Şeyxülislam
Mərizxana elə bir yerə deyirlər ki, orada naxoşlar müalicə olunur. Yevropada mərizxana çoxdur, amma İranda və müsəlman məmləkətlərində yoxdur və bunun da səbəbi var; səbəbsiz dünyada heç şey yoxdur. Səbəbi odur ki, əcnəbilər naxoş olanda onlar mərizxanaya və təbibə möhtac olurlar, amma müsəlmanlar naxoş olanda çağırırlar cindar Seyid Bağırı, o da naxoşun qabağında bir tas qurur, içinə su tökür və bir yazılı kağız salır və üfürə-üfürə başlayır oxumağa: “Bağladım, bağladım, çıxın cinlər, şəyatinlər”. Bu cindar işini tamam edir və pulunu alıb gedəndən sonra Qışlaqlı cənab filosof Baxış daxil olur və əlini cibinə uzadıb dərmanlarını çıxarır və bir-bir naxoşun qabağına açıb başlayır tərifləməyə: “Bad zəncburya, quş üzümü, toxmi-xərdəl, inəbüləq-ləb, cövzi-hindi, qaqleyi-kübar, qaqleyi-süğar və dörd dirhəm dərdi mülki-ərzəq. Bunları qarışdırıb naxoşa verəndən sonra nə olsa, haman saat kəsəcək”.
Budur mərizxana, budur müalicə, budur təbib. Yoxsa Yevropada bir böyük imarəti mətəl eləyirlər və başdan-başa qravat düzürlər və dünyanın zəhərli və acı murdar davalarını gətirib ortaya yığırlar, çağırırlar binamaz həkimləri və naxoşları doldurub həftələr ilə, aylar ilə orada saxlayırlar ki, nə var, nə var “biz bu naxoşlara müalicə eləyirik”.
Əvvələn, canı çıxsın naxoşun əgər azarlıdır, getsin özünə davadərman tapsın. Əgər mərizxana yaxşı zaddır, nə səbəbə Təbrizdə, Tehranda, İsfahanda yoxdur? Əgər yaxşı zaddır, nə səbəbə Nəcəfdə və Kərbəlada yoxdur?
Müctəhidlərimizin varlığı ilə küçədə bir bisahib müsəlman düşüb vayıldayanda bir yer tapılmaz ki, biçarəni aparıb orada müftə müalicə eləyib yemək-içmək verələr. Hansı müctəhid bir belə savab işin dalıyca olub? Elə hey qüsl, qüsl, qüsl, heyz, heyz, heyz, nüfas, mütə, feyz, huri, səvab, ibadət, axırda genə qüsl.
Şabanın 15-də Rəştdə mərizxananı açanda mən o vədə dedim ki, “ay balam, özünüzü ələ salmayın, əvvəl bir siz xalqı başa salın görək, bu mərizxana lazımlı bir şeydirmi, yoxsa yox ”. Mənim sözümə o vədə qulaq asan olmadı. Qulaq asmadılar, özləri də peşiman oldular, çünki cindarlarımızın və dua yazanlarımızın bərəkətindən heç kəs mərizxanaya meyl və rəğbət göstərmədi, heyətin üzvlərindən heç kəs üzvlük haqqını vermək və hətta şeyxülislamın yanına gedib beş tümən üzvlük haqqını istəyəndə cavab verdi ki, “itilin, itilin, mən də Şuşa naibi deyiləm ki, gecə-gündüz keyflənəm və rəiyyətlərdən zornan aldığım pulları şəraba verəm (pinəçi Ağabaladan üzr istəyirik ki, naibin adını çəkdik). İtilin, itilin. Sizin mərizxananız bizə lazım deyil”.
Bax şeyxülislam belə olar, nəinki indiki Qafqaz şeyxülislamı kimi ki, oturub özünə iş axtarır ki, hə nə var, götür qazilərin hamısına kağız yaz. Hə, nə yazım? Yaz ki, hər kənddə gərək bir məktəb açılsın.
A qardaş, hər kənddə də bir məktəb olar? Vallah, lap elə urus işinə oxşadı. Bir bax gör, həyə bu yaxşı işdir, hansı müctəhid bir belə işə fitva verib? Əgər Fazili-Dərbəndi verib-hanı Dərbənddə məktəblər? Əgər ağayi-Şirazi verib-hanı Şirazda məktəblər?
Qüsl, qüsl, heyz, heyz, siğə. məhərrəm, savab, huri, qılman axırda genə qüsl. Axırda genə qusl. Mən ölüm ürəyini sıxma.
Dəli
“Molla Nəsrəddin”, 16 may 1910 19
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-seyxulislam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Keçən il yox, altdakı 1292-ci il məhərrəmlik təziyəsində Bakıda yüz iyirmi dörd min nəfər müsəlman cavanları küçələrdə iyirmi yeddi gün “Ya Əli, ya Hüseyn” deyə-deyə nərə çəkib, şaxsey getdilər və Aşura günü başlarını yardılar.Həmən il tutulan statistik hesaba görə, həmin bu qədər cavanlar bu siniflərə təqsim olunurlar.
Keçən günlərBir vaxt var idi ki, türk cavanları öz doğma ataları adlarının quyruğuna ”ski” sözünü yapışdırmağı özləri üçün fəxr hesab edirdilər.Bir vaxt vardı ki, ”Naxçıvanski”lər, ”Yerevanski”lər, və ”Qadcinski”lərə desəydin gəl adını ”Naxçıvanlı” elə – onu hörmətsiz eləmiş kimi olardın.
Gəncə qiraətxanasıİnsanın bəxtindən çox şey asılıdır. Əgər bəxti var – xoşbəxt olacaq. Əgər bəxti yoxsa, bədbəxt olacaq. Şübhəsizdir.Bu da adamın özü ilə deyil. Hər nə ki, insanın alnına yazılıb, o da olacaq. Əgər yaxşı yazılıb – yaxşı olacaq. Yaxşı yazılmayıb – yaxşı olmayacaq.
İki dilbərHeşəstçəm-be miyan...Mənim evim rus kilsəsi ilə Təzəpir məscidinin ortalığındadır. Onun üçün ki, dünyada məndən də xoşbəxt bir insan gərək olmasın. Kilsənin zəngi vurulanda evimizdə danışmaq mümkün deyil. Çünki bir danışan o biri danışanın səsini eşitməz.
Стихи других поэтов · Сатира
Çək xəncərini, baş-qulağın qan eyləyib yar,Vəhşiyyətini aləmə elan eyləyib yar,
Əşar (“Kəlniyət”, ağrın bu qoca naqqala”)“Kəlniyət”, ağrın bu qoca naqqala,Bircə sözüm var, onu yaz jurnala,
Neçin məktəbə rəğbətim olmayır?Сочувствовать школе? Ну что за народ!От школы доход не растет, не растет!
Əsrimizin qəhrəmanları(Dörd pərdədə roman)“Qospadin” Nəsir intelligent, müsəlman “kavaleri” həmişə qızlarla tanış