Yenə mənim üzümü ağardan müqəddəs vətənim olacaq.

Qoy tiflislilər nə edərlər-etsinlər, qoy kilsənin xaçını qopardıb yerinə ulduz qondarsınlar, qoy nə edirlər-etsinlər, amma mənim başımı ucaldan – yenə mənim Naxçıvan vətənim olacaq.

Qoy, Tiflis nə edir etsin – Naxçıvanımın üstdən xudavəndi-aləmin sayəsi bir an da əskik olmayacaq.

Bəs, bu Allahın mərhəməti deyil nədir ki, Tiflis millətlərin Allahı və peyğəmbəri danan bir vaxtda Naxçıvanda Kərim Qulu, Dizə kəndinin məsul katibi piyada Kərbəlaya gedir?

Bəs, bu əsbabi-iftixar deyil, nədir ki, Tiflisdə camaat Allahın və onun peyğəmbərlərinin ziddinə cəlallı bir nümayişlər, mitinqlər, nitqlər və toy-bayram qurduğu bir vaxtda, mənim müqəddəs olan Naxçıvanımdı Dəstə məsul katibi Kərbəlayı Şirəli Kərbəlaya müşərrəf olur yoldaşların biri oruc tutan müsəlman qardaşlara böyük payoklar gətirdir? Bu xoşbəxtlik deyil nədir ki, Nehrəmdə yoldaşların bir böyüyü – Bağır Bayram oğlu, Məkkəyə gedən hacılar üçün icazə iltimasında bulunur?

Hələ bunlar nədir?

Əgər Tiflisdə Allahın və peyğəmbərlərin ziddinə dəstələr tutub küçələri gəziblərsə, Naxçıvanda da dəstələr tutublar. Amma nə dəstələri və nə vaxt tutublar? Xidmətinə ərz olsun ki, məhərrəmlikdə tutublar.

Tiflis dəstələrinin dəstəbaşçısı kim olub? – Dinsizlər.

Bəs, Naxçıvan dəstəbaşçıları kimi olub? – Belə məsul katiblər.

Hələ bunu da qoy deyim ki, canına qurban olduğum yoldaşım Hacı Mirbağır ağa aşura günü o qədər döşünə sinə vurmuşdu, o qədər vurmuşdu ki, doğrudur, sinəsi qızarmamışdı (çünki ağanın sinəsi çox qaradır), amma vallah şişmişdi!


Yenə millətlər içində məni şöhrətə mindirən mənim bu müqəddəs vətənim olacaq ki, onun adı Naxçıvandır.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 27 yanvar 1923, №11

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qatmaqarışıq

Bilmirəm söhbəti hardan başlayım. Deyirlər ki, Gədəbəy mədənində Şeyx Cəlil adında bir mərsiyəxan dünyada bir biclik qalmayıb ki, biçarə həmşəhərlilərinin başına gətirməmiş olsun. Bilmirəm nədənsə yaxşı mollalar yadıma düşəndə həmişə İrəvan qazisi Molla Məmmədbağır ağa yadıma düşür. Bir gün var idi, bir gün yox idi, bəli, məscid mövqufatını vəqf edənlərin varisləri ilə dilbir olmaq və rüşvət alıb, vəsiyyətnamələri gizlədib müddətini fövtə vermək ki, dəxi işə keçməsinlər. Xülasə, məscidə girib oğurluq eləmək. Nə eybi var, bunlar ötüşər. Ancaq bu dinsiz Molla Nəsrəddin hələ bilmirəm niyə bizim qazimizə sataşır?Məzə orasındadır ki, qazi cənabları bu işləri görəndən sonra yenə təşəxxüs ilə müsəlman camaatının içindən keçib gedəndə halına bircə zərrə də təğyir vermir. Çünki bilir ki, İrəvanda hər nə eləsən, keçib gedər. Amma gündə bir gəlib dostlarından soruşur ki, “görəsən, məni “padsud” verməzlər ki?”.

1 мин
Bais

Bais, evin yıxılsın.Əlbəttə ki, dünyada pislik yerdə qalmaz, əlbəttə, zalımlar cəzalarını çəkəcəklər. Uşaqlıqda qonşumuz Fatma xaladan bir belə qarğış hər gün eşidərdim, deyərdi ki: “bais, evin dağılsın”.

1 мин
Şeyx Məhəmməd

Lənətullah əla qövməzzaliminGecə saatı bir yerdə deyibdir ki, yesli odin tsar, yəni padşah bir bağdan bir yabloka zornan alıb yesə, yəni bir alma, toqda o vədə onun usluqları bağın derevyalarını sovsem kökündən rabatay eləyib çıxardarlar.

2 мин
Mənfəət

Molla Nəsrəddinin müsəlmanlara zərəri dəxi aşkardır, bu barədə heç bəhs də ola bilməz.Amma bir para müsəlman qardaşlara jurnalımızdan hərdənbir böyük mənfəət də hasil olur. Belə ki, məsələn, Tiflisdən bu axır vaxtlarda iranlıların Əncüməninə üzvlər seçiləcək idi. Məlum şeydir ki, bizlərdə o kəslərə rəy verirlər ki, Allah bəndəsi, mömin və müqəddəs adam ola (və qayda belədir və belə də gərək olsun).

1 мин

Стихи других поэтов · Сатира