Yetişdi mövsümi-matəm, göz aç, ey şiə, yatmaqdan,Usanmaz şiə bu ayda nigarə qaş-göz atmaqdan.

Nəzər sal məscidə bir yanda «Cəfər mürdəşir» durmuş,O yanda «kəlləpəz» Mehdi büsat matəmi qurmuş.Bu yanda bir bölük övrət, yanında «köndələn» çavuş,Göz açmır rövzəxan «hacı» dəmadəm huri satmaqdan,Usanmaz şiə bu ayda nigarə qaş-göz atmaqdan.

Yığılmış başına şeyxin müridi-mürşidü-cahil,Hırıldar minbər altında «yetim» Əkbər, «yoluq» Kamil.Bu yanda bəhs açıb dinü şəriətdən Mirismail,Deyər şiə olan doymaz bu ayda yasə batmaqdan,Usanmaz şiə bu ayda nigarə qaş-göz atmaqdan.

Gələn daxil olur əldə corabı, çəkməsi, məsti,Məharət göstərir səqqa əlində bir böyük bəsti.Əlində bir «dəxil» söylər qiyamət bəhsini məşdi,Açılmış sinələr şap-şap keçib əflakə çatmaqdan,Usanmaz şiə bu ayda nigarə qaş-göz atmaqdan.

Məsciddə qalmaqal, hay-küy, mücavirlər deyir vur-vur,Yetişdi Xoylu, Səlmaslı ağac əldə tutuldu şur.Seçilmiş dəstəyə «leylək» Tağı bir növilə məmur,Diyər kim ağlamaq məqsəd; bizi xaliq yaratmaqdan,Usanmaz şiə bu ayda nigarə qaş-göz atmaqdan.

Qabaqda doqquz ağsaqqal, daralınca dəsteyi-zəngan,O qədri ali Təbrizli düzülmüş; xəlq olub heyran.«Güney» xəlqi olub məhzun; «Əhərli» və Hüseyn guyan,Yorulmaz «Ərdəbil» əhli sinə, baş, döş qaratmaqdan,Usanmaz şiə bu ayda nigarə qaş-göz atmaqdan.

Miyani-məclisə kəşkül qoyub durmuş «bala» dərviş,Ümuma beççə «oğlanlar» bunun ətrafını tutmuş.Oturmuş «lüt nəsir» ağlır, salır həm məclisə suriş,Ağam vay-naləsi çatmaz buna həmta uzatmaqdan,Usanmaz şiə bu ayda nigarə qaş-göz atmaqdan.

"Şəhab", 1926

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Müsəlmanlıq və texniki tərəqqi

Bəzi ağzıgöyçəklər orda-burda danışır ki, guya müsəlmanlar, yəni mömin bəndələr geri qalır, əsrin tərəqqisindən, texnikasından faydalanmır, faydalanmağı bacarmırlar, filan, behman!..Yalan sözdür! Bu lap ağ yalandır!

19652 мин
Əmzik

Ağizlarda deyilənə görə "xırda məsələ" idi. Ancaq iclasın hazırlığı, gələn adamlar, sədrin təşvişi böyük məsələdən xəbər verirdi.Elə də oldu. Sədr sözə həmişəki kimi oturduğu yerdə başlamadı. Ayağa durdu, gələnləri bir-bir, diqqətlə süzdü, gəlməyənləri katibədən soruşdu, nömrə kitabını açıb telefonu olanlara zəng vurdurdu, axırda üzünü katibəyə tutdu, amma sözünü ucadan, ümumi iclasa dedi:

19655 мин
Yamanlığa yaxşılıq

Ön cəbhədə, Kerç rayonunda yaralanıb xəstəxanaya düşmüşdüm. 72 günlük müalicədən sonra təzəcə həyata, gün işığına çıxmışdım ki, Mərkəzi Komitəyə çağırdılar. Respublikanın ən böyük institutlarında birinə rəhbər işə təyin etdilər.Mən əvvəldən də ali məktəbdə, alimlər arasında işləmişdim, bu mühitə bələd idim. Burada çalışmaq da ürəyimdən idi. Amma indi, müharibə şəraitində, ölkənin bu ağır vəziyyətində ali məktəbin özü cəbhənin bir qanadı, məktəb işçiləri də döyüşən ordunun sıra nəfərləri kimi idilər.

19659 мин
Mənim utancaq tələbəm

– Əmikişiyevin məsələsinə baxmaq istəyirik, – dedi, – zəhmət olmasa, siz də iştirak eləyəsiniz.Partkom katibi xahiş ədası ilə mənim üzümə baxdı, cavab gözlədi. Hər bir institutda cari ictimai işlərdən başqa, tələbənin təqaüd, mükafat, məzuniyyət, dərsə davam məsələsi təşkilatı çox məşğul edir. Həftə olmur ki, belə müzakirələrə vaxt sərf edilməsin.

19655 мин

Стихи других поэтов · Сатира