“Avropada üç aylıq səyahətim”

Yazan Ədilxan Ziyadxan

Hərdənbir ziyalı cavanlarımızın şirin qələmindən törəyən kitabların biri yuxarıda ad verdiyimiz kitabdır ki, təzəlikdə Gəncədə, nəhayət, səliqə ilə çapdan çıxıb dağılmaqdadır. 60 səhifədən ibarət olan bu kitab İstanbulda “Aya-Sofiya” cameinin iki təsviri ilə zinətlənibdir. Kitabın əla kağız üstə çap olmağını da nəzərə alıb cürət ilə deyirik ki, kitabın zahirinin təkmili üçün heç bir şey müzayiqə olunmayıb.

Kitabın məzmununa gəldikdə burada kitabı tənqid etmək niyyətində deyilik və lakin 13-cü səhifədə rusca yazılan əşari çıxandan sonra deyə bilərik ki, İstanbulu və Avropa şəhərlərini görməyənlər üçün cənab Ədilxan açıq türk dilində doğru və şairanə yazdığı məlumat artıq dərəcədə mənfəətli gərək olsun.

Bunu da vacib bilirik ki, camaatımıza xəbər verək ki, həmin kitabı çap etməkdə mühərrir cənablarının ümdə məqsədi budur ki, kitabdan hasil olan məbləği məsrəf etsin Gəncə gimnaziyasında məktəbi-ruhani və qeyri məktəblərdə oxuyan füqəra müsəlman uşaqlarına.

Millət üçün bu ikiqat xidmətin müqabilində Ədilxan həzrətlərinə izhari-təşəkkür edirik. Kitabı tələb edənlər və bəqədri-qüvvə ehsan etmək fikrində olanlar bu ünvan ilə rücu etsinlər:

Gəncə Şəhər rəisi Əsgər bəy Adıgözəlovun üstünə.

q. Elizavetapolğ

Qorodskomu Qolove

Asker-beku q-nu Adiqezalovu

“Molla Nəsrəddin”, 16 iyun 1908, № 24

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов