İndi məndən birisi soruşa ki, neft çıxardan fəhlələrin bir parası evdə qalır, bir parası kalafalarda qalır, bir parası heç kalafa da tapmır ki, orada yatsın, bəs, onlar harada qalırlar? – onda mən gərək cavab verəm ki, kalafa tapmayan fəhlələr də yəqin ki, yerlə göy arasında qalırlar.

Mən bilirəm ki, mən belə sözü ağzıma alıb danışsam, deyəcəklər ki, dəli olub. Amma indi Bakı şurasının dekabrın 23-də vaqe olan iclasında yoldaş Hüseynov deyirmiş:

– Neft fəhlələrinin bir parası kalafa da tapmır ki, orada qalsın; bunlar yəqin ki, yerlə göyün arasında qalırlar.

Sözüm orada deyil.

Sözüm oradadır ki, həmin bugünkü iclasda neft fəhlələrinin mənzilləri barəsində bir böyük mərəkə düşüb. Bugünkü bəyanatdan məlum olub ki, neft fəhlələrinin çoxunun heç evi yoxdu ki, orada qalsın; hələ bu məsələ indi müzakirəyə qoyulur. Yenə yaxşıdır yada düşdü ki, neft fəhlələrinə lazımdır ev, vermək ki, çöldə, soyuqda yatıb çərləməsinlər. Və bunu ki babətdə lazımdır eləmək:

Birinci babət budur ki, neft kimi böyük bir dəstgahın canlı matorlarını gərək səliqəli saxlayaq ki, dəstgahımız işdən düşməsin.

İkinci babət də bir sadəcə sözdür: heç olmasa zəhmətkeşlərə yazığımız gəlsin.

Mən ki, belə qanıram: dəli deyirsən – de, ağıllı deyirsən – de.

Dəli

“Molla Nəsrəddin”, 31 dekabr 1922, №8

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Tarix

İnsan üçün böyük dərslərin biri də tarixdir. Aç qabağına tarixin səhifələrini və əgər gördün ki, bir vaxt insanlar bir para işlərdə səhv eləyiblər, – dəxi sən həmin səhvi eləmə.Tehranda balaca uşaqların düşmən qabağına quran götürüb çıxmaqları, – gələcək üçün bir tarixdir. Gələcəkdə tarixin Tehran səhifəsini açanda oxuyacaqlar ki, tüfəngin və topun qabağına Tehranda balaca uşaqlar quran çıxartdılar və padşahın qoşunu tüfəng və top güllələri ilə uşaqları da tikə-tikə elədi, quranın vərəqlərini də parça-parça eləyib havaya uçurtdu.

2 мин
Seyidlər

Bir neçə gün bundan qabaq iki nəfər seyid Tiflisdə bir erməni dükanından iki top çit oğurlamışdılar. Mal sahibi müsəlman mehmanxanalarının birində oğru seyidləri tapıb malı xurcunlarından çıxardıb aparır dükanına və hökumətə xəbər verir. Seyidlər indi dustaqdırlar.Bir neçə vaxt bundan qabaq Bakıda İsgəndərovların dükanından iki nəfər seyid mal oğurlamışdı.

1 мин
Dua

Bir söz eşitmişəm, amma inanmıram.Qəzetlər yazırlar ki, Tiflisdə olan iranlılar buradan İstambula teleqrafla Sultan Əbdülhəmidə dua göndəriblər. Bunu mən eşitcək çox təəccüb elədim və səbəbi də budur:

2 мин
Cavab

Səlyanda müəllim cənablarına:Yazdığın dörd səhifə məktubu çap eləsək, dəxi bizim özümüzə növbət qalmaz, halbuki, bizim özümüzün yazmağa sözümüz çoxdur.

1 мин

Стихи других поэтов · Сатира