Ölülər
Qabaqca bir neçə söz
Bu məqalədə biz bir para acı sözlər danışmaq istəyirik; amma gərək danışmayaydıq. Ondan ötrü ki, bir yandan abunə elanı yazırıq ki, bizim jurnalımıza təzə il üçün abunə olsunlar və bizə pul göndərsinlər, bir yandan da başlamışıq müsəlmanlara sataşmağa. Söz yox, heç bir molla belə eləməz ki, biz eləyirik. Məsələn, qaydaya və adətə baxsaq, gərək abunə elanının altında biz belə bir dua eləyəydik:
“Ay bizə beşcə manat abunə pulu göndərən, Allah görüm səni yerin və göyün bəlasından hifz eləsin! Amin – deyən dil lal olmasın. Amin, ya rəbbül-aləmin!”
Hələ mollaları qoyaq kənara. Hətta yazıçılarımızdan, görürsən ki, bir parası elə yağlı dillər və sözlərlə camaata yaranır ki, heç mərsiyəxanlar da o sözləri bacarmazlar. Bir para adamlar qələmi əllərinə alan kimi yalandan başlayır: “Ay mənim yaxşı millətim! Qadan alım, ay mənim millətim! Nə qədər canım sağdır, – hazıram sənə canımı fəda edəm, ay mənim gözəl millətim! Ay millətlərin padşahı millətim!..”
Amma, vallah, Molla Nəsrəddin yalan danışa bilməz; biz deyirik ki, belə milləti biz canü-dildən istəyə bilmərik (bəlkə içində bir-iki yaxşısı tapıla).
Biz belə deyirik ki: bir millət ki, müsəlman qəbristanının yanından keçəndə görə ki, bir özgə millət müsəlman ölülərinin sümüklərini çıxardıb, tullayır kənara və öz ölüsünü onun yerində dəfn edir, – biz belə milləti istəyə bilmərik.
Əhvalatı başdan başlayaq.
Keçən vaxtlarda Bakıda bir köhnə qəbristan var idi. Hökumət müsəlmanlara təklif elədi ki, bu qəbristanın ətrafına bir hasar çəksinlər ki, itlər gəlib, orada məşğuliyyət eləməsinlər. Müsəlman camaatı hökumətə ərizə yazıb cavab verdi ki, “bizim indi belə işlərə vaxtımız yoxdur; ondan ötrü ki, biz indi məşğuluq… mütrübbazlığa, lotu və qoçubazlığa və mollalarımız da ticarətə məşğuldurlar…”
Sonra Tağıyev qabağa düşüb, qəbristanı hasarladı; amma müsəlman camaatına Tağıyevin hərəkəti xoş gəlmədi; çünki xalq elə güman elədi ki, Tağıyevin fikri axırda qəbristanlığı sahiblənməkdir. Müsəlmanlar vurdular hasarı dağıtdılar. Sonra da hökumət baxıb gördü ki, müsəlmanlar istəmirlər öz qəbristanlıqlarına sahib dursunlar. Hökumət bir az baxdı, baxdı, baxdı və öz-özünə dedi ki, “vallah, bura yaxşı yerdir və bu yer müsəlmana da lazım deyil”.
Görüm nə deyəcəkdim?..
Mən deyirəm ki, Bakının qazısı indi bu saat gündə bir dəfə faytona əyləşib, haman qəbristanlığın kənarında o tərəfə və bu tərəfə keçəndə görür ki, müsəlman ölülərinin sümüklərini qazıb, tullayırlar kənara. Cənab qazı sümüklərə baxıb, bir söz demir; amma yazıq sümüklər hər dəfə cənab qazını görəndə dilə gəlib deyirlər: “Bax, budur bizim diri qardaşlarımıza nicat paylayan, budur bizim qardaşların başının sahibi.
Vətəni istəmək təbii bir şeydir. Vətən də ibarətdir vətəndaşlardan, yəni insanın öz millətindən. Bir adam istəyir millətini istəsin, amma sabah vətəndaşlarını küçədə görən kimi ikrah eləyir. O biri gün yenə istəyir məhəbbət eləsin, amma o biri günü yenə iyrənir. Və iyrənmək çox asandır.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 9 dekabr 1907, №46
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-oluler-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yevropanın ən şöhrətli alimlərindən Con Stüart min səkkiz yüz altmış yeddinci ildə ingilis parlamanında söylədiyi nitq hələ çoxlarının yadından çıxmayıb. Haman nitqdə məşhur natiq birinci dəfə olaraq arvadların siyasi ixtiyarlarının bərabərlik məsələsinə əl vurubdur. Və bu əllillik müddətdə haman ingilis parlamanında azından iyirmi dəfə bu məsələ müzakirəyə qoyulubdur və hələ bu vaxtadək arvad məsələsi necə ki lazımdır, Yevropada həll olunmayıbdır.Rusiyada arvad məsələsi. O ki qaldı Rusiya hökuməti, şükür Allaha, axırıncı inqilabi-kəbirin birinci xidməti bu oldu ki, Rusiyada yaşayan insanların cəmisinin ixtiyarı bərabərləşibdir, bilafərq cins, din və millət. Bu barədə Rusiyada dəxi əlahiddə bir danışılmalı məsələ qalmayıbdır; arvad məsələsi birdən-birə qurtarıbdır.
XəbərdarlıqBu günlərdə bizə məlum oldu ki, şəhərin ən mötəbər və dövlətməndlərindən bir nəfər hacı və hacızadə cənabları öz məxsusi duruşqasına bir şapkalı madamasını əyləşdirib özü ilə bərabər aparıb Aramyans teatrına və orada xanımın şərəfinə bir ziyafət təhiyə edib və bu ziyafətə camaatın nəzərində bir qədər qızıl lirələr məsrəf edib.Əlbəttə, biz bunu da iqrar edirik ki, hər bir şəxs öz cibinin və məzaqının vəkilidir və şəxsin məhrəmani övsaf və əmalı hər növ irad və dəxalətdən məhfuz olmalıdır; və lakin bir nöqtə var ki, bu barədə biz söhbət açmağa məcbur oluruq.
PoçtxanamızRuznaməmizin nəşrinin şöhrəti qeyri şəhərlərə çatdıqda çox yerlərdən idarəmizə məktublar yazıb abunə olmuşdular. Və biz təqribən bir ay bundan əqdəm birinci şümarəni və bir həftə ondan sonra ikinci şümarəni Təbriz poçtxanası vasitəsilə müxtəlif şəhərlərə göndərmişdik.Beş gün bundan əqdəm hər bir yavuq qəsəbələrdən və şəhərlərdən varid müsafirlərdən və dostlarımıza çatan məktublardan çox-çox şikayətlər bizə çatdı ki, ruznaməmiz Təbrizdən kənar heç bir nöqtəyə gedib çatmayıbdır.
MüştərilərimizəAbunə məsələsi İranda çətin məsələdir. Rusiyada biz buna adət etmişik ki, abunə olanlar dəftərə yazılan saat abunə pullarını verib qəbz alırdılar. Amma İranda vəz özgə şəklə düşüb; çünki burada qədim vaxtlardan ta bu günə kimi ruznaməyə pul verməyi hədər bir şey hesab eləyiblər və bu səbəbdən abunə pullarını qabaqca vermək səhldir, axırda da hıqqana-hıqqına veriblər.Biz İran abunəçilərini qınamırıq; çünki həmişə mümkündür ki, qabaqca birisi pulunu versin və sonra da ruznaməni əcəl dərk eləsin. Bəs onda necə olsun, heç kəs puldan əl çəkməyə hazır deyil.
Стихи других поэтов · Сатира
O qədər yazdı ki, dəftərlərə, əldən düşdü,Çox özündən dedi, “mən”, “mən” dedi, dildən düşdü.
Şahnamə və yaxud QaracanaməƏrrəhman... əlləməl-Quran,Xələqəl-insan... əlləməhül-bəyan.
Tənqidimiz SabiranədirTənqidə eşqi var, qələmim mahiranədir,Hər söz ki yazdı, baməzədir, Sabiranədir!
Min il yazasan da bu müsəlman başa gəlməzMİn il yazasan da bu müselman başa gəlməz,Nadandı ki, nadandı ki, nadan, başa gəlməz.