Nankorluq yaxşı sifət deyil. Millətimizin bir neçə zəhmət və xidmətini danmaq təcrübəli yazıçımıza yaraşmasa gərək. Hərçənd hey eşidirik ki, Molla Nəsrəddin niyə həmişə öz millətinin qüsurunu yazır, amma ermənilərin, firənglərin, ingilislərin əskikliklərini heç yazmır, – deyirlər. Amma bunları zarafat hesab edirik, çünki biz millətimizi illər uzunu mədh edib durmuşuq.

Bu dörd ildə müsəlmanlar çox şey qazandılar: müsəlman-erməni davası oldu, çox şəhərlər, kəndlər qazandıq. Hətta bu sayədə aclara yığılan puldan çox adamlar sərvət qazandılar.

Bu dörd ildə müsəlmanlar çox şey istədilər: istədilər ki, müsəlman qəzetələri arvad məsələsindən heç danışmasınlar, arvad cəmiyyəti bir yerdə baş verən kimi vurub dağıtsınlar. İstədilər ki, bir-iki qara, qırmızı saqqallı mollanın xatiri üçün yazıçılar təfkir edilsin, hamı üsuli-cədidçilərin ağızları bağlansın.

Bu dörd ildə çalışdıq ki, molla məhəmmədəminlərin, şamaxılı şeyx Həmid paşaların, qubalı molla Hacı babaların, ordubadlı mir mürtəzaların nüfuz və sərvəti artsın.

Bu dörd ildə biz çox şeylərə nail olduq: seyid fabrikalarımız çoxaldı, İran konsullarının hümmətindən tiryək və mərizxanalardakıların sanı artdı, Ağdaşda, Mərvdə hacı və axundların evlərində fahişəxanalar açdıq.

Qafqazdakı iranlı, türk məktəblərində türk dilini boykot elədik. Xülasə, nə istərsən bizdə olmadı; hə, az daha yaddan çıxaracaqdım, hamıdan əlası Molla Abasqulu kimi möhtərəm və vüqarlı bir şəxs şeyxülislamımız oldu.

”Molla Nəsrəddin”, 11 yanvar 1909, № 2

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Yad edirəm

Keçmiş fevral ayı, bundan qabaqkı fevral aylarını yada salır. Həmin keçmiş fevral aylarının biri mənim üçün xeyli əziz gündür. Həmin gün, Nikolay padşahın taxtdan düşən günüdür.Amma mən Nikolay deyəndə onunla da işim yoxdur, çünki o padşah idi və mən də bir mollayam. Amma Nikolay o səbəbdən mənə yavıqdır ki, o padşah Allah bəndəsi idi və ruhaniləri dost tutardı. Ta o dərəcəyə kimi ki, Rasputin kimi bir fazili həmişə öz yanında saxlardı və özü də bir yana səfərə gedəndə xatunimükərrəməsinə tapşırardı ona hörmət eləsin və qoymasın ki, fazilin ürəyi sıxılsın.

2 мин
Dəyirman

Vallah, billah, bu ingilislərin qanı artıqlıq eləyir. Kişilərin gözü gör necə qızıb ki, bir-iki nəfər ingilis təbəələrini Çində mühafizət etmək bəhanəsilə milyon nüfuslu şəhərləri topa tutur, neçə minlərlə günahsız fəqir-füqəranı tələf edirlər.“Mədəni” amerikalılar da ingilislərlə bu işdə əlbirdilər. Amma, mollalar demişkən, bu işin axırı yoxdur; çünki yenə mollalar demişkən, dünya belə qalmaz.

1 мин
Uzandırma

Şəhərdə “süründürmə” deyilir.Kənddə “uzandırma” deyilir.

1 мин
Həmi yaxşı, həmi pis, yaxud meymun

Bu il Bakıda vəhşi heyvanların görsənişi əhali üçün və xüsusən məktəb şagirdləri üçün yaxşı bir iş oldu. Orada elə heyvanları görmək müyəssər oldu ki, qeyri vaxtda onları görmək mümkün deyil: necə ki, şir, pələng, ilan, kenquru, dəvəquşu, kaftar və qeyriləri.Kaftar dedim-adam soymaq yadıma düşdü. Xülasə, bilmirəm bu söz hardan fikrimə gəldi.

1 мин

Стихи других поэтов