Birinci hissə, üçüncü fəsil
Страница 1 из 5
Dünyada cürbəcür insanlar var. Biri maddi həyatını, biri mənəvi həyatını, üçüncüsü ailə həyatını, dördüncüsü mənsəbi, şöhrəti üstün tutur. Kərim Gəldiyevin hansı əqidədən olduğunu bilmək üçün onun həyat fəlsəfəsilə bir balaca tanış olmaq kifayətdir.
Onun üçün həyat güzərandan ibarətdir. Bacaranlar yaxşı qururlar, bacarmayanlar qarışqa kimi ayaqlanıb, tələf olurlar. Bacaranlar azdır, bacarmayanlar çoxdur. Qulaqlarınızı yerə qoyun, dinləyin. Daimi bir gurultu gəlir, əzilənlərin, məhv olanların səsidir. Ancaq bunu dinləyən kimdir!
Gəldiyevin qənaəti budur ki: "Əzməsən əziləcəksən, ayaqlamasan ayaqlanacaqsan... Güzəran, mənsəb cəhənnəmin təkində də olsa, enməyi bacar!"
Onun üçün qadın ancaq qadındır. Qiyməti də bundadır: "Bir zaman var idi, kasıb adama arvad müyəssər olmurdu. Halal pul ilə rəğbətlisini almaq çətin idi. İndi ondan bol nə var. Madam ki, belədir, evlənmək, xirtdəyi kəndirə keçirınək nə üçün? Cibinin puluna münasib, istədiyin aşxanada xörək yeyərsən. Kişilik hünərinə münasib, rast gəldiyin qadın ilə də görüşə bilərsən".
Dostluq məsələsi haqqında Kərim daha qətiyyət sahibidir: "Dost adama xeyir verməlidir. Ya pullu və ağılsız olub yedirtməlidir, ya qulluq sahibi olub himayə kölgəsi salmalıdır, ya avara olub ələ su tökməli, başmaq cütləməlidir, yaxud da müxtəlif səbəblərə görə adama lazım olmalıdır. Üzüyola olsun, söz gəzdirən olsun, yaxud da qoçuluq, boşboğazlıq, böhtançılıq əlindən gəlsin... Müxtəsər: ən yaxşı dost istəyirsənsə, ən alçaq adamı tap! Beləsi yalandan şahid durmağa, düşmənini biabır etməyə, səs salmağa, dəstə düzəltməyə yarar".
Bu niyyət ilə də Gəldiyev Qurd oğlu Qədiri dost seçmişdi. Qədir əvvəl rayon qəzetlərinin birində kütləvi işçi idi. Şeirdən-zaddan da qaralayardı. Ancaq onu qəzetçi, ya şair kimi tanıyan yox idi. "Qəzetçini yazıları ilə tanıyarlar, ay Qədir, sənin yazını heç görmürük?"
Qədir məğrur danışırdı:
– Yazılarını demə, imzanı de!
– Deməli yazırsan!
– Yazmıram bəs hər gün o boyda qəzet hardan dolur?
Camaat onun şikəstə nəfsliyinə heyran qalardı.
Qədirin duruşu, oturuşu qəribə idi, Bakıya, kooperativ texnikumuna oxumağa gələndən sonra bu qəribəlik daha da artdı.
Bir dəfə ictimaiyyat müəllimi demişdi: "Böyük adamlar tarixdə həmişə ümumi axının əleyhinə gediblər. Onlar məlum vərdiş və görüşlərin ziddinə çıxıblar. Ayrıca, hamıdan seçilən bir yol tutublar. Hər bir yeni cərəyan, hər bir ideya uzun mübarizələrdən sonra qəbul olunduğu kimi, böyük adamların tutduqları yol da uzun illərdən, bəlkə də əsrlərdən sonra etiraf və təsdiq olunmuşdur. Böyük şəxsiyyətlər qarşılarında çox maneələr görmüşlər, meydanda tək də qalmışlar, ancaq sonra kütlə onların dalınca getməli olmuşdur..."
Müəllimin izahatını diqqətlə dinləyib düşünəndən sonra Qurd oğlu Qədir gördü ki, özündə böyük adam olmaq həvəsi və imkanı vardır. Ağır şeyi tərəzidə yoxlayan kimi Qədir də özünə güzgü qabağında vəra-vurdla baxdı. Gördü doğrudan da böyük adama oxşayır. Ancaq bir az qeyrət çatışmır. Qeyrət lazımdır. Qədir görünmək üçün fürsət axtardı. Özünü kütlədən, yəni "qara camaatdan" ayırınaq üçün həmişə hamı deyənin ziddinə getdi. Məktub yazdı, imza atmadı.
İclasların, uzun sürən müşavirələrin nəticəsini, qəbul ediləcək qərarı aramsız gözlərdi. Gözlərdi ki, mübahisə kəsilsin, hamı müəyyən rəyə gəlsin. Qərar oxunan kimi söz alıb, ziddinə gedərdi. Bəzən müzakirələr bitmirdi, qərar da yazılmırdı. Bu müddət Qədir üçün çox əzablı və üzüntülü idi. O, mərəzə tutulmuş kimi, bədəni ilə əlləşər, ellərini ovuşdurar, qalxıb oturar, oturub qalxardı. Adamlar arxaym dinib-danışdıqca Qədir əsəbiləşər, "qərar oxunsun" deyə qışqırardı. Tez-tez sədrin ağzına baxar, "Qərar! Qərar!" deyərdi. Sədr qərarı oxuyanda o qollarım çırınar, zehnində nitq hazırlardı. Bəzən Qədirin nitqinə ehtiyac qalmazdı. O, dilxor olar, əməyinə acıyardı. Qərar qəbul olundumu, Qədir, dərsini əzbərləmiş uşaq kimi cəld qalxar, etiraz edərdi.
Qədirin bu hərəkətini hamı bilsə və pisləsə də, o əl çəkmirdi. "Bizim məsələyə öz münasibətimiz var".
Özünün adamlardan seçilməsini böyüklük əlaməti sayırdı. Camaat onu görən kimi deyərdi: "Ziddinə getməyə qərar axtarır, bir şey yazın, atın qabağına didişdirsin".
Bir dəfə yataqxanada tələbələr sözü bir yerə qoydular ki, Qədiri danışdırmamış rəy söyləməsinlər. Onu ələ salıb danışdırdılar, qəsdən hamısı onun fikrinə şərik oldu. Qədir bir uyğunluğu, özünün "qara camaat" içində batıb-getdiyi kimi bildi. Qalxıb etiraz elədi: "Mən o mənada demədim, siz başa düşməmişsiniz. Ziddəm, ziddəm!".
Qədirin iştirak etdiyi elə iclas yox idi ki, protokolun ayağında qətnaməyə zidd gedən olmasın. Katiblər onun əlindən təngə gəldikləri üçün əvvəlcə protokolun ayağını yazardılar: "Qədir ziddinə səs verdi".
Bıınun üstündə Qurd oğlunu həmkarlar komitəsinə çağırdılar:
– Balam, sən ki, hər tədbirin əleyhinəsən, bəs nəyin tərəfdarısan?
Qədir dedi:
– Mən füqərayi-kasibə tərəfdarıyam.
– Necə kasıb tərəfdarısan ki, iki adam ilə dil tapa bilmirsən?
– Tarixdə böyük adamlar tək qalıblar. Bəşəriyyət onları sonradan başa düşür.
– Qədir, heç səni başa düşən bir nəfər varmı?
– Gəldiyev məni yaxşı başa düşür. Görürəm ki, artıq ziyalılarımız yetişir, inkişaf edir.
Yataqxanada çarpayı paylananda hamı cumub özü üçün yaxşısını seçdi. Qədir başqalarına qarışa bilmədiyindən gözlədi. Axırda ona çarpayı çatmadı. Tesərrüfatçı ona qırıq bir taxt göstərib dedi: "Hələlik ötüş". Tələbələr Qədirin vəziyyətinə güldülər. O öz vüqarını pozmadı. "Qaydadır böyük adamlar tarixdə zillət çəkiblər".
Sonradan Qədirin bu xasiyy’ti inkişaf elədi, dairəsmi genişlətdi. Öz evlərində heç bir şeyi sonalamayan, anası gətirən hər xörəyi yeyən Qədir qonaq getdiyi yerd’ mərəkə açardı. Dərhal xörəyi kənara itələyərdi ki: "Bu dadsızdır, ayrısını gətirin!". Küçədə rast gəldiyi dostuna, hətta Gəldiyevə də salam verməz və almazdı. Daldan birisi çağırsaydı ki: "A Qədir, keyfın, halın?". Əli ilə rədd edərdi: "Sonra! Sonra!". Evdə əyləşib dostları ilə söhbətə məşğul ikən, birdən ayağa qalxar, oturanlar ilə əhvallaşardı: "Necəsən, kefin-zadın lap yaxşıdırmı?".
Qədir bununla demək istəyirdi ki, mən fıkirliyəm, başım məşğuldur. "Xırda" məsələlər sonradan yadıma düşür.
Beləliklə, Qədir az zamanda çox "şöhrət" sahibi olmuşdu. Onu yalnız tələbələr, yataqxana işçiləri deyil, az qala bütün şəhər tanımışdı. Hər kəsdə bir uyğunsuz hərəkət görünsə, deyərdilər: "Qurd oğlu kimi eldən dişqarı deyilsən ha!".
Bəli, Gəldiyevin belə dostları var idi.
Cəmiyyətin həyatı, ictimai mübarizələr haqqında Gəldiyevin fikri qapalıdır. Bu barədə ondan soruşanda acığı da tutur.
Bu nə sözdür, mən necə ki, bir kommunist, bütün bu mesələlərə kommunistcəsinə baxıram.
Amma onun qəlbinə-qılığına girməyi bacaran hünərli və fəndgir bir adam olsa, boş damarından tutar, Gəldiyev ürəyinin qapağını tas-kabab qapağı kimi götürər, orada nələrin qaynayıb-qarışdığı aydın görünər.
Belə hünərli adam tapıldı, o gündən də Gəldiyev kələfçənin ucunu itirdı.
İsti yay axşamlarının birində Gəldiyev dostu İslam Verdiyevlə, bir də Verdiyevin rayondan gəlmiş yoldaşı Qurban ilə pivəxanada əyləşib pivə içirdilər. Pivəxana ağzına qədər dolu idi. Pivə vardı, yer yox idi. Qapı ağzında azı bir otuz-qırx nəfər dayanıb, boyun-boğazlarının tərini silirdilər. İşçilər istiyə baxmadan od kimi işləyirdilər. Ağzından köpük daşan sərin pivə dolu, tərləmiş şüşə qabları bəzən qucaq-qucaq daşıyırdılar. Müştərilər də istinin gücündən yar-yoldaşın həvəsindən, bir az da pivənin öz təsirindən içdikcə içirdilər. Qapı ağzında dayananlar həsrət çəkir, ayaqlarının birini qoyub birini götürür, divara söykənir, içənlərin lap gözünün içinə baxırdılar. Atəş göstərən bu baxışları ilə deyirdilər: "Bəsdir də, bir insafın olsun. Dur, qoy biz də sərinləyək!". İçənlər isə həris nəzərləri gördükcə daha da iştahaya gəlir, ciblərinin küncünədək töküşdürür, təzədən sifariş verirdilər. Ona görə də gözlərini dayananların nəzərindən yayındırmağa çalışırdılar. Birisi gəlib kürsüyə söykənsə ki: "Sizin yerinizi tutmaq olarmı?", onlar elə vəziyyət alırdılar ki, fıkirlərini üzlərindən oxumaq olurdu: "Durası deyiləm, ayrısını gör! Ayaq üstə qalarsan!".
Belə bir həngamədə Gəldiyevgil arxayın əyləşmişdilər. Onların stolu pəncərə tərəfdə idi. Bir az o yanda bir cavan gəlin, iki nəfər də oğlan oturmuşdu. Pivəxanaya girən kimi Gəldiyev gəlini görmüşdü.
Ürəyindən keçmişdi ki: "Düz arvad bu qədər kişinin içinə soxulub pivə içməz. Görəsən, bu kimdir?.."
Oturanda Verdiyev həmin gəlinə dilucu salam da verdi. Gəldiyev istedi əyilib soruşa: "Ay İslam, bu kim ola?.." Oğlanlardan çəkindi. Bir şey demədi, amma gözünü o tərəfdən də çəkmədi. Gəlinə baxdıqca narahatlığı artır, yerində otura bilmir, ağır gövdəsilə o yan-bu yana dönür, kürsünü dilləndirirdi. Nəhayət, oğlanlar durub getdilər. Gəldiyev güman etdi ki, yenə qayıdacaqlar. Ancaq on-on beş dəqiqə sonra xidmətçi gəlib pulu alanda Gəldiyev gəlinin tək əyləşdiyini, oğlanlar ilə tanış olmadığını bildi. Böyük bir sıxıntıdan qurtulmuş kimi sevindi. Meydanı boş görüb cürətləndi. Verdiyev bunu duymuşdu; ona tərəf əyildi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-aciq-kitab-birinci-hisse-ucuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mehbalı kişinin Məşədi Möhsünlə haqq-salamı vardı. Onu zəmanənin təmiz və doğru adamlarından sayardı. Mehbalı kişi bir inəyinin məhsulunu ancaq ona satardı.Qış gecəsinin ayazında donmuş və qalınlaşmış qaymağı mis kasaya tökər, kasanın ağzını dəsmalla örtər, ovcuna alıb vağzala, Məşədi Möhsünün dükanına yollanardı.
SaraMəmmədhüseyn əhvalatı eşitmişdi. Darvazadan girəndə gözündən od tökülürdü. Xəkəndaz əlinə keçdi, ucadan bağırdı:– Səni mənə calayamn atası tünbətün olsun!
“Kim”in andıHavaxtdandır ki, Bəhramgildə bir bahar şənliyi var. Zivər çiçək kimi açılmış, Lalə xala isə onun başına dolanır. Ev, ailə böyük yubiley qarşısında imiş kimi, hazırlıq görürlər. Lalə xala süpürür, yuyur, çırpır, təmizləyir. Zivər isə sakitcə əyləşərək tikir, gül vurur, olduqca maraqlı əl işi tikdiyi üçün kefi gəlir. Hərdən özü-özünə gülür. Gələn, gedən - hamı bu sevincə şərik olur. Zivərə kömək edib, onu əyləndirirlər.Bəhram isə hay-küy ilə fabrikdən gəlir:
LetunKupemizdə qısaboy, qarasaqqal, hörmətcil bir kişi vardı. O, Qubadan Moskvaya göndərilən alma vaqonlarının üstündə qaraul gedibmiş. Qayıdan baş üçün özünə meyvə saxlamışdı. Bizə təklif etdi:– Buyurun, qardaşoğlu, alma yeyin!
Стихи других поэтов
Eyləmişdim, sənəma, vəslinə adət gecələr,İndi sənsiz mənə bərpadı qiyamət gecələr.
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
دلیل صبح سعادت، محمد عربیچراغ شام قیامت، محمد عربی