Maşında gedəndə hərənin bir fikri olur. Biri getdiyi yeri, biri çıxdığı yeri, biri işini, peşəsini fikirləşir. Amma mən, nədənsə, maşında oturanda qabaqdakını, yəni sürücünü düşünürəm. Düşünürəm ki, bunlar çox çətin, məsul bir vəzifədə çalışırlar və hər cəhətdən hörmətə, diqqətə layiqdirlər. Bəzi yoldaşlar arasında şofer adı gələndə ağız büzənlər, ikrah hissi ilə danışanlar var, bu lap əbəsdir, haqsızlıqdır.

Mən bunları fikirləşir, düşünürdüm ki, məni aparan sürücü, görəsən, nə düşünür.

Bir də gördüm, təkər bərk sıxılıb səsləndi. Maşın xırp dayandı, sürücü başını pəncərədən çıxarıb uzun və abırlı geyinmiş bir kişinin üstünə qışqırdı:

– Ay kişi, ay dayı, özün bir yana, mənim balalarıma niyə yazığın gəlmir? Axı, yolun ortasında nə gəzirsən?

Sürücü küçə boyu, mağazalar qarşısındakı asfalt səkiləri göstərib deyirdi:

– Bunlar sizin üçün, insanlar üçündür. Mastavoy isə insan üçün yox, fayton üçün, araba üçün, at üçün...

Sürücü əlini kişinin sinəsinə tərəf uzadıb uca səslə dedi:

– At üçün, eşşək üçündür! Başa düşürsən bunu, ya yox?

Uzun kişi qızarıb-bozardı, münasib cavab tapmadı:

– Başından yekə danışırsan.

– Nə danışıram, nahaq danışmıram! Dayı, sən yekəlikdə adam özünü maşının qabağına atanda, bəs heyvan neyləsin, Allahın dilsiz, ağızsız, şüursuz heyvanı. Onu basanda da bizim hüququmuzu alırlar, dama basırlar. Bəs neyləyək ki, oxumuşlar da bizi xataya salır, axı, insaf yaxşı şeydir!

Sürücü bunu dedi, qabaqdakına baxdı, sonra üzünü mənə tutub ucadan təkrar elədi:

– İnsaf da yaxşı şeydir, qardaş! Biz də adamıq, bizim də ailəmiz var axı! Hər kəs öz işini bilsə, şofer suda düşməz, insan bədbəxt olmaz, ailə başsız qalmaz axı!

Sürücü bir qədər susdu, maşını xoda saldı, qabağına baxa-baxa, sanki, hirsini soyudaraq hadisəyə yekun vurdu:

– Adamın adam yolu var, heyvanın heyvan.

Təkrar mənə tərəf dönüb məsləhət elədi:

– Necə deyirəm, pis deyirəmsə, vur ağzıma!

– Yaxşı deyirsən, amma qabağa bax, ehtiyat yaxşı şeydir.

Sürücünün hirsi soyudu:

– Baş üstə! Qardaş, adamı hövsələdən çıxanrlar, neyləyəsən.

Bir qədər sükutdan sonra sürücü təkrar arxaya döndü:

– Deyirlər, rak-mak azarları da elə bundandır!

– Ola bilər!

– Lap həkimlər deyir, özüm eşitmişəm!

– Dayan, çatdıq!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Sağlam yollarda

Bahar balalarını, yaz çiçəklərini, şirin-şirin meyvələr verən ağacları bəsləyib böyütmək, bilirsinizmi nə qədər yaxşı, müqəddəs, fəxri, sevimli vəzifədir?Ruqiyyə Abasovanın əmək tarixi tarlalarda, aləmə saf və ətirli yaz havası dağıdan yaşıllıqlarda və bağlarda başlanmışdır. O, ana qoynundan yenicə çıxmış balaca əllərini bağbanlıqda böyütmüşdür.

19325 мин
Qələbənin açarı

" Toxucu sənayenin zərbəçi briqadası - Qasım İsmayılov kolxozçuları pambıq planını noyabrm 5-nə 100 prosent ödəmişdir. İllik planı 25 prosent artıq yerinə yetirmək üçün tarlalarda hücum gedir. Rayona qızıl bayraq ana südü kimi halaldır..."Siz, səhərin sərinliyində bu xəbəri qəzet sütunlarında şirin-şirin oxuyub düşünürsünüz:

19323 мин
Səsimizi dünya eşitsin!

Kim nə deyir, desin. Qoy pedaqoq "uşaqların keyfiyyətinin tamam ayrı, böyüklərdən başqa" olduğunu isbat üçün gücənsin, qoy saqqalı xınalıılar "kiçiklərin böyük işinə qarışmasına" qudursun, qoy Telli xala "zamana uşaqlarının zatı xarablığından" şikayətlənsin...Fakt faktlığında qalır, 22 milyon yeniyetmələr, çoxmilyonlu pioner və gənclik köhnə dünyanı bolşevik xəttindən topa tutmaqla silahlanır. Bu gəncliyin önündə yeni bir aləm parlayır. Bütün qüvvələr bu nəslin əlində mum kimi yumşalacaq, hər şey yeni tələbə görə, yeni məzmun, yeni şəkil alacaqdır. Qütbdən-qütbə, şərqdən-qərbə qoca dünya, hazır ol! Üzərində sızıltısız, naləsiz, istismarsız, "qəza"sız, "sən"siz, "mən"siz bir həyat qurmaq üçün böyük işlər ordusu - Kommunist nəsli gəlir...

19324 мин
Boy

Günəş sarı tellərini sürüyüb qərbə, uzaq göy dağların ardma aparır. Kölgələr ağaclara dırmanır, tarlaları yiyəsiz buraxıb gələn arabalar, cütçülər alçaq əyri çəpərlərin arasında qaynaşır. Hər şey öz yerini arayır, hər kəs öz yuvasını tapır. Bir saat əvvəl tarlalarda yayılan, sularda əriyən səslər indi qapılarda ucalır. Biri o birisinə, o birisi mala, qadın kişiyə, kişi inəyə qışqırır. Bu səslər hər şeydən əvvəl daşlıqlarda parçalanmış qarmon tellərindən qopan ahəng kimi bir-birinə qarışır.Bizim qapımızda isə ölüm sükutu vardır. Qaranlıq daxmanın rütubətli döşəməsində uşaq eşələnir, ağlayıb yorulan bu uşaq kirli əlləri ilə yeri cızır, torpaqdan təsəlli arayır.

193311 мин

Стихи других поэтов