Təzə əlifba
Adam bir çanax dadlı aşı qabağına qoyub, yeyəndə gərək bilə ki, bu aş harada bişib və kim bişirib.
İnsafdan uzaqdı ki, qaşığı götürüb, başını aşağı salasan və maçhamaç ilə yeyəsən və xalqı da şişirdəsən. Amma heç soruşmayasan ki, görəsən, bu aşı bişirən kimdi.
Söhbət bu təzə latın əlifbası üstündədir.
Bir vaxt var idi ki, yeni hürufatçıları az qalırdılar adam içindən qovub çıxardalar.
“Budu, gəldi səfahətin kanı”. Bir vaxt var idi ki, yeni hürufatçıların adını vətən xaini qoymuşdular.
Amma indi gəl, gör. Bu yeni əlifbanın üstünə indi o qədər müştəri tökülüb ki, heç bilmirsən bişirən kimdi, düşürən kimdi.
Hərə əlinə bir qaşıq alıb, hücum çəkiblər bir nimçə dadlı yeni əlifba aşının üstünə.
Hətta dünən küçə ilə keçərkən gördüm təzə qonaqların bir neçəsi qollarını çırmayıb, düşüblər nimçənin üstünə. Aşı bişirənlərin biri aşağıdan yuxarı elə hey haray təpirdi ki, ay nainsaflar, axır bir mənə də macal verin.
Qolları çırmaqlı cavanlar heç qulaq asmırlar.
Axır atalar deyiblər ki, bir nimçə ləzzətli aşı ki, qoydular qabağına, insafdan uzaqdı ki, onu yeyəndə soruşmayasan ki, bu aşı bişirən kimdi, düşürən kimdi?
Bu adəti gözləməyin heç eybi yoxdu.
Hazırın naziri
“Molla Nəsrəddin”, №6, səh. 4, 13/IV-1924
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-teze-elifba
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən hələ burada, Xankəndindəyəm.Kağızın yetişdi, razı oldum ki, işləri yerbəyer eləyirsən. Ancaq Manya səndən giley eləyir ki, onu axşamlar tək qoyursan. Yazır ki, bizim köhnə qaravaşımız Olqa hərdənbir Semyonun yanına, yəni bizə gəlir. Semyona de ki, bir də o qız bizdə görsənsə, onu çıxardıb məvacib vermənəm. Xocaya de Olqa bizə gələndə qoymasın. Vera Akimovnadan mənə yaz görüm hardadır və nə qayırır? Bir neçə günə gələrəm. Bu gün yenə material və şəkil göndərirəm. Bir şəxs dünən mənə yazır ki, guya, sən hər gün keflənirsən, mən inanmıram.
Həmidə! (1911)Yevlaxa çatdım. Yolda Şamil bəy Vəzirova dəydim... O söz verdi ki, bizim başladığımız işdə yaxından iştirak edəcək və mən əminəm ki, onun bizə çox böyük köməyi dəyəcək.Bərdədə bir neçə nəfər adam heç gözləmədiyim halda Molla Nəsrəddinin dostları çıxdı. Hələ Şamil bəyin yanında olanda bir nəfər bəy Mollaya ehtiramını bildirməyə gəldi, sonra karvansaraya Səfərov adlı birisi gəldi, özü də Şuşadandır, böyük bəzzazdır. Bilmirəm Molla Nəsrəddinə bu şöhrət birdən-birə haradan üz verib.
Mənim əzizim Həmidə!dekabr (1911)*Tiflis 17*
Əzizim Məmmədəli! (1911)Sən bu qədər ki, mənə kağız yazıb şəkil və məqalələr istəyirsən. Mən çox nigaran və narahat oluram ki, damağım olmur sənə lazımınca kömək edəm. Genə şükür ki, sən işləri elə ötüşdürürsən ki, bir növ, təskinlik tapıram barı. Pul işləri genə məni məşğul etməkdədir. Məsələn, yanvarın 15-də iki veksel var: Bıxova iki yüz və Səmədova yüz əlli manat.Söz yox, indi abunə pullarından borclarımızı verə bilərik, amma bir şey var ki, sən mənim yazdığıma görə pulları kassaya qoymuş olardın və ayın 15-də qəflətən pul tapa bilməzdin vekselləri alasan (çünki kassadan dəxi sənə geri verməzlər).
Стихи других поэтов · Сатира
Söyləmişəm bu sözü məxluqa mən,Ay Baba can, bir, iki, üç kərə.
Xəsisin heyfi, varisin keyfiО деньги! Вы моя душа, так радо сердце вам!За вас отца и мать отдам и душу я отдам!
Nə xabi-qəflətdi divanə könülСтыд шушинцы теряют: гуляют и пьют.По дороге бесчестья шушинцы идут.
Tə’ziyə günlərindəSəsi artdıqca əza günləri fəryadımızın,Sayı cənnətdə çoxalmaqdadır arvadımızın: