Qatma-qarışıq
Yəni bu mətləbin o mətləbə heç dəxli yoxdur. O səbəbə ki, əgər sən deyirsən ki, müəllimlər kursunun müdiri bir gün müəllimlərə məvacib almaq məqsədi ilə Bakı şurasının maliyyə müdiri Andreyevin yanına girmək icazəsi istəyən vaxt həmin Andreyev tərəfindən təhqir olunubdur.
Bu mətləbin dəxi idarələri milliləşdirmək məsələsinə dəxli yoxdur. Çünki əgər sən istəyirsən deyəsən ki, maliyyə idarəsinin müdiri əgər türk dili bilən olsa idi, o vədə ümidvaram ki, müəllimlər kursunun müdirinə lazımi ehtiram qoya bilə idi. Amma çünki sən mətləblərin hamısını biri-birinə qarışdırıb, bulaşdırırsan, onun üçün sənin sözlərindən də bir mətləb hasil olmur ki, görək aya nə deyirsən? Məsləhət budur ki, sən artıq-əskik danışmayasan. Çünki bu danışıqdan heç bir fayda ələ gəlməyəcək. Bunlar hamısı qəza və qədərdir ki, Xudavəndi-zülcəlalın öz yanındadır.
Əgər müəllimlər kursunun müdiri Bakı şurası maliyyə müdiri tərəfindən kəm ehtiramlıq görürsə, əlbəttə, bunun bir hikməti var ki, belə olur.
Bunlar Allah məsləhətidir. Mən ölüm, darıxma.
Cırcırama
“Molla Nəsrəddin”, 14 iyul 1923, №28, səh. 4
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-qatma-qarisiq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hey, necə gördün?A rəhmətliyin oğlu, bu qədər mərəkə və qilü-qaldan sonra yenə mülkədarlıqdan əl çəkmirsən?
Mühübbi imamMən Allah bəndəsi bir adamam və hər bir şeyə də etiqadım var: tövhidə və imamətə, nübüvvətə və axirətə, onun üçün də İngiltərə cahangirlərinin qarşısına göstərilən protestlərə şərik deyiləm və buna mənim çox böyük bəhanəm var.Yəni, sən nə babətdən İngiltərə vəzirlərindən narazısan?
MurdarKrımda təyyarəçi məktəbində iki yüz şagird oxuyur. Bunların içində bir nəfər də türk balası yoxdur.Sən nahaq yerə bu sözləri mənə deyirsən; çünki bilirəm ki, bu sözləri mənə deməkdə türk qardaşları məzəmmət etmək istəyirsən ki, nə səbəbə uçucu dərsindən qaçırlar. Mən də bunun cavabında sənə deyirəm ki, çox əcəb eləyirlər qaçırlar. O səbəbə ki, havaya uçmaq peşəsindən qaçmağa tatar millətlərinin iki böyük bəhanələri var.
Qalife şalvarOktyabr bayramında əmələlərdən kəndlərə nümayəndə göndərilmişdi ki, kəndlilərin əhvalını yoxlasınlar və görsünlər əkinçi qardaşların məişəti nə cür keçir.Əmələ nümayəndələri kəndləri gəzəndən sonra elə qəribə-qəribə xəbərlər toplayıb, gətirdilər ki, o xəbərləri qəzetələrdə oxuyanda çoxları ola bilər ki, təəccüb edələr və bəlkə inanmayalar.
Стихи других поэтов · Сатира
Səsi artdıqca əza günləri fəryadımızın,Sayı cənnətdə çoxalmaqdadır arvadımızın:
ŞücaətimVardır fəsahətim, bən özüm “nöqtəpərvərəm!..”Hər işdə mahirəm, hamudan “çox hünərvərəm?”
Moda qurbanıAnadan millətli, vətənli oldun,Böyüdün, cildini dəyişdin tamam.
DOĞRUЕсли б каждый правдой жил, лживый к слову был бы строг –И растерянный народ что-нибудь понять бы смог.