“İrşad” yatan kimi bir neçə gün müsəlmanlar başladılar haray-dad eləməyə ki, “ay aman, qoymuyun “İrşad” əldən getsin!”

Mən həmişə bu haray-dadları eşidəndə yanımda oturanlara deyərdim: “qorxuram”.

Məndən soruşardılar ki, “nədən qorxursan?”

Mən dinməzdim.

Sonra eşitdim ki, İrəvanda, Bakıda, Şuşada, Naxçıvanda, Vladiqafqazda, Gəncədə qeyri şəhərlərdə “İrşad”a pul yığırlar. Bu xəbəri eşidəndə həmişə mən yanımda oturanlara deyərdim: “qorxuram”. Məndən soruşardılar ki, “nədən qorxursan?”.

Mən diqnməzdim.

Sonra bir övqat da “Təzə həyat”da müsəlmanlar başladılar “İrşad”ı tərifləməyə ki, məsələn, “İrşad” müsəlmanlara bu cür və bu cür xidmət edirdi. Yazdılar, yazdılar, amma mən genə yanımda oturanlara dedim ki, “qorxuram”.

Həqiqət mən çox qorxurdum: qorxurdum ki, “İrşad”ın barəsində haray-dad eləyənlər qüssədən əriyib ölələr, qorxurdum ki, “İrşad”a pul verənlər cəmi var-yoxlarını verərlər “İrşad”a və özlərinə bir qəpik də saxlamayalar (ki mütrüb – zad oynadanda şabaş verərlər). Qorxurdum ki, qəzetlərdə o qədər “İrşad”ı tərifləyələr ki, əcnəbi millətlər müsəlmanların qazetbazlığına mat və heyran qalalar.

Vaqeən, mən çox qorxurdum.

İndi bəs necə oldu?

Dəli

“Molla Nəsrəddin”, 12 avqust 1907, №30

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Həmidə! (Borjom, 20 iyul 1926)

Tək gün*Mən Borjoma gəlməli oldum. Tiflis bərk isti olduğuna görə yolüstü orada qalmadım. Mənim hesabıma görə sənin pulun artıq qurtarıb. Odur ki, bu gün buradan poçtla sənə 50 manat göndərirəm. Sən onu xərcləyib qurtarıncaya qədər mən özüm Şuşaya gələcəyəm. Əvvəlcə Bakıya qayıdıb Pakizəni gətirməliyəm.

1 мин
Xalq rəssamı və əziz yoldaş möhtərəm Əzimzadəyə

7 may (1927), Bakı*Gərək bunu bilmək ki, mən özüm fitrətən həmişə gurultulu nümayişlərdən uzaq olmuşam, o dərəcəyə kimi ki, mənim özümə aid olan yubileyləri qəbul etməmişəm və lakin buna baxmayaraq yenə sizi yubiley axşamı bir tövr oraya süründürdüm və burada da mənimki gətirmədi: o yerdə ki, səni qoltuqlayıb səhnəyə aparırdım, zalım oğlu Dorş yoldaşın zorla səni mənim əlimdən aldı. Digər tərəfdən də müəyyən surətdə cildə verdiyimiz “Molla Nəsrəddin” məcmuəsi hədsiz tətillərin bərəkətindən öz vaxtında hazır olmadı və yubiley axşamı əlimizi boş qoydu.

1 мин
Məktub. Kitab mağazasına (24 oktyabr 1927)

Sizdə qalıb satılmaq üçün:1. “Konsulun arvadı” – 13 ədəd, ədədi 12 qəpik.

1 мин
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinə

...Əgər mənim övrətim, Ağdam qəzası Kəhrizli kəndinin sabiq mülkədarı Həmidə xanım Cavanşir öz köhnə mülklərində torpaq almaqdan və yaşamaqdan məhrum olan mülkədarlar sırasında adlanırsa,– mən prezidiumdan iltimas edirəm ki, torpaq qanunnaməsinin doqquzuncu fəslinin birinci qeydinin məzmununa müvafiq mənim övrətimi haman siyahıdan çıxarıb, onun sabiq mülkündə zəhmətkeşlər sırasında əkin əkmək üçün ona torpaq norması verəsiniz.

1 мин

Стихи других поэтов · Сатира