İzaleyi-nəcasət
İranlı qardaşlar ilə bərabər İranın müsibətinə qüssələnirik. Vətən yolunda namərd cəlladların hökmü ilə şəhadətə yetən qələm sahiblərinin və qeyri mücahidlərin pak ruhuna səcdə edirik və İran məmləkətinin bu bəlalardan qurtarıb xoşbəxt olmağını səmimi qəlbdən arzulayırıq.
İrana dair Molla Nəsrəddin sayağında məzəli sözlər danışmağı və məzhəkəli məqalələr yazmağı indiki vaxtda lazım görmürük, yəni uzun yazmaq üçün bir mətləb də yoxdur. Əgər bu işlərin səbəbini birisi bizdən dübarə soruşsa, biz genə qabaqlarda dediyimiz sözü deyəcəyik: İranın bu halına əvvəlinci və axırıncı səbəb bu olubdur ki, İranda indiyədək hər bir müsəlman bir özgə müsəlmana rast gələn kimi hər bir şeydən qabaq bunu soruşub:
“Təqlidin kimədir?”...
Sözümüzü qurtardıq, amma iranlı qardaşlarımıza iki vəsiyyətimiz var:
Əvvəlinci vəsiyyətimiz budur ki, əlbəttə və əlif əlbəttə İranda sakin olan əcnəbi məmləkətlərin təbəələri ilə o cür rəftar eləsinlər ki, bir nəfərin burnu qanamasın. Həmi insandustluq naminə, həmi də ondan ötrü ki, həriflərin əlinə bir bəhanə düşməsin.
İkinci vəsiyyətimiz də budur ki, Məhəmmədəli şahın əsrində İran torpağında yaşamağı özlərinə rəva görməsinlər. Və Məhəmmədəli şahı özlərindən uzaq eləməyi “izaleyi-nəcasət” dərəcəsində bilsinlər, çünki bir hava ki, üfunətləndi, orada nəfəs çəkib zindəganlıq eləmək dəxi mümkün deyil.
İdarədən
“Molla Nəsrəddin”, 23 iyun 1908, № 25
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-izaleyi-necaset
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Möhtərəm oxucularımıza məlumdur ki, jurnalımız iki il dayanıb çıxmır.Burada iki mətləb var ki, oxucularımız əlbəttə onu bilmək istəyəcəklər: biri jurnalın dayanmağının səbəbi, biri də budur ki, aya, bu iki ilin müddətində ki, jurnal çıxmırdı, bəs, mən Molla Nəsrəddin harada idim və nə işlə məşğul idim, ya bəlkə bikar gəzib dolanırdım, ya ki, müftəcə yeyib yatırdım?
QeyrətMöhtərəm oxucularımıza məlumdur ki, iki il yarımdır Avropa padşahları iki dəstə olub bir-birilə dava meydanına çıxıblar və həmin müharibə başlanandan sonra qalan hökumətlərin bir neçəsi öz məsləhətini mülahizə eləyib həmin davada iştirak eləyiblər ki, ibarət olsun Bolğardan, İtaliyadan və qeyrilərindən (hamısını saymaqla istəmirəm məqaləni uzadam; çünki bu söhbətlər hamıya məlumdur). Amma hökumətlərin bir neçəsi də yenə öz məsləhətinə baxıb özlərini bitərəf saxladılar və həmin bitərəf qalan hökumətlərə də “neytralni” ad qoydular. Bu sözün mənasını aşağıda məqalənin axırında bəyan edərik və indi hələ söhbətimizdə olaq.Bəli, öz məsləhətlərini yoxlayıb bitərəf qalan hökumətlər bunlardır: Şvetsiya, Norvegiya, İran (yəni elə bilirəm bəsdir; çünki indi bu mətləbi də bilməyən heç yoxdur).
ŞorBir əhvalat var ki, heç mənim yadımdan çıxmır. Əhvalat budur ki, keçən il Ağdaşdan Tiflisə gürcü qəzetlərinin birinə rusca bir teleqraf çəkilmişdi. Teleqrafı göndərən bir müsəlman qardaş idi ki, adı yadımdan çıxıbdır (yəni adında bir iş yoxdur). Teleqrafın məzmunu belə idi: mən flankəs pasxa bayramı münasibətilə cəmi gürcü qardaşlarımı təbrik edirəm. Bu teleqrafın mənası budur ki, mən, yəni Ağdaşda flan müsəlman qardaş ancaq gürcü qardaşlara mübarəkbadlıq göndərirəm, yoxsa rus və erməni qardaş [.. . ]; amma doğrusu məhəbbətin şiddətindən dəxi gürcü qardaşdan savayı bir özgə qardaş yadıma düşmür.Çox gözəl! Amma bildirdən bu teleqraf heç mənim yadımdan çıxmır və çıxmamağın da səbəbi budur ki, mən bildir bu teleqrafı oxuyanda bir şey nəzərimə gəldi. Mənim nəzərimə gəldi ki, müsəlman qardaşın, deyəsən, məhəbbəti o dərəcədə cuşa gəlib ki, teleqrafın duzunu artıq salıb; o qədər artıq salıb ki, qır duz olub.
Müftilik məsələsiİndi ortalıqda bir əhəmiyyətli məsələ var ki, Qafqaz müsəlmanlarını məşğul edir və gərək də etsin. O – müftilik məsələsidir. Bu məsələ təzə deyil, köhnədir; ancaq mərhum müftinin vəfatı bu məsələni ortalığa gətirir.On il bundan qabaq Qafqaz müsəlmanlarına bir yüngül vədə verilmişdi ki, bundan sonra müfti və şeyxül-islamın təyini müsəlmanların öz intixabı ilə əmələ gəlsin. Amma o vaxtın danışıqlarının axırı bir yana çıxmayan kimi, seçki məsələsi də yavaş-yavaş yaddan çıxdı. İndi haman məsələ yenə ortalığa gəlir.
Стихи других поэтов
İlahi, neyləsin, nətsinKönül sənsiz qərar etməz
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
EyləməzAşiqin yar istəsə halın pərişan eyləməz,Aşiqə meyl etməyib xarin fəravan eyləməz.
İstixarəFikir edirik biz də bir iş başlayaq,Eyləyirik istixarə, bəd gəlir.