Vətən məhəbbəti
Vətəndən bəzi səbəblərə görə uzaq düşən qarabağlılar bəlaya giriftar olan vətəndaşlarının əhvalını hər bir vasitə ilə yoluxub izhariməhəbbət və təəssüf etməkdədirlər.
Peterburq darülfünununun tələbələrindən bir Qarabağ ermənisi “Novoye vremya” qəzetində üzünü Şuşa şəhərinə tutub deyir: “Ax, mənim qardaşlarım, yox olaydı o gün və o saat ki, mən vətəndən uzaqlaşdım, niyə mən bilmədim ki, siz bir belə dərdə düçar olacaqsınız? Niyə mən orada olmayaydım ki, sevgili qardaşlarıma əlimdən gələn qədər köməklik göstərib məzlumlara təsliyyət verəydim! Ax! Bu sözləri yaza-yaza uşaq kimi ağlayıram, dəxi səbr edə bilməyib əvvəlinci dəmir yol qatarı ilə gəlirəm vətənə!”.
Qarabağ əhalisindən vətən qardaşlarının halına yananların ikincisi Suşa qalası şahzadələrindən prins Seyfulla Qacar cənablarıdır. Müşarileyh “Tiflisski listok” qəzetinin 160-cı nömrəsinə bu məzmunda bir məktub göndərib:
“Cənab mühərrir, təvəqqe edirəm sizin sevgili qəzetinizdə mənim bu məktubuma yer verəsiniz: sizin qəzetənizin 156-cı nömrəsində Şuşa əhvalatı xüsusunda belə yazılıb ki, guya Şuşada yanan evlərin biri də şahzadələrin evidir ki, müsəlmanlar haman evi dava mövqeyi etmişdilər. Mən qorxdum ki, bu xəbəri hərə bir cür başa düşə və bu səbəbdən məlum edirəm ki, şahzadələrin atası mərhum Bəhmən Mirzə 1884-cü ildə vəfat edəndən sonra onun oğlanları başladılar yavaşyavaş Qarabağdan hərə bir yana köçməyə, çünki Şuşa şəhərində elə bir ləzzət yoxdur ki, insan orada qalsın. Vaqeən Şuşa qalası ürək sıxan şəhərlərin ürək sıxanıdır. Həmin vaxtdan indiyə kimi şahzadələr vətəndən bilmərrə köçüb Rusiya dövlətinin hərbi qulluğunda xidmət etməkdədirlər. Əvvəl-axır şahzadələrdən Şuşada bir ailə qalmışdır ki, o da şəhərdə əvvəl dəfə erməni-müsəlman davası düşən kimi köçüb Vladiqafqazda yaşayır. Sonra şahzadələrin evləri şəhərdə boş qalmışdır, onu da ki, yandırdılar və yandırandan sonra özləri üçün mövqe etdilər. Dəxi biz neyləyək?
Müxlisiniz şahzadə Seyfulla Qacar”
Bu gürcü milləti çox sırtıqdır. Hələ özgə işləri qalsın kənarda, indi də başlayıblar ki, biz istəmirik ki, ruhani rəisimizi Rusiya hökuməti təyin eləsin, necə ki, indiyə kimi eləyir. Biz öz işlərimizi özümüz idarə eləmək istəyirik.
Aşkardır ki, Rusiya hökuməti də hər bir nağıl – məsələyə qulaq verən deyil və bu yavuq vaxtlarda gürcülər üçün genə irəliki sayaq ilə böyük (ekzar) eləyib onlar üçün hədiyyə göndərmək istədi. Sırtıq gürcülər də ki, əl çəkən deyillər. Bu günlərdə tamam gürcü keşişləri padşahın vəzirinə bir belə teleqram çəkdilər: Biz eşidirik ki, bizə genə böyük xəlifə göndərirsiniz. Baba, biz istəmirik, vallah, billah, istəmirik, istəmirik, istəmirik.
Vaqeən gürcü milləti çox sırtıq millətdir. Görüm nədən ötrü bu sözləri deyirdim? Hə... Deyirlər ki, Şamaxı və İrəvanın qovunu çox şirin olur. Xülasə...
Bağışlayınız, başağrısı verdik.
Hop-hop
“Molla Nəsrəddin”, 4 avqust 1906, №18
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-veten-mehebbeti
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu əhvalat ki, aşağıda rəvayət olunur, şayəd köhnəlmiş və çeynənmiş məsələlər qəbilindən nəzərə gələ; zira nikah və talaq söhbətləri gah hekayələrdə, gah məqalələr vasitəsilə bizim türk mətbuatında dəfələrlə yazılıb, oxunub və eşidilibdir. Və lakin o əhvalat ki, mən onun barəsində söhbət açmaq istəyirəm, zənn edirəm az-az ittifaq düşsün və bəhər hal xeyli maraqlı və eşitməlidir; o dərəcəyə kimi ki, indi, Oktyabr inqilabının on illiyinin müqabilində belə bir hadisə xariqüladə və ağla sığışmayan bir “nağıl” hesab oluna gərək. Və lakin həqiqətdir və bu həqiqətin şahidi həqir özüdür.O şəhər ki, bu əhvalat orada vaqe olub, Araz çayına yavıq Azərbaycan şəhərlərinin biridir. Və necə ki, dindar İran torpağının qonşusu, bu şəhərin əhalisi də iman əhllərindən bir zərrə qədərincə geri qalan deyillər: demək olar ki, əhalinin küllisi Allah-taala təyin etdiyi ibadət və rəyazətində bərqərar, nəmazi-yomiyyə öz vaxtında; hətta nafilə namazları və sairə sünnəti namazlarını cabəca edən müqəddəs bir camaatdırlar. Habelə ramazan ayının şəraitini təfsilatla yerinə yetirmək, həcc və ziyarəti-şühəda və mahi-məhərrəmül-həramda Kərbəla müsibətini layiqincə yad etməkdə birinciliyi qazanan müsəlmandırlar.
YuxuHacı Mirzəli ağa vəfat etmişdi. Çün bizim ev adamına bir növ qohumluğu çatırdı, mərhumun dəfninə ta qəbr üstə kimi mən getməyə məcbur oldum və hətta axşam vaxtı sər-səlamətinə də getdim; mən özüm də getdim və ev adamımızı da apardım.Kişilər qabaq otağa yığışmışdılar və övrət də həyətə girəndən sonra məndən ayrıldı, getdi içəri otağa (qohumluğu cəhətdən oraya bələd idi).
QiyamətYaxud kəndli qadınlar*Bu ilki oktyabr ayı ola bilər ki, bir çoxları üçün bir şadlıq yadigarı hesab oluna, amma mən baxtıqaradan ötrü həmin oktyabr qəmgin bir ay oldu, o səbəbə ki, bu ayın ərzində saysız və hesabsız kəndli qadınlar bir yerə cəm oldular və üzü açıq, naməhrəm kişilərin içində nitq söyləməyə başladılar.
UcuzluqNaxçıvan şəhərindən bir nəfər yetim oğlan gəldi mənim yanıma və məndən iltimas elədi ki, Bakının flan texnikum məktəbinin müdiri flan… dan iltimas edim ki, onu yetim olmaq cəhətindən texnikum məktəbinə götürsün.Yetim çox xoşuma gəldi: on beş yaşında həmin oğlan dilənib dolanmaqla Naxçıvanın darülmüəlliminini bitirmişdi.
Стихи других поэтов · Сатира
Mehri-ünqasını qıl, kuhi-vəfadən xali,Kəbəyi-məqsədin et, səyü səfadən xali.
Hürriyyəti-nisvançılara protestoAy Baba! Gör Bakı, Şirvan, Quba alimlərini,Yığılıb boykot edirlər Ufa alimlərini.
Ədəbiyyat (“Kəlniyət!” Ey dərdimizin dərmanı”)“Kəlniyət!” Ey dərdimizin dərmanı,Dinlə, sözüm çox da deyil tulanı,
NifrətGündə bir cildə girən simasız adamlaraHeyrət etmədiyinçin heyrət edirəm sənə.