Çupçik
Страница 2 из 2 · 50%
Valinin əlacı ona qaldı ki, Çupçiklərin yeddisini də məmura verib, vağzala - rəisin hüzuruna göndərdi. Özünə də bir izah kağızı yazdı ki: "Cənab rəis, başqa əlamət bizə məlum olmadığından bu müsafirləri seçə bilmədik. Özünüz görün səyyahın müsahibi hansıdır.
Rəis intizar otağının qapısını açıb, yeddi nəfərin müntəzir dayandığını gördü. Bir-bir familiyalarını soruşub, hamısının Çupçik, hamısının alman, hamısının gəlmə olduğunu bildi. Belə bir vəziyyətdə səyyahın müsahibini seçmək çətin idi. Doğrudur, rəis sorğu-sual elədi. Birinin tacir olduğunu, bir başqa Çupçikin qatardan yox, yaxın kəndlərin birindən gəldiyini, səyyahı tanımadığını müəyyən etdi və onların ikisini də buraxdı. Qalan Çupçikə ancaq səyyah özü baxmalı, müsahibini seçməli idi.
Xəbər gətirdilər ki, səyyah bərk başağrısı çəkir, 40 dərəcə qızdırma içində ikən imperiya xəstəxanasına aparılmışdır. Vəzifəli hərbiyyəlilərdən çoxu onun yanına əhval tutmağa gəlir.
Bu xəbərdən sonra rəis varından yox oldu. Yəqin etdi ki, səyyah yanına gələnlərə şikayətlənəcək, məsələ komandanlığa çatacaq, di gəl eşşək gətir, mərəkə yüklə...
Maşına oturub xəstəxanaya, səyyahın yanına gəldi. Çupçiklərin də təcili surətdə xəstəxanaya getmələrini əmr etdi. İçəri girəndə səyyah ona macal vermədi:
– Çupçikdən nə xəbər var?
Rəis xəstəni sevindirmək, həm də qulluq göstərmək üçün ucadan dedi:
– Cənab səyyah, Çupçiki gətirmişlər!
Səyyah sevincindən güldü:
– Bu neçə günü harada imiş, bilmədinizmi?
– Özünüz soruşarsınız!
– Yemək-içməyi necədir? Ona mən kişmiş yedirirdim, sosiska verirdim, hətta kofe içirdirdim.
Rəis bir az utandı:
– Cənab səyyah, əlimizdən gələn qədər, imkanımız çatan qədər... Səyyahın, deyəsən, məhəbbəti cuşa gəldi:
– Oturun, - dedi, - gəlsin, Çupçiki göstərmək istəyirəm.
Rəis:
– Düzdür, baş üstə, - deyib çıxdı.
Ancaq koridorda qollarını yana açıb, əlacsız-əlacsız deyindi: "Neyləyim, necə eləyim, bu köpək uşağının beşini də buraxım, necə buraxım, deməz ki, a filan-filan olmuş, mənim bir müsahibim olub, ya beş. Yox. Birini buraxım, hamısını buraxım..."
Deyəsən, qeybdən bir səs rəisə dedi ki: "Qalınqaş Çupçiki burax! Səyyahın adamı odur. Görmürsən, geyimlərində də müşabihət var?!"
Rəis qalınqaşlı Çupçiki irəli çağırıb, səyyahın yanına buraxdı:
– Buyur içəri!
Qalınqaşlı Çupçik belə fürsət, hirsini tökməyə adam axtarırdı. Salamsız-kalamsız səyyahın yanına girdi. Girən kimi xəstə yatağında kişini topa tutdu:
– Cənab, buyur, buyur, görək, məni niyə işimdən-gücümdən avara eləmisiniz? Buyur görək, məni niyə bu qürbət şəhərdə finlərin yanında polis qabağına qatmısınız? Buyur görək, bu nə mətləbdir? Bu xəstəxanada mənim nə itim azıb?
Səyyah qarşısında qiyafəcə də, görkəmcə də, natiqlikcə də özündən betər bir alman səyyahını görəndə ayağa qalxdı, ürəyində dedi: "İti azan bədbəxt mənəm, sən yox!" Cibindən çeşməyini çıxardıb taxdı. Çupçikə baxdı və heyrətdən əllərini yana açdı. Sanki kişini qucaqlamağa hazırlaşırdı:
– Bağışlayın, sizi kim çağırıb, kim vaxtınızı alıb? Mənim xəbərim yoxdur.
Çupçik durduğu yerdə dondu:
– Necə xəbəriniz yoxdur? Şəhərdən birbaş bizi qova-qova sizin yanınıza gətirməyiblər?
– Kim gətirib, ay həmşəhərli?
– Şəhər valisi.
– Şəhər valisindən mən itim Çupçiki istəmişəm.
– Bəli, mən Çupçikəm, buyurun görək, nə deyəcəksiniz?
– Allah eləməsin, siz Çupçik olasınız. Çupçik mənim itimin adıdır.
Səyyah bunu deyib, qapıya yönəldi, rəisi çağırdı:
– Balam, siz əbəs yerə bu kişiyə niyə zəhmət vermisiniz?
Rəis dərhal anladı ki, səyyahın müsahibi qalmqaş Çupçik deyilmiş.
– Narahat olmayın, cənab, başqaları da var. Bir-bir baxın görək müsahibiniz hansıdır?
Bunu deyib, gətirdiyi adamları təqdim etdi: Çupçiklər!
Yəqin ki, bir xidmət və ya tapşırıq üçün seçmək istədiklərini güman edib bir-birini itələyir, qabağa yeriyirdilər. Səyyah heyrətindən dodaqlarını büzüb rəisə deyirdi:
– Canım, bunlar mənim nəyimə lazımdır? Mənim itimi ver!
– Cənab, mən sizin müsahibinizi adam bilmişəm, bağışlayın!
– Çupçik adam deyil, amma çox adamlardan huşyardır. Mən onsuz bir addım ata bilmərəm. Harada olsa, gərək tapıla!
Çupçiklərin macərası qəzetə düşdü. Şəhər valisini də, rəisi də vəzifəsindən qovdular. Amma axtarış davam edirdi. Səyyahın iti haqqında gizlin, açıq təliqələr yayılır, hər tərəfə tapşırıqlar gedirdi.
Çupçiki isə partizanlar dağda öz qaydası ilə yedirib-içirir, təzə mühitə alışdırır, öyrədir və deyirdilər:
– Bir gün bizə lazım olacaqdır!
– Sahibindən çox-çox etibarlı məxluqdur.
– Duz-çörək itirməz!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-cupcik
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Elə düşüb ki, qonşum işdən gələndə mən işə gedirəm. O, gündüzlər işləyir, mən axşamlar. O, zavodların birində mühəndis, mən də məktəblərin birində müəlliməm. Doğrudur, qonşuluğumuzun on beş ildən artıq tarixi var, ancaq Mürsəllə yaxın əlaqəmiz, get-gəlimiz yoxdur. Demək olar ki, bizim tanışlıq və ya dostluğumuz qonşuluqla başlanır və qonşuluqla bitir.İlk dəfə mən onu müharibədən əvvəl küçəmizdəki on bir nömrəli evə köçəndə görüb təbrik etmişəm. O da mənə ya qapıda rast gəlir, salamlaşır, ya ümumşəhər yığıncaqlarında görüşüb əhvallaşırıq. Yaxın münasibətimiz olmadığından bizim əhvallaşmağımız da dilucu və rəsmi olur. Söhbətimiz, bir-biri ilə o qədər də maraqlanmayan, ancaq qəbul olunmuş nəzakət qaydalarına riayət üçün edilən və qəlib şəklinə düşmüş müxtəsər və mülayim sual-cavabdan ibarət olur:
Özündən naxoşЛюдей одиноких по натуре, которые как*рак-отщелник или улитка, стараются уйти*
İclas qurusuƏncir qurusu, ərik qurusu, zoğal qurusu - bunlar çox olur, iclas qurusu isə tək-tək olur.Bir var ki, gün altında quruyan, bir də var ki, iclaslarda quruyan, suyunu çəkən, həyat hisslərini itirən.
Plovdan sonraBu axşam vağzalda çox get-gəl var idi. Kənardan baxan düşünərdi ki, adamlar hörmətli bir qonağı qarşılamağa, ya da yola salmağa toplanıblar. Vəziyyət qarşılamaq yox, yola salmaq mərasiminə daha çox bənzəyirdi. Əvvələn ona görə ki, əlində şey olan adamlar tələsə-tələsə vaqonlara tərəf gedirdilər. İkincisi, ona görə ki, parovozun, vaqonların səmti, duruşu qatarın məhz getməyə müntəzir olduğunu göstərirdi. Üçüncüsü...Nə başınızı ağrıdım, vaqon ağzında komalaşanlar, hörmətli müsafırləri yola salırdılar. Qatar boyunca uzanan təmiz, asfalt səkilərdə hərbi adamlardan, müəllimdən tutmuş, əlvan geyimli, ağır gövdəli xanımlara qədər çoxlarını görmək olardı.
Стихи других поэтов
Ellər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən