Camaat vəkillərinə

Sizədir bizim ümidimiz, biz müsəlman camaatının ümidi, ey millət vəkilləri! Allah sizə yaxşı yol versin.

Gedirsiniz, gediniz, amma mollanın xeyir-duasını yadınızdan çıxartmayasız, ey millətimizin seçilmişləri! Gediniz, Allah sizə yaxşı yol versin. Gediniz, amma bunu hər dəqiqə yadınızda saxlayın ki, sizin boynunuzda ağır təkliflər var ki, oları əmələ gətirməyi millətimiz sizdən tələb edəcək.

O təkliflər çox ağırdırlar.

Üstünüzə götürdüyünüz əhd və xidmət dünyada etdiyiniz savab əməllərin ən əfzəlidir və bu səbəbdən xoşbəxt bəndələrin xoşbəxtisiniz.

Gediniz, Allah sizə yaxşı yol versin! Gediniz, amma bu bir neçə nəsihətimi fəramuş etməyiniz.

Gedirsiniz Rusiyanın paytaxtı olan Fitilbörkə və orda sizin kimi bəyənilmiş adamlarla dizbədiz oturub, aylarla bəlkə illərlə güftügu edəcəksiniz. Amma, aman günüdür, nə edirsiniz ediniz, bircə bunu yadınızdan çıxartmayınız: həmişə ədəbli olunuz. Ədəbli, ədəbli, ədəbli!..

Aman günüdür, biz müsəlman millətini yetmiş iki millətin vəkillərinin içində biabır etməyiniz. Elə rəftar eləməyiniz ki, desinlər: Bu müsəlmanlar biədəb, bihəya və sırtıq millətdir. Aman gündür, mənim bu nəsihətimi nəzərdə saxlayınız. Bunun da çarəsi heç dinməməkdədir.

Əgər xamuş olmağa aylarla, illərlə dözə bilsəniz, dözünüz və illa əgər səbrü qərarınız kəsildi və bir danışmaq istəsəniz, heç olmasa millətimizin xoş səadəti və tərəqqisi adına bu bir neçə tələbləri hökumətdən eləyiniz:

Əvvələn: tələb ediniz ki, İran məmləkəti ilə Qafqaz müsəlmanlarının arasında sərhəd götürülsün, belə ki, o tərəfdən bu tərəfə keçmək, şey gətirmək, adam gətirmək bimane olsun. Əgər işdir, həmin tələbin mənasını və səbəbini sizdən soruşsalar, deyiniz ki, sizə dəxli yoxdu. Bu mətləb İran məmləkəti ilə öz aramızda məxfi və məhrəmani işdir, özümüz bilərik.

İkinci: tələb ediniz ki, Rusiya hökumətinin yolunda canü dillə xidmət edən müsəlmanlara layiqincə vəzifə və ənam verilsin və bununla belə Rusiyanın müstəbid idarəsinin tərəfdarı olmayan müsəlmanları Saxalin cəzirəsinə göndərsinlər.

Üçüncü: (qalanını da sonra deyərik).

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 16 iyun1906, №11

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dava xəbərləri

Qəzetələr yazırlar ki, Bolqariyanın istiqlaliyyətini ingilis hökuməti təsdiq eləmək istəmir. Rusiya hökuməti barəsində də bir belə söz danışırlar. O ki, qaldı Almaniya hökuməti, o da deyir ki, bu məsələni açmaq üçün gərək təzədən konfrans təşkil oluna. Amma buna da Məhəmmədəli şah razı deyil. Şah cavab veribdir ki, konfrans təşkil eləmək mühməl və örtülü məsələləri müzakirə eləməkdən ötrü lazımdır. Bir surətdə ki Bolğariya günün günorta çağı qanundan kənar bir iş görüb, lazımdır dinməz-söyləməz onun burnunu əzmək.Avstriyanın Bosniyanı qəsb etməyi barəsində də hökümətlər hərəsi bir cür rəftar eliyir. Almaniya nədən isə dinmir. İtaliya həmçin. İngilis və Fransa guya hələ narazıdırlar (bunu da Allah bilir). O ki qaldı Məhəmmədəli şah, bu da Venada öz səfirinə yazıb Avstriya hökumətinə yetirsin ki, əgər Bosniya camaatına mükəmməl qanuni-əsası verilsə, şahın heç bir sözü olmuyacaq, amma verilməsə dəxi Avstriya hökuməti axırda şahdan inciməsin.

2 мин
Bir para xəbərlər

Məktəblərimiz çoxaldıqca arvadlarımızda da maşallah, yavaşyavaş tərəqqi əlamətləri görsənir. Şuşada Gülüstan xala qonşularına xəbər verib ki, “Allah mənə yuxuda vergi verib və hər kəsin hər nə mətləbi olsa, ona çarə edərəm”.Tiflisdə Şeytanbazar məhəlləsində Kərbəlayı Dürnisə xala məhəllə əhlinə xəbər verib ki, “vəba azarına müalicə eliyirəm”. Və müsəlman arvadları dəstə bağlıyıb gedirlər onun yanına və özlərinə müalicə etdirirlər.

2 мин
Novruz

“Tərəqqi” qəzetinin 86-cı nömrəsini oxuyanlar əlbəttə Vladiqafqaz konsulunun məktubunu yadlarında saxlayıblar. Mən “əlbəttə” sözünü ondan ötrü deyirəm ki, belə məktublar bir neçə günün müddətində adamın yadından çıxmaz.Konsulun məktubunu biz dəxi burada çap eləməyi lazım görmürük.Ancaq qısaca bunu deyə bilərik ki, beş-altı il bundan irəli Vladiqafqaz vitse-konsulu Davudxan cənabları çox zəhmətlərdən sonra Vladiqafqazda iranlılar üçün “Novruz” adında qaydalı və Avropa üsuluna müvafiq bir mədrəsə açıb.

3 мин
Xoş amədi

“Hər dəm əzin bağ bəri mirəsəd”.“Tərəqqi”nin bir neçə nömrəsində osmanlı ədiblərindən izmirli Xacəzadə Məhəmməd Abdulla bəy əfəndi öz barəsində ərəbcə yazdığı mədhnamələri oxuduq.

3 мин

Стихи других поэтов · Сатира