Müsəlman məclisi
(Keçmiş günlərdən)
Keçən ilin payız fəsli idi. Mən də o məclisdə var idim. Şəhərimizin bir neçə ağsaqqalları, oxumuşları, tacirləri yığışmışdılar ki, öz aralarında məsləhət edib bir “klub” binası qoysunlar.
Həmin məclisdə bir neçə axund da var idi.
Məclis əhli tamam cəm olandan sonra cənab Cəfər bəy (dörd il bundan irəli Moskva darülfünunun ədliyyə şöbəsində təhsil edib), ayağa durub rus dilində “klub”un nədən ibarət olmağını bəyan etməyə.
Cəfər bəy sözünü qurtarıb oturdu. Amma heç kəsdən səs çıxmadı. Mən duydum ki, Cəfər bəyin sözlərini bir-iki yoldaşlarından savayı başa düşən olmadı. Mənim zənnim doğru imiş, çünki mollaların birisi üzünü Cəfər bəyə çevirib dedi:
Bəy, nitqiniz bəndəyə məvhum olmadı.
Cəfər bəy mollaya bir cavab vermədi, çünki mollanın dediyini qanmadı. Cəfər bəy gözlərini dirədi mollanın üzünə, molla da Cəfər bəyin üzünə. Axırda tacirlərin biri Cəfər bəyə dedi ki, ay bəy, sənin sözlərinə biz necə ki, lazımdı mültəfiq olmadıq. Çünki biz rusca o qədər bilmirik, əgər mümkündü, zəhmət olmasa, müsəlmanca de. Cəfər bəy durdu ayağa və çeşməyini düzəldib dedi: “Qaspada, pajalusta, mən bir az kak sleduet, müsəlmanca dildə abyasnitsya ola bilmərəm, proşu izveneniya” (yəni müsəlmanca necə ki, lazımdı danışa bilmərəm, məni bağışlayınız). Oturanların çoxusu dedi: “heç eybi yoxdu, bəy, heç zəhmət çəkmə”.
Sonra Həsənağa ayağa durdu və bu cür danışdı:
– Biz, müsəlmanlar lap bədbəxt olmuşuq: hər bir millət özü üçün bir klub açıb axşamnan – axşama yığışır ora və hər kəs hər nə kefi istəyir eləyir, biri görürsən qəzet oxuyur, biri tansavat eləyir, biri qumar oynayır, biri yeyir, biri içir. Qərəz dost dostu ilə, aşna aşnası ilə görüşür və xoşluq ilə vaxtını keçirir. Amma biz biçarələr otururuq evdə və bir yer tapa bilmirik ki, orada ürəyimiz istədiyi kimi günümüzü keçirək.
Həsənağaya mollaların biri belə cavab verdi: çox əcəb, bavücudihəmə in gərək bunu nəzərdə tutasınız ki, “klub” dediyiniz yerdə gərək şərab istemal olunmasın və illa bizim üçün oraya gəlmək bir az müstəhsən olmaz.
Molladan sonra bəylərin birisi tez ayağa durub bir qədər hirsli haman mollaya cavabən dedi: necə, necə, nə olmasın?
Tacirlərdən biri dedi ki, “klub”da çaxır gərək içilməsin.
Bu sözü eşitcək bəylərdən bir neçəsi qeyzə gəlib və ayağa durub başladılar uca səslə deməyə: necə olmasın? Nə danışırsınız? Kak mojno, çaxırsız klub harda görüküb? Hər kəs gəlir gəlsin, gəlmir gəlməsin. Kak mojno, kto xoçet pust ne piyot. Heç kəsə zornan deyən yoxdu ki, çaxır iç.
(hələ qurtarmayıb)
Hop-hop
“Molla Nəsrəddin”, 16 iyun, 1906, №11
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-muselman-meclisi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Birinci səhifədəki şəklin mənası :Rza şah namaz üstədir. Onun dalında durub bir nəfər məcrubi- Ərsa məmləkətlərinin səfiri.
İran “tacir”ləriMəlumdur ki, bir az vaxt bundan qabaq Bakıda bir neçə nəfər İran “taciri” yerli hökumət tərəfindən həbsə alınıbdır. Səbəbi də bu imiş ki, həmin “tacir”lər məxfi surətdə qızıl pul alış-verişinə məşğul imişlər, bir surətdə ki, qızıl pul ticarəti hökumət tərəfindən qədəğəndir; o səbəbə qədəğəndir ki, bir belə alış-verişin əhali üçün zərərindən başqa bir mənfəəti ola bilməz, hökumətin maliyyə siyasətinə də böyük zərbədir; çünki qızıl pulu qeyri-təbii surətdə qalxızır və çervon pulu da yenə qeyri-təbii surətdə aşağa yendirir.Və lakin Molla Nəsrəddinin dünyasına həmin işlərin dəxli yoxdur; ancaq bizi danışdıran bir məsələdir ki, o məsələni qoyub keçə bilmədik.
Göyçayda maarif əfəndiləriİki vəqəə bir-birinə təsadüf etdi. Biri Moskvada Şərq qadınları arasında çalışmağa qüvvət vermək qərarı, ikinci Göyçayda, İsmayıllı dairəsində, Məcan kəndində qadınlar güşəsinin candan düşməyi, buna da səbəb güşə müdirəsinin maarif əfəndilərinə ərzi-ixlas etməyi bacarmamağıdır ki, nəticədə müdirə öz vəzifəsini buraxıb, cıxıb getdi. Qız məktəbi qapandı. Qadınlar güşəsinin də indi adı var, özü yoxdur.Bu özü təbii bir haldır. Göyçay maarifi iyirmi səkkiz müəllimin əlindədir. Bunların iyirmi nəfəri həmən sabiq əfəndilərdəndir ki, indi çoxları familiyalarını dəyişibdir. Bu əfəndilər hamısı zəncir halqaları kimi bir-birinə bağlıdır.
Kəndə!..Bilməm nə görübdür bizim oğlan oxumaqdan.Sabir*
Стихи других поэтов · Сатира
Millətin halı bu gün xeyli yamandır, getmə!
BənzətməGöstərdi mahi-ruzə üfüqdən liqasını,Çəkdi əzançılar da obaşdan səlasını,
“Novator”un nitqiÇoxdandır köhnələrlə oturmuram, durmuram,Mənə özümə bənzər dost gərək, qardaş gərək.
Acı gülüşlərBu mollanın qəribə təqvası var,Hansı güruhun belə mollası var?!