Mən Allah bəndəsi bir adamam və hər bir şeyə də etiqadım var: tövhidə və imamətə, nübüvvətə və axirətə, onun üçün də İngiltərə cahangirlərinin qarşısına göstərilən protestlərə şərik deyiləm və buna mənim çox böyük bəhanəm var.

Yəni, sən nə babətdən İngiltərə vəzirlərindən narazısan?

Bilirəm, deyəcəksən ki, məzlum Misir xalqını ayaqlarının altına almaq istəyirlər. Deyəcəksən ki, İngiltərə cahangirləri bir gün və bir saat olmayıb ki, İranı, Turanı, Əfğanı, Türkiyə və Ərəbistanı və xülaseyi-kəlam, nə başını ağrıdım, bişüur Şərqdə bir guşə qalmayıb ki, ingilis diplomatları oraya sahib olmaq üçün fəsad barmaqlarını uzadıb böyük-böyük fitnə və bədbəxtlik törətməsinlər.

Bilirəm, sən belə deyəcəksən. Di indi qulaq as, gör mən nə deyirəm.

Mən deyirəm ki, mən özüm imam əhliyəm və Misrin məzlumları ilə də işim yoxdur; İranın, Azərbaycanın, Ərəbistanın, ya Türküstanın başına gələnlərin, İngiltərə əngəlləri ilə də işim yoxdur və sözün açığı, nə bu dünya ilə işim var və nə də bu dünya üçün İngiltərə lordları işlədən siyasətlə işim var. Mənim sözüm məhz və məhz axirət üstədir; dünya yox, üqba barəsindədir və huş-guşla qulaq versən, sözümü bəyan edərəm.

Sözümün əsil mənası budur ki, nə qədər İngiltərə vəzirləri Şərqin başına müsibət açmış olsalar, bunun hamısı qurban olsun İngiltərənin haman torba-torba qızıllarına ki, indiyə kimi İranda xəlvətcə vaizlərə və mərsiyəxanlara paylanıb mahi-məhərrəmdə qurban olduğum imamın təziyəsini elə bir cəlallı surətdə meydana gətirsinlər ki, bütün İran əhli imam məhəbbəti nəşəsi ilə bilmərrə keflənib, nə qədər canları sağdır ayılmasınlar.

Misir, Təbriz, Bağdad və Kərbəla da qurban olsun İngiltərə qızıllarının torbalarına ki, mahi-məhərrəmdə hər il xəlvətcə Təbrizdə vaiz Mirzə Ələkbər ağalara, Ərdəbildə axund Mirzə Ələkbərə, Tehranda imam cümələrə və qeyri yerlərdə bunlar kimi fəzilətli lotulara ənam verilibdir. Bəs, ey əzizim, budurmu dünyada yaxşılığın cavabı? Belədirmi vəliyyün-nemətə ehtiram?

Mənim bu dünya ilə işim yoxdur; mənim işim üqba ilədir. Mənim Misir və Təbrizlə əlaqəm yoxdur; mənim söhbətim axirət üstədir.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 6 dekabr 1924, №26

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qarnıyoğunlar

Dedik bəlkə təzə müştərilərimizə təqvim və kitabçalar paylamaq vasitəsilə oxucularımızın qədərini bir az artıraq; amma Allah şeytana lənət eləsin; gündə gəlib, başımızın üstünü kəsir və başlayır ki, məsəla, götürün məcmuənizdə yazın ki, Təbrizdə vəliəhd “şahsevən” quldurlarını başına cəm eləyib, göndərir İran kəndlərini və şəhərlərini talan etdirir və bu cür qarət olunan malların bir hissəsini quldurlara paylayır, bir hissəsini özü götürür.Məcmuəmizdə bu əhvalatı vəliəhd Məhəmmədəli Mirzə oxuyan kimi hökm eləyir məcmuəmizi İran sərhəddində yandırsınlar.

4 мин
Gimnaziyada təzə məscid

Yazırlar ki, yunan filosofu məşhur Sokrat dörd yaşında olan zamanlar bir gün bıçağı götürüb gedir durur aynanın qabağında və öz surətinə baxa-baxa deyir:– Ay mənim gözlərim və ay mənim qulaqlarım! Allaz sizi mənə ondan ötrü verib ki, mən siz ilə dünyanı görüm və eşidim. Əgər siz mənə necə ki, lazımdır qulluq edəcəksiniz, – xub; əgər etməyəcəksiniz, bu saat mənə məlum edin ki, bu bıçaqla mən sizi tələf edim. Bəli, görüm sözüm harda qaldı?.. Hə, gimnaziyada təzə məscid. Neçə ildir ki, Tiflisdə əvvəlinci zükur gimnaziyasının uşaqları müəllimlərinə şikayət edirdilər ki, Şeytanbazarda məscidə gedəndə müsəlman baqqalları bizə elə ha deyirlər: “Oxqay, oxqay, oxqay!” Müəllimlər əvvəllər uşaqların sözlərini başa düşmürdülər; ondan ötrü ki, haman müəllimlər rus, gürcü, polyakdırlar və o millətlərin içində kişilər məhz övrətlərə deyirlər: “Oxqay!” Amma müsəlman içində həmi balaca uşaqlara deyirlər “oxqay”, həmi rus xanımlarına deyirlər “oxqay”.

3 мин
Doqquz yaşında

Divanə könül, dəxi usan, yal ağarıbdır,Bir güzgüyə bax gör ki, pərü bal ağarıbdır,

3 мин
İranın Batum konsuluna başıbağlı məktub

Özgə oxucularımızdan xahiş edirik bu məhrəmanə məktubu oxumasınlar*Fədayət şəvəm!

3 мин

Стихи других поэтов · Сатира