Murdar
Krımda təyyarəçi məktəbində iki yüz şagird oxuyur. Bunların içində bir nəfər də türk balası yoxdur.
Sən nahaq yerə bu sözləri mənə deyirsən; çünki bilirəm ki, bu sözləri mənə deməkdə türk qardaşları məzəmmət etmək istəyirsən ki, nə səbəbə uçucu dərsindən qaçırlar. Mən də bunun cavabında sənə deyirəm ki, çox əcəb eləyirlər qaçırlar. O səbəbə ki, havaya uçmaq peşəsindən qaçmağa tatar millətlərinin iki böyük bəhanələri var.
Birinci bəhanə: birinci bəhanə budur ki, tatar millətləri əlhəmdülillah, pak müsəlman ümmətidirlər və müsəlman olduqda, əlbəttə, gərək uçuculuqdan qaçalar; çünki məlumdur ki, təyyarələr havaya benzin yağının qüvvəsi ilə qalxırlar. Benzin yağını əmələ gətirən və ticarətini edən kafirlərdir ki, müvafiqi-şəri-ənvər bu yağların hamısı murdardır. Və bir də tatarlar namaz vaxtı ki oldu, labüddən çiynindəki səccadəsini yerə döşüyüb, üzü qibləyə durub, namazını qılmalıdır. Bunu da ki, müsəlman qardaşlar təyyarədə əmələ gətirə bilməyəcəkdir. Onun üçün yer üzündə səadət içində yaşayan müsəlmanlar həmişə makinadan, matordan və zavod ilə fabrik işlərindən özlərini uzaq saxlayıblar. Bu, birinci səbəbi.
İkinci səbəbi də budur ki, uçuculuq özü elə bir sənət deyil ki, onu insan məktəblərində təhsil eləmək ilə təyyarəçi ola. Əgər Allah-taalanın lütfü və mərhəməti olsa, insan oturduğu yerdə təyyarəçi də ola bilər, hələ bəlkə hər bir sair elmə də dara ola bilər, necə ki, indi bu saat gözümüzün qabağında bəzi idarələrdə o qədər bisavad adamlar özlərini bilici yerinə qoyub iş aparırlar ki, sən ondan soruşsan “niyə bisavad ola-ola burada oturubsan?”, deyəcək: “əcəb eləyirəm, peyğəmbər də əlif-bey deməmişdi, bəs, necə oldu ki, peyğəmbər oldu?”.
Bunlar hamısı Allahın mərhəməti sayəsindədir. Yoxsa göyə qalxıb havada uçmaq məhz təhsil ilə olsaydı, onda bəs həzrət Cəfər ibn Əbutalibi-Riza (ki, Cəfəri-Təyyar adilə məşhurdur) nə tövr bəs davada qolları kəsiləndən sonra behiştə daxil olub, başladı hurilərin qabağında havada uçmağa?
Bunlar hamısı Allahın mərhəməti sayəsindədir; yoxsa, təhsil-zad mənim qulağıma girməz. Onun üçün də İran və tatarlar da təhsildən qaçır.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 13 dekabr 1924, №27
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-murdar-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Üçüncü məclis vaqe olur şəhərin kənarında, qəbiristanın yanında. Çox cəmiyyət ayaqyalın, şalvar və tumanlarını dizədək çırmayıb, əllərini əllərinin üstə qoyub, ayaq üstə durublar. Ortalıqda Ş e y x N ə s r u l l a h uca daşın üstünə çıxıb, oturub danışır. Sağ tərəfində Ş e y x Ə h m ə d, sol tərəfində H a c ı H ə s ə n və ətrafında biz gördüyümüz adamların hamısı, İskəndərdən və övrətlərdən savayı.Ş e y x N ə s r u l l a h (əlində bir cildli yekə kitab, çox fəsahətlə danışır). Dər xəzaini-qüdrət cövhəri-şəriftər əz elm və nəfistər əz daniş nist (Şairanə).
Dördüncü məclisƏVVƏLİNCİ PƏRDƏ*Hacı Həsənin evi, İskəndərin otağı, H a c ı H ə s ə n və övrəti. K ə r b ə l a y ı F a t m a x a n ı m fikirli oturublar.
Danabaş kəndinin əhvalatlarıРассказал Садых-БалагурЗаписал Халил-Газетчик
Dəllək... nski küçədə Qarı nəvəsi Cuqqulu dəllək dükanını açıb, bir azdan sonra dəllək dükanı da səhvən dönüb olub qumarxana. İmdi əgər Cuq¬qulu qumar oynatmasa, şətəl pulu cibindən çıxacaq. Əgər oynatsa, dəlləkliyi yaddan çıxacaq. Odur ki, həmi qumar oynadır, həmi baş qırxır. Deməli, hər barədə də qırxır.(Hələlik qulaq verin)
Стихи других поэтов · Сатира
Hüseyn bəyə həcv*Var özgə vilayətdə də tək-tək köpək oğlu,
Füzuliyə bənzətməИмей я стыд, да разве смерть я не призвал бы сам тогда?Будь честен, разве пред людьми не вскрыл бы весь свой срам тогда?
Vükəlayi-millətəGətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.
NifrətGündə bir cildə girən simasız adamlaraHeyrət etmədiyinçin heyrət edirəm sənə.