var idi, onları bizim dilə tərcümə elədim ta ki, uşaqlar başladılar kitabın məzmununa alışmağa.
Birdən kiçik oğlum sevincək dedi:
Dədə, bu ki, uşaq nağılıdı. Bəs, bunu dünən sən niyə bizə demədin?
Dedim: A balam, necə demədim? Bəs, demədimmi ki, “mən sizə mini-mini masallar” gətirmişəm və uşaqları başa saldım ki, mini-mini masalların mənası xırda-xırda nağıllardı.
Doğrudur, uşaqlarım bu kitabları oxudular. Mənim uşaqlarımdan savayı, başqa uşaqlar da oxuyacaqlar. “Lağlağı” eləyə bilməz bu kitab yazanları və meydana çıxardanları öz təşəkkürü ilə qarşılamasın.
Amma söz burasındadır ki, məmləkətimizdə işlənməyən bu təzə-təzə sözlərin bərəkətindən bu kitabçaları əllərinə alan uşaqlar kitabı o gün oxumayacaqlar və bir bəhanə ilə oxumağı sabaha qoyacaqlar.
Lağlağı
“Molla Nəsrəddin”, 6 aprel 1924, №5, səh. 4
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-mini-mini-masallar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bakıda çıxan “Nicat” qəzetinin 36-cı nömrəsi bu gün düşdü əlimə və istədim açıb oxuyam. Sağ tərəfdən müsəlmanca yazılıb: “İran vüqüatı barəsində”, sol tərəfdən rusca yazılıb: “Mustafabəy Əlibəyov həzrətlərinin tərcümeyi – halı”.Hansını oxumaq lazımdır? Əlbəttə, sağ tərəfdə müsəlmanca yazılanı. Ondan ötrü ki, mən müsəlmanam və bir də Mustafabəynən mənim nə alıb verəcəyim var; amma İran işlərini oxuyub bilmək mənə vacibdir.
Məhəmmədəli MirzəBurada bir haşiyə çıxaq: ərəbcə “mirzə”nin mənası eşşək arısıdır.Gələk mətləbə.
Osmanlı ilə İtaliya davasıOxucularımıza ərz olsun ki, Afrika qitəsinin şimal tərəfində, Ağ dənizə yapışıqı Osmanlının bir vilayəti var ki, ona avropalılar “Tripolis” deyirlər. Amma türklər “Trablisi-qərb” adlandırırlar (Türkiyədə, Beyrut vilayətində Osmanlının “Trablisi-Şam” adında bir şəhəri də var).Trablisi-qərbin əhvali-tarixiyyəsi çox qarışıqdır, burada çoxlu davalar, iğtişaşlar üz verib; əgər hamısını yazsaq, idarəmizə göndərilən uzun məqalələrə yer olmaz. Ancaq müxtəsərcə bunu ərz edək ki, Trablisi-qərb tarixi-miladiyyənin 1835-ci ilində ikinci dəfə Türkiyə hökuməti tərəfindən fəth olunub, Osmanlı məmləkətlərinə daxil olubdur. Və bu 75 ilin müddətində, Sultan Həmid əsrində çapdan çıxan kitabların rəvayətinə görə, bu vilayətin asayiş və hüsni-idarəsi mühafizə olunubdur. Amma Allahın kitabına baxanda Trablisi-qərbin osmanlılara xidməti məhz bu olubdur ki, Həmidin və paşaların hərəmxanalarına bu vilayətlərdən çoxluca qullar göndərilibdir.
Zorrama qiraətxanaQiraətxanalar iki cürdür: bir cürü elə qiraətxanadır ki, çox yerlərdə açılır ki, camaat gəlib burada qəzet oxusun, bu qisim qiraətxanaya məhz qiraətxana deyilir.Amma bir cür qiraətxanalar da var ki, adına zorrama qiraətxana deyirlər.
Стихи других поэтов · Сатира
Çəkmə qəm millət yolunda, şad ikən qıl seyri-bağ,Lalərüxlər seyrin et, çək sineyi-məzlumə dağ.
Haradan başıma düşdüsə sövdayi-BuxaraHaradan başıma düşdüsə sövdayi-Buxara,Yandırdı mənİ vezi-qemefzayı-Buxara.
Ədəbiyyat (“Ey “Kəlniyət!” Ey xatirinin zövqü savası”)Ey “Kəlniyət!” Ey xatirimin zövqü səfası,Yalnız demə kim, mollaların boşdu qafası,
Gözləyən kimsə gözüm, həqqi deməz ay sənəО, свет очей моих, правдивый — не назовет тебя луной!Ее красу несправедливо сравнить с единственной, с одной!