Ağdaşda Kərbəlayı Nəcəfqulu

Kərbəlayı Cəfər oğluna

Ey dostum Kərbəlayı Nəcəfqulu! Sən yazırsan ki, mən naxoşam. Yazırsan ki, durduğum yerdə, küçə ilə getdiyim yerdə elə bərk yuxum gəlir ki, az qalıram yıxılam; yazırsan ki, iştaham azalıb: belə ki, sübh vaxtı bozbaş yeyəndə, axşam azanı deyiləndə kabab yeyirəm; sübh vaxtı kabab yeyəndə, axşam bozbaş yeyirəm; yazırsan ki, istəyirəm bir işə əl vuram, birdən məni gərnəşmə tutur, elə ləzzətlə gərnəşirəm ki, az qalıram yıxılım yerə; yazırsan ki, heç bir iş görməyə həvəsim yoxdur və bir işi başlayanda ya hamam yadıma düşür, ya evimizdə yorğan-döşək; yazırsan ki, hamama girən kimi məni elə bir yuxu tutur ki, soyunmağa macal olmur; və bunu da yazırsan ki, uşaqlıqdan bu mərəz məndə peyda olub; və bunu da yazırsan ki, mənim yoldaşlarım və dostlarım və qonşularım hamısı bu naxoşluğa mübtəla olublar; yazırsan bu naxoşluq misri naxoşluq kimi bir şeydir və ilaaxır.

Dərdini yazıb deyirsən ki, şəhərimizin həkimlərinin heç biri sənə bir çarə edə bilmədilər. Yazırsan Məhəmməd Qasım kimi haziq təbib səni bu mərəzdən xilas eləyə bilmədi və yazırsan ki, mən Tiflis həkimlərinə əhvalatını söyləyim və bilim görək sənə bir çarə edə bilərlərmi ki, Tiflisə gəlib burada özünə müalicə etdirəsən.

Ey mənim dostum, gərək sən heç şübhə etməyəsən ki, mən sənintək vücudları görməyə müştaqam. Bunu da sənə deyirəm ki, sənin Tiflisə təşrif gətirməyin ona səbəb ola bilərdi ki, nökərinə bir yadigar qoyub gedərdin; çünki məcmuəmizin nəqqaşı səni görən kimi gözəl surətini məcmuəmizə salıb sənin ismi-rəsminin baqi və yer üzündə məşhur olmağına ciddü cəhd edərdi. Amma səd əfsus ki, sənin dərdinin çarəsi buraya gəlməkdə deyil. Buranın kamil təbibləri müttəfiqən sənə vacib görürlər fürsəti fovtə verməyib gedəsən İrəvana, ya Naxçıvana və həmin səfalı şəhərlərin hamamlarının gözəl sularında çiməsən. Əgər həmin müalicə tezlikdə bir fayda verməsə, əlbəttə, gərək təxir etməyib Təbriz səfəri edəsən və həmin şəhərin hamamlarına müşərrəf olub, çoxluca çimib, anadan doğma kimi saf və səlamət olub, qayıdıb gələsən vətəninə. Dəxi bundan artıq ərz etməyə qabil bir sözüm yoxdur.

Səni qəlbdən istəyən: Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 14 aprel 1906, №2

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Baş

Elm sahibləri, fənn sahibləri bir dəqiqə bikar deyillər; gecə və gündüz çalışmaqdadırlar ki, təzə bir elm, təzə bir fənn kəşf eləsinlər. Elm və fənn sahiblərinin bu növ çalışmaqları, əlbəttə, nəticəsiz qalmır və qala da bilməz və görürük ki, hər il təzə bir iş, ağla sığışmayan bir xəbər, ağıl kəsməyən bir əməl qulağımıza çatır; ya həkimlik işlərindən, ya mexanika və elektrik dairələrindən, yainki xud kimya və təbiət aləmindən.Rahatlıq bilməyib çalışan alimlərin vücudları biz sadə bəndələr üçün çox bahadır; ondan ötrü ki, o alicənabların növ-növ ixtiraatının bərəkətindəndir ki, biz vaporun, teleqrafın, təbabətin nemətlərindən nəfbərdar oluruq.

2 мин
Kişi gəlir

Mən təəccüb edirəm bir para müsəlman qardaşlara ki, evlərinə kişi qonağı gələndə övrətlərini çıxardıb aparırlar qonaqların yanına və oturub bir yerdə söhbət eləyirlər. Doğrusu, belə bir əməli mən xoşlaya bilmərəm və heç razı ola bilmərəm ki, mənim övrətim dünyada məndən savayı bir kişini görsün, bir kişi ilə danışsın.Və bilirəm də ki, bu məsələ barəsində mənim tərəfdarlarım çoxdur və hədsiz şükürlər də edirəm ki, yer üzünün cəmi müsəlman qardaşları bu xüsusda mənnən yoldaşdırlar.

3 мин
Pyatiqorsk

Hələ yenə nainsaf köhnəpərəstlər mədəniyyətin və maarifin mənfəətlərini inkar edirlər.Ax, namərdlər! Ax, nainsaflar! Məgər görmürsünüzmü ki, otuzqırx il bundan qabaq millətimiz nə halda idi, indi nə haldadır? Məgər kordur gözləriniz?

3 мин
Dili tutulub

Göyçay şkolasında iki yüz şagirdin çoxu müsəlmandır. Bununla belə elmi-ilahi müəllimi ayda səkkiz manat on dörd şahı üç qəpik məvacib alır: yəni müsəlman uşaqlarına ayda səkkiz manat bir neçə qəpiklik dərs verir.Bəzi külfətdə uşaqların biri gözüac olar, anası balalarına aş bişirib paylayanda bu gözüac uşaq hələ payını yeyib qurtarmamış elə hay deyər:

2 мин

Стихи других поэтов · Сатира