Müharibədən sonra bizim səfərlərimiz çoxalmışdır. Sovet mütəxəssisləri tez-tez müxtəlif ölkələrə çağırılırlar. Təkcə demokratik ölkələrə, müstəmləkə zəncirindən təzə qurtulmuş zəif respublikalara yox, Avropanın handa bir kapitalist mərkəzlərinə, handa bir elmi, texniki, nəzəri məsələlərin həllində məsləhətləşməyə, rəy eşitməyə, qonaqlığa, konsertə, lap müəllimliyə çağırırlar.

Paris Sorbonn universitetindən dəvətnamə alanda mən güman etmişdim ki, yəqin fransız tələbələri bizdə ictimai elmlərin, marksizm-leninizm elmlərinin səviyyə və şöhrətini, bizim sahələr üzrə çalışan alimləri görüb-eşitmək istəyirlər. Bu da çox təbii arzu idi. Razılıq verməli idik. Yoldaşım Cavadzadə dəvətnaməsini mənə göstərəndə gördüm yox, fransız yoldaşlar yalnız ictimaiyyət yox, təbiət elmləri sahəsindəki nailiyyətlərimizlə də maraqlanırlar. Dahi sovet alimi akademik Pavlovun şərti reflekslər haqqındakı cahanşümul nəzəriyyəsi bühın dünyada ümumi maraq oyadıb və yarım əsrə yaxındır ki, hakim mövqe tutmuşdur.

Alimlər dəstəsini sərin may günlərinin birində Vnukovo təyyarə meydanından yola saldılar. Bu, bizim Fransaya ilk səfərimiz idi. Bəzi cəhətdən də imtahan səfərimiz idi. Cavadzadəyə müraciətlə öz intizar və həyəcanımı deyirdim:

– Fransız auditoriyasında mühazirə demək asan deyil. Bizi həmişə təbliğatçı kimi tanımağa cəhd edən burjua mütəxəssisləri xarici gənclərin zehninə çoxlu əfsanələr yeritmişlər. Qorxasan ki, bizi fışqırığa basalar.

Cavadzadə güldü və əlini çiynimə qoyub arxayın danışdı:

– Fiər şey söhbətimizin məzmunundan, sözümüzün kəsərindən asılıdır. Cavanlar o yan-bu yanda, doğrudur, yalan-palan eşidiblər, indi özümüzü görəcək, üzbəüz dayanacaq, dinləyəcəklər. Güman edirəm ki, bu niyyətlə çağırılmışıq, tələbələr bizə daha diqqətlə qulaq asacaqlar.

– Təki belə olsun.

– Ayrı cür olmaz, görərsiniz!

Doğrudan da biz sakit, maraqlı və diqqətli bir auditoriya gördük. Sinifdə milçək uçsa eşidilərdi. Çoxu oğlanlardan, həm də nazik, sarıyanız, yaraşıqlı oğlanlardan ibarət olan iyirmi beş nəfərlik qrupda mühazirəçi və tərcüməçidən başqa kimsənin səsi çıxmırdı. Adamlar deyəsən suyun içində idilər. Haqqında əfsanələr danışılan Sovet ölkəsindən gəlmiş çeşməkli, ortaboy, ağsaç, təmkinli, kommunist mühazirəçi auditoriyanın diqqətini toplamışdı. Dilini bilməsələr də, tələbələr mühazirəçinin mülayim və ciddi səsini eşitməkdən xoşlanırdılar. Cavan, sarısaç və tez-tez danışan tərcüməçi qız mühazirəçinin dediklərini cümlə-cümlə fransızcaya çevirirdi. Tərcüməçinin cümləsi qurtaran kimi, mühazirəçinin mülayim səsi eşidilirdi.

Tələbələr mühazirəçini diqqətlə dinləyir və qeydlər götürürdülər. Qələmlərin dəftər üzərindəki hərəkəti payız yağışının taxtapuşu döyən damlaları kimi xoş ahəngli bir səs çıxarırdı.

Tərcüməçi cümləsini bitirəndən sonra mühazirəçi yanaşıb tələbələr hiss etməsin deyə, işarə ilə ona bir söz çatdırdı. Dərhal ondan uzaqlaşdı və səsini ucaltdı, mühazirəni davam etdirməyə başladı. Neçə dəqiqə çəkmədi ki, mühazirəçi yenə tərcüməçinin yanına qayıtdı.

Tərcüməçi masa başında dayanmışdı, gözünü mühazirəçinin dodaqlarına dikmişdi. Mühazirəçi təkrar onun yanına qayıdanda təşvişə düşən kimi oldu. Mühazirəçi tərcüməçinin qulağına nəsə dedi və mühazirəsini fransızca başladı. Tərcüməçi qızarmış halda dayandı, mühazirəçi onun qolundan tutub əyləşdirdi və tələbələrə müraciət etdi:

– Mənim yorğun həmkarım özünü pis hiss edir, dincəlməlidir. İcazənizlə mən mühazirəni fransızca davam etdirəcəyəm, qüsurlarımı, zənnimcə, bağışlarsınız!

Mühazirəçinin təmiz və sərbəst fransızca danışması hamının heyrətinə səbəb oldu. Sıralardan xoş bir pıçıltı keçdi. Mühazirəçi danışdıqca tələbələr artan maraq və həvəslə tələsə-tələsə qeyd götürürdülər.

Axı, bu mühazirələri o, əziz müəlliminin nəzəriyyəsini bütün mədəni ölkələrdə təbliğ etməyi arzulamışdı. İndi belə bir imkan yarandığına nə qədər sevinir, fransız dilində, sanki, həmişə vərdiş etdiyi ana dili kimi danışırdı.

Tərcüməçi mühazirəçidən üzr istəyirdi:

– Siz işlətdiyiniz bəzi terminlər lüğət kitablarında yoxdur.

– O kitablar köhnədir, hörmətli həmkarım, yeni nəşrini tapmaq gərək.

– Bəlkə, siz bu işdə bizə kömək edəsiniz?

– Vətənə qayıdanda mütləq təşəbbüs edərəm.

– İndi, necə, bu günlərdə məəttəl qalmamaq üçün?

– Bu günlər narahat olmayın, mən mühazirəmi firəng dilində aparacağam, sizə zəhmət verməyəcəyəm.

Həmin gündən Cavadzadənin Pavlov nəzəriyyəsi haqqında mühazirələri firəng dilində keçdi. Auditoriya daha da böyüdü və genişləndi.

Sorbonn universiteti Sovet İttifaqı Ali Məktəblər Nazirliyinə müraciətlə xüsusi müqavilə bağlamağı, Cavadzadəni hər il aprel ayında bir av Parisə ezamiyyətə göndərməyi xahiş etdi. Nazirlik mühazirəçinin rəyini öyrənəndən sonra bu dəvəti qəbul etdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Badamın ləzzəti

İmran İçərişəhərin dar, qaranlıq, əyri-üyrü küçələrindən keçdi, daş pilləkənlərdən qalxıb yeddi nömrəli evin alçaq qapısından həyətə girdi. Həyət kibrit qutusu kimi, balaca, yaraşıqlı və kölgəli idi. Bir qadın şüşəbənddə paltar yuyurdu, bir pioner də su quyusunun qabağında, səkidə oturub, aeroplan modeli düzəldirdi.İmran dəftəri çıxarıb, ev qadınlarının siyahısını tutdu, ayın 25-də açacağı dərnək haqqında, dərs haqqında danışdı. Doqquz nəfərin adını yazdı, qayıdıb getmək istəyəndə fikrinə nə gəldisə, pionerdən bir də soruşdu:

193112 мин
“Myaxqiy”

"Myaxqiy" sürət poyezdi. Yumşaq yataq. Təmiz yer. Yaşıllıqlar, buludlar, dağlar, binalar pəncərədən baş əyərək keçirlər... Bunu kim istəməz?...Kassir ilə dədə-babadan qanbir qohum çıxanlar bir-birinə yapışmışdılar. Növbədə birisi burnunu silmək istəyəndə hamı tərpənirdi. Mən isə kassaya yapışdım. Furajkamın kölgəliyi qırılmaq üzrə idi. Kassirin ancaq ətəyini görürdüm. O, cəld fırlanır, mənə bilet hazırlayırdı.

19324 мин
Mərkəz adamı

"Ölərsəm, görmədən Darçın xanımda eşqimə istək,*Yazılsın səngi-qəbrimdə: ürək məhzun, can məhzun".*

193316 мин
Qaymaq

Mehbalı kişinin Məşədi Möhsünlə haqq-salamı vardı. Onu zəmanənin təmiz və doğru adamlarından sayardı. Mehbalı kişi bir inəyinin məhsulunu ancaq ona satardı.Qış gecəsinin ayazında donmuş və qalınlaşmış qaymağı mis kasaya tökər, kasanın ağzını dəsmalla örtər, ovcuna alıb vağzala, Məşədi Möhsünün dükanına yollanardı.

19338 мин

Стихи других поэтов