Təkəllüfsüz bu gün bu xak taci-fərqi-keyvandur,Səfi ibn Səfi ta kişvəri-İranə sultandur.İraq olsun yəman gözdən, o dövlətdin bu kişvərdə,Mətai-zülm gümnamü qumaşi-ədl ərzandur.Vücudi sayəsi tubivü darülxüld iqlimi,Girib ol sayəsidə ca dutar kim əhli-imandur.Nə layiqdür birinə padşahlıq də’visi qılmaq?!Munun əsrində kim cəddi rəsulü şahi-mərdandur.Həsəbdin həm nəsəbdin nayibi-həqdür xilafətdə,Ona qəd xəm qılub baş əgməyənlər puri-şeytandur.

Bu dövlət düşməninin küfrinə nəss əldədür bürhan.Əduyi-ali-peyğəmbər yəqin övladi-Mərvandur.Vücudindən olubdur bu cəhani-mürdədil zində.Bu qalibdə anın cismi lətifi filməsəl candur.Anınçün oldu güm sultanlığında məskənət nami,Kəminə bəzlidür dəryavü ədni bəxşişi kandur.Olub kəsrindən əfzun ədlivü qeysərdən iqbali,Bu, rövşəndür, buna nə ehtiyac sövq bürhandur.Ola ta hadisati-dəhridin eymən kəvakibdənGecələr ta səhər orduyi-iqlimi çirağandur.Kəminə xadimi bəzmindədür Nahid ilə Bərcis,Mühəqqər cakəri, rəzmində Samü Givü Dəstandur.Xüsumətdə libasi-fəthü nüsrət qəddinə ziba,Səlatinlərdə sərvərlik qəbasi ona cəsbandur.Olub münkirlər içün çeşmi-xəlqə cənnət isbatıO dövlətxanə kim çərxi-müqərnəs ona eyvandur.O şadrvani-ali Kə’beyi-məqsuddur xəlqə,Sütunlər ol aradə filməsəl hənnanü mənnandur.İnankəşdür səməndi-meylini zeyqi-məsamindin,Anın cövlanınə bu rəb’i-məskun təng meydandur.Götürmüş himməti bu nim-xurdi-qeyridən didə,Vəgər nə xur sifət fəthi-əqalim ona asandur.Yəqin əhli-həqiqət xatirində bir fəna şeynin,Çoxü azi bədü niki nəbudü budi yeksandur.Mələk xülqü firiştəxu, üzü nurü sözü hikmət,Bəşər demək o zatə cəhlilə qayətdə böhtandur.Ənisidür Ərəstu, e’timaddidövləsi Duqrat,Cəlisi Calinus hikməti ilə özü Loğmandur.Lədünni elmidin kim şah olubdur kəsbisiz malik,Mülazim gecə-gündüz ruhi-Əflatün səbəqxandur.Əcəb məzhər durur kim əqli-küll həngami-təqriri,Xəcildür ləb aça yanında guya tifli-nadandur.Ülumü fəzlü hikmət payəsi bir yerdədür hala,Əvamünnası bu mülkün xəvasi-əhli-yunandur.

Məhü əyyamü salü həftə şahi-din duasilə,Behəmdüllah Məsihin tutiyi-nitqi xoş əlhandur.Ola ta əncümü əflak ilə fəcrü əşa dair,Ki ta nuri-səbahət birlə ruyi-sübh xəndandur.Ki ta möhtacdur insan zəminə, lə’ldür kanə,Ki ta nur içrə zülmət, zülmət içrə abi-heyvandur.Neçə dərya yüzündə zövrəqi-qəbra durur sakin,Neçə fülki-fələk bu lücceyi-gövn içrə gərdandur.Ola məhfuz ilahi zati-şəh cümlə həvadisdən,Bəqasi baisi-icrayi-şər’ü hökmi qur’andur.Ol sahibi-təxt mülki-birənc,Gər ola bu gəncidin göhərsənc,Düşsə ona çeşmi-iltifati,Verə təni-mürdəyə həyati,Tale ola yar əgər bu falə,İltə anı zirveyi-kəmalə.İksiri-tila qılub risasi,Bula o güşaddin xilasi.Demə ki, bu mədh biməhəldür,Sikkə zərə axirin əməldür.Çün sikkələnə bu nəqşsiz zər,Zərri-fələgə ola bərabər,Aça rüxi-xəlqə feyzidin bab,Xurşid sifət ola cəhantab.Bağludur ümid oxuna bu fərd,Yetürmiyə dəsti-rədd ona dərd.Qəm çəkmə gəl, ey Məsihiyi-zar,Bu fikrətə olmagil kiriftar.Bu lazimədür ki, hüsni-şahid,Bazarını qoymaz ola kasid.Kim qapu açub girir bu bağə,Bülbülnü fəda edər bu zağə.Həqqa ki, degil bu söz nihani,Var zadeyi-təbinin o şani,

Hər məclisə girsə ol giranqədr,Nikü bəd əgər anındurur sədr.Dur tapşurgil ani xudayə,Ta nəqs yetişməsin ol ayə.Məhfuz olsun o çeşmi-bəddən,Salim qəmu dideyi-həsəddən.Hasid ki, həmişə eybbindür,Ömr ilə ona hünər həmindür.Bəd hamildür müdam o bədbin,Bəd qılmış ani məhəlli-nifrin.Nifrində bizə yox ehtiyaci,Bu sövqidə var anın rəvaci.Gül qıldı bu bağ içində xari.Səd şükr yetişdi ovni-bari,Min otuzü səkkiz idi təhqiq,Tarix müsaid oldu tovfiq.Əncamə irişdi bu rəvayətİtmamə yetişdi bu hekayət,Amma bilürəm bu qəzlbafi ,Salmaz mənə sayeyi-məafi.Bafəndeyi-kargahi-diba,Anlar ki, degil bu nəqş ziba.Gördükdə bu surəti-pəlasım,Var əhli-hünərdin iltimasım,Qoymaya durub o nəqşə əngüşt,Salmıya o tərhə sayeyi-püşt.Açub oxuduqda bu kitabi.Tə’n eyləyənin budur cavabi:Kim mə’dəni-dəhrə bir degil kan,Bə’zi xəzəf oldu, bə’zi mərcan.Öz tərzinə dü kişi gəlugirAdəmlərə tərz bir degil bir,Tə’n eyləməgə degil səzavar,

Gər gəlsə birinə ariyət ar,Sevməz, qılməz bu xasiyyətni,Ar əhli qəbuli-ariyətni.Var qailinə rücui-tavanBu tərzdə gər görünsə nöqsan,Rəhmət ona kim acanda didə,Xatir durub etmiyə rəmidə.Sala ona pərtovi-əsasın,İslah edə səhv ilə xətasınBu şivə kimin olursa yari,Yar ola ona həmişə bari.

Sənəyi – 1055 hicri

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов